Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Sürünən” sülh bu il müharibəyə çevrilə bilər – ŞOK səbəb

By Vüsal Rafiqoğlu
15.03.2025 3 Min Read

İki gün öncə Azərbaycanla Ermənistan böyük sülh anlaşması yollunda növbəti mühüm addımı atdı. Bir sıra dövlətlər, həmçinin beynəlxalq və regional qurumlar bunu dərhal təqdir etdi. Ancaq əfsus ki, uzunmüddətli sülhə gətirəcək sənədin imzalanmasına hələ var. Əsas səbəb də bəlli: İrəvanın konstitusiya dəyişikliyi ilə bağlı Bakının haqlı tələbinə qarşı hələ də “nala-mıxa” vurması, qəti qərara gələ bilməməsi, söz oyunu oynamasıdır.

Şübhə yox ki, Ermənistanın “Əsas Qanun”unda Azərbaycana qarşı ərazi iddiasına dair ən kiçik istinadın qalmasına belə, Bakı heç vaxt razı olmayacaq. Beləcə, iki qonşu ölkənin siyasi-diplomatik əlaqələr qurması və səfirliklərin açılması, xalqlar arasında düşmənçilik səhifəsinin qapadılması mümkünsüz olacaq. Deməli, kapitulyant tərəf iqtisadi-ticari blokadadan çıxa bilməyəcək.

“Sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bataqlıqdan çıxacaq”.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzəyan sülh sənədi mətninin razıılaşdırılması barədə danışarkən deyib.

“Sülhün bərqərar olması ilə Ermənistan böyük və dərin bir bataqlıqdan çıxacaq. Oradan çıxmasaq, batacağıq”, – nazir bildirib və əlavə edib ki, məhz sülh müqaviləsinin Azərbaycanla razılaşdırılmış son mətni Ermənistana “bataqlıq”dan çıxmağa imkan verir…

İş də ondadır ki, “bataqlığa düşənin”, konkret halda Ermənistanı xilası ən əvvəl onun öz əlindədir. Kənardan kömək əli uzadan çox ola bilər, əgər ən əvvəl “batqlıqda olan” özü qurtuluşa cəhd etmirsə, üstəlik, absurdcasına kömək etmək istəyənə hansısa şərt qoyursa, o zaman bütün cəhdlər iflasa məhkumdur. Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarından biri buna şübhə yeri saxlamır.

“Biz sülh sazişinin imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə başlamağa hazır olduğumuzu bildirdik. Azərbaycanın öz ideyaları, öz sualları var. Qiymətləndirməmiz ondan ibarətdir ki, bütün bu məsələlər sülh sazişinin mətnində öz əksini tapıb və biz bundan sonra mövqelərimizi aydınlaşdırmağa çalışacağıq”.

Sitat Paşinyana məxsusdur. Davamında o, Ermənistanın Azərbaycanla konstitusiyaya dəyişikliklə bağlı müzakirələr aparıb-aparmaması ilə bağlı sualı belə cavablandırıb: “Xeyr. Belə bir müzakirə yoxdur. Ermənistan Konstitusiya Məhkəməsinin ötənilki qərarından sonra məlum olur ki, ER Konstitusiyasında nə Azərbaycana, nə də başqa ölkəyə qarşı ərazi iddiaları var. İkincisi, biz hesab edirik ki, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları (?! – red.) mövcuddur. Lakin indi yeni bir reallıq var. Bu, sülh sazişinin razılaşdırılmış mətnidir”.

Nikolun fikrincə, həmin mətn guya bütün bu problemləri həll edir: “Çalışacağıq ki, qarşıdakı müzakirələrdə bu məsələ ilə bağlı Azərbaycanla danışaq və onların mövqeyinin məntiqinin nədən ibarət olduğunu görək. Sülh müqaviləsinin ən azı üç maddəsi bu məsələlərə toxunur və onlar öz həllini tapıb. Əgər biz bu məsələni müzakirə etsək, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması və nə üçün sülh sazişinin mətninin bu məsələni həll etdiyinə inandığımızı da müzakirə edəcəyik”.

Azərbaycanın “mövqeyinin məntiqinin nədən ibarət olduğunu” sən demə, Nikol Paşinyana hələ də aydın deyilmiş. Az qala bütün dünya bəsit gerçəyi bilir, təkcə Ermənistan rəhbərliyi bixəbədir. Yəni yenə köhnə bayatı. Qiymətli zaman isə gedir və bu minvalla istisna deyil ki, Bakı İrəvanı məlum üsulla bir daha “başa salmalı” olacaq. Başqa sözlə, “sürünən” sülh təzədən müharibəyə çevrilə bilər…

Söz düşmüşkən, erməni tərəfinin vaxt udmaqla əsas hədəfin yeni ordu qurmaq olması haqda siyasi və ekspert dairələrində yetərincə “daşlaşmış” rəy var. Bu qənaəti möhkəmləndirən növbəti sübuta diqqət: Ermənistan son dövrdə Azərbaycanla şərti sərhəddə ağır zirehli texnikanın keçməsi üçün nəzərdə tutulmuş üç dəmir-beton “Bailey” körpüsü tikib.

Bu barədə hərbi ekspert Aqil Rüstəmzadə görüntü paylaşıb. O qeyd edib ki, Ermənistanın dinc bəyanatlarına baxmayaraq, Azərbaycanın monitorinq kanalları Ermənistan silahlı qüvvələri üçün silah alışının və hərbi infrastrukturun tikintisinin artdığını fiksə edir. “Bailey” körpüsünün tikilməsi faktını GSSR44 Teleqram kanalı da yayıb.

“Bailey” körpüsü beton-dəmir, truss körpü növüdür. İkinci Dünya müharibəsi zamanı hərbi istifadə üçün hazırlanmış və hərbi mühəndis bölmələri tərəfindən geniş istifadə edilib. Bu körpülər tankları və istənilən növ ağır texnikanı daşımaq üçün kifayət qədər möhkəmdir…

Maraqlıdır, ermənilər doğrudanmı xəyal edirlər ki, sülh nağılları ilə Azərbaycanı yuxuya verə bilərlər? Sual əlbəttə ki, ritorikdir…

Yazını bu xüsusda Prezident İlham Əliyevin iki gün öncə XII Bakı Qlobal Forumunda etdiyi çıxışdan bir sitatla bitiririk: “Əslində Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Biz onların hər hansı sözünə inanmırıq. Çünki onlar elə insan deyillər ki, biz inana bilək, o cümlədən onların indiki hökumətinə. Onların dediyi bizim üçün sıfır məna kəsb edir. Bizə sənədlər, yazılı kağızlar lazımdır. Bizə lazımdır ki, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasın”.

Qalır rəsmi İrəvanın bunu düzgün oxuması. Əks halda nə olacağını bilməmiş deyillər…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Next

“Qarabağ” Avropa Liqasından milyonlar qazanıb – MƏBLƏĞ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv