Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu

By Vüsal Rafiqoğlu
14.03.2025 4 Min Read
Dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalq platformaya çevrilib.
Diqqət yetirsək görərik ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqət yetirmək kifayətdir. Belə ki, 2021-ci ildə “COVID-19-dan sonrakı dünya” mövzusunda dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonağı canlı və onlayn qaydada bir araya gətirən VIII Qlobal Bakı Forumundan ötən dövrün çağırışları bu mötəbər tədbirlərin mövzularında özünün aydın ifadəsini tapır. “Qlobal dünya nizamına təhdidlər”, “Çağırışlar və ümidlər”, “Parçalaanmış dünyanın bərpası”, bu gün isə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”. Göründüyü kimi, beynəlxalq gündəlikdə duran əsas məsələlər birgə yolların müəyyənləşdirilməsinə, səylərin birləşdirilməsinə çağırışlar edir.
Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. 2019-cu ilin sonlarından başlayaraq dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda ölkəmizin atdığı addımlar bütün bunlara əyani sübutdur. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Ölkə Prezidentinin təşəbbüsü ilə öncə türk dünyasının birliyinə yönələn Türk Dövlətləri Təşkilatının, sonra dünya dövlətlərinin həmrəyliyinə nail olmaq üçün Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrü də koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin aparıldığı, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etdi.
Dövlət başçısı İlham Əliyev martın 13-də öz işinə başlayan XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik. COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. Eyni zamanda, Avropadakı tərəfdaşlar ilə fəal əlaqələr saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi.
Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından zəngin mənbədir. Qürurvericidir ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası olduqca genişdir və hər sahədə Azərbaycanın təcrübəsinin təbliğinə geniş imkanlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında hazırkı dövrün əsas çağırışları sırasında yer alan iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə Azərbaycanın verdiyi töhfələrdən də bəhs etdi. Bildirdi ki, ötən ilin mühüm hadisəsi olan COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. “Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu”, – deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan “Washington Post”, “New York Times”, “News Week”, “Politico”, “Associated Press”in, Fransanın Prezident ofisinin, “Le Figaro” və “Le Monde” qəzetlərinin olduğunu vurğulayıb. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrə də diqqət yönəldən dövlətimizin başçısı vurğuladı ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün Azərbaycan onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik məkanı kimi diqqətdədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, XII Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Bu, tədbirin əhəmiyyətinin, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan beş ildir forumlara qalib ölkə kimi ev sahibliyi edir. 2023-cü ilin sentyabrında suverenliyini tam bərpa etməklə yeni dövrə qədəm qoyan Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır. Azərbaycanın bütün dövrlər üçün aktuallığını qoruyan sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları bu gün də gündəlikdədir.
Dövlət başçısı İlham Əliyev Forumda “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Ölkə Prezidenti bu çağırışı səsləndirdi ki, biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Bu müqavilə Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Dövlət başçısı İlham Əliyev Forumda dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən də bəhs etdi. Vurğuladı ki, biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik. 2005-ci ildən etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.
Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm mərkəzinə çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Bu forumlar xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Bu Forumda qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2025-ci ilin ilk Ay tutulması başlayıb

Next

11-ci sinif şagirdi intihar etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv