Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Niderlanddan iki anti-Azərbaycan addım

By Vüsal Rafiqoğlu
14.03.2025 4 Min Read

Krallığın xarici işlər naziri Kaspar Veldkamp Ermənistanla strateji tərəfdaşlıq sənədini imzalayıb, sonra Azərbaycanla sərhədə gəldi…

Ermənistan və Niderland arasında strateji tərəfdaşlıq bəyannaməsi imzalanıb. Sənədə İrəvanda Ermənistan və Niderland xarici işlər nazirləri Ararat Mirzoyan və Kaspar Veldkamp imza atıb. “Ermənistan və Niderland Krallığı arasında Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması ilə tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. Bu, həm simvolik, həm də məcburi olan yeni bir mərhələdir”, – Mirzoyan deyib.

Maraqlıdır ki, martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistandakı  fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə  məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib. Görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmansla görüşdə əldə olunmuş razılaşmalar müzakirə edilib.

Son illər Niderland Azərbaycan əleyhinə əsası olmayan iddialar səsləndirib. Bu ölkənin parlamenti bir müddət bundan əvvəl ermənilərin Qarabağdan “məcburi çıxarılması” ilə bağlı hay-küy qaldırmışdı. Ümumiyyətlə, Ermənistanın 30 illik işğalçılıq siyasətinə bir dəfə də münasibət bildirməyən bu ölkə parlamenti 44 günlük Vətən müharibəsindən sonra bir neçə anti-Azərbaycan qətnamələri qəbul edib. Rəsmi Bakı Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının ötən ilin oktyabrında qəbul etdiyi iki qətnaməni Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi akt kimi qiymətləndirib.

Parlamentdən sonra Niderlandın hökumət proqramında Qarabağ ələ keçirilmiş region kimi təqdim edilib və “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Azərbaycan XİN Niderland tərəfinin qərəzli mövqelərinə hər dəfə tutarlı cavab verməklə yanaşı, bu mövqeləri ikitərəfli münasibətlərə növbəti bir zərbə kimi qiymətləndirib. Qeyd edək ki, Niderlandın xarici işlər naziri Kaspar Veldkamp anti-Azərbaycan qətnamələrə dəstək verib. Ötən il ölkəmizdə keçirilən COP29-u boykot etməyə çağıran dövlətlər sırasında Niderlandın da adının olduğunu unutmayaq.

Bu azmış kimi, martın 13-də Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib. Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər.

Yada salaq ki, Niderland Krallığının siyasi məsələlər üzrə nazirinin müavini Marsel de Vink bir neçə gün öncə Azərbaycanda səfərdə olmuşdu. Xarici işlər naziri Ceyhun Bayramovla görüşdə  münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması baxımından qarşılıqlı müzakirə mexanizmləri, xüsusilə siyasi məsləhətləşmələrdən istifadənin, qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.

Bir tərəfdən Ermənistanla strateji tərəfdaş olub, o biri tərəfdən Azərbaycana səfər edib qeyd etdiyimiz məsələləri müzakirə etməyin anlamı nədir?

Qərəzli mövqedə olan ölkənin Ermənistanla strateji tərəfdaşlığı rəsmiləşdirməsi Azərbaycana gələcəkdə hansısa problemlər yarada bilərmi?

Azərbaycan reallıqları dəyişib”-Arzuxan Əlizadə

Arzuxan Əlizadə 

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Niderland Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında olduğu dövrdə də ikili, ədalətsiz münasibət sərgiləyib, işğalçıya dəstək verib: “Niderlandın bundan əvvəlki hökumətinin Azərbaycanla bağlı mövqeyi çox neqativ  idi. Ondan sonrakı dönəmdə ümid edilirdi ki, yeni hökumət fərqli münasibət sərgiləyəcək. Təəssüf ki, yeni hökumət də əvvəlkindən fərqlənmədi. Ötən ilin sentyabrında yeni hökumətin xarici  siyasət konsepsiyası açıqlandı və orada Azərbaycanın işğaldan azad olunmuş əraziləri Azərbaycan tərəfindən ələ keçirilmiş ərazilər kimi təqdim olundu. Bu da bir daha onu deməyə əsas verir ki, Niderland Azərbaycana münasibətində çox ciddi dəyişikliklər etməlidir. Çünki iki ölkə arasında ən azından iqtisadi-ticari münasibətlərin normal məcrada inkişaf etməsinin hər iki tərəf üçün faydalı ola biləcəyi məqamlar var.  Təbii ki, hər ölkənin hansı ölkə ilə münasibətlərini necə qurması onun öz daxili işidir. Amma əgər Ermənistanla strateji tərəfdaşlıq Azərbaycana qarşı yönəlirsə, təbii ki, həmin ölkə ilə münasibətlərin hansı müstəvidə müəyyənləşdirilməsi məsələsi diqqət mərkəzinə gəlir. Azərbaycana düşmən olan ölkəyə dəstək verən ölkə ilə münasibətlərə yenidən baxılmasına ehtiyac yarana bilər. Bu, Niderland hökumətinin diqqətinə çatdırıla bilər. Niderland parlamentində və cəmiyyətində Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində isə iş aparılmalıdır”.

Akif Nağı da namizəd oldu - Bu seçki dairəsində mübarizə aparacaq |  AzPolitika — onlayn siyasi-ictimai qəzet

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Niderland həmişə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib: “Azərbaycana qarşı həmişə heç bir əsası olmayan ittihamlar səsləndiriblər. İndi bütün bunlar azmış kimi, Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi bağlayır və nazirləri Ermənistan-Azərbaycan sərhədinə gəlib Azərbaycan ərazilərinin müşahidəsini aparır. Nazirin bu hərəkəti beynəlxalq konvensiyaları və Azərbaycan qanunları pozmaqdır. İşğalçılıq mövqeyindən hələ də əl çəkməyən dövlətlə strateji tərəfdaşlıq sənədi imzalama isə işğalçını müharibəyə, işğalçılığa həvəsləndirməkdir. Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edən dövlətin indi Ermənistanla strateji tərəfdaşlıq müqaviləsi bağlaması əslində təəccüblü deyil. Bir tərəfdən Azərbaycana səfər həyata keçirib münasibətlərin inkişaf etdirilməsinə çətinlik törədən məqamların aradan qaldırılması üçün guya müzakirə aparmaq niyyətini nümayiş etdirib, o biri tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınan, Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən Ermənistanla strateji tərəfdaşlıq sənədi imzalamaq riyakarlıqdır, ikiüzlülükdür. Bu, bir daha göstərir ki, Niderland kimi dövlətlər heç zaman anti-Azərbaycan mövqeyindən əl çəkən deyil. Azərbaycan regionun lider dövlətinə çevrilib. Niderland və bir sıra Avropa dövlətləri Azərbaycanla münasibətlər qurmağa çalışırlar. Amma Ermənistanı dəstəkləməklə, Azərbaycana qarşı qərəzli mövqedə qalmaqla Azərbaycanla münasibətləri, əməkdaşlığı yaxşılaşdırmaq mümkün deyil”.

Akif Nağı hesab edir ki, Ermənistanla imzalanan sənəd erməniləri həvəsləndirsə də, heç bir ciddi əhəmiyyəti yoxdur: “İndiyə qədər erməniləri hamı aldadıb, indi də Niderlandla bağlanan müqavilə növbəti aldatma olacaq. O cür sənədlər Ermənistanın Azərbaycan qarşısında real olaraq güclənməsinə gətirib çıxara bilməz. Erməniləri Fransa etdiyi kimi silahlandıra bilərlər, amma bunun da Azərbaycana təsir etməsi mümkün deyil. Ona görə də düşünürəm ki, görüntü yaradan o sənəd mənasız sənəddir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Novruzdan sonra nə olacaq? – Savaş, yoxsa…

Next

XII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv