Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Səhiyyə sahəsində reklam qadağan edilsin!

By Vüsal Rafiqoğlu
18.03.2025 3 Min Read

Milli Məclisdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, deputat Elçin Mirzəbəyli çıxışında qanun layihələrini təqdir edib və dəstəklədiyini bildirib:

“Dəyişikliklərin reklam daşıyıcısı olan rəqəmsal platformalarda baş verən və bəzən hətta cinayət məsuliyyəti yaradan özbaşınalığa və xaosa son qoyulması istiqamətində növbəti addım olduğunu düşünürəm.

Dəyişikliklərdə istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ, reklamla bağlı əsas anlayışlar, reklama dair ümumi tələblərin daha dəqiq, yeni çağırışlar da nəzərə alınmaqla ifadə olunması da təqdirəlayiq yanaşmadır.

MİRZEBEYLİ.jpg (298 KB)

Bununla yanaşı, qanunvericilik təşəbbüsünün konseptual məzmununu nəzərə alaraq, bir neçə məqama diqqət çəkmək istəyirəm. Müzakirəyə çıxarılan dəyişikliklərdə “Gizli reklam” anlayışının genişləndirilməsini və buraya “reklam hüququ əsasında”, “sponsorluq” və tərəfdaşlıq” qeydlərinin əlavə olunduğunu da müşahidə edirik.

Lakin gizli reklamlar özünü yalnız reklam daşıyıcısı olan rəqəmsal platformalarda, o cümlədən sosial şəbəkələrdə, radio və televiziya kanallarında, media resurslarında büruzə vermir. Ən böyük və effektiv, həm də təhrikedici xarakter daşıyan gizli reklamlar dərman şirkətləri ilə işbirliyində olan həkimlərin pasiyentlərə yazdıqları reseptlərdədir. Bu problemdən hər kəsin məlumatı olduğu üçün detallarına diqqət çəkib vaxtınızı almayacağam.

Lakin bu qəbildən olan problemlərin qarşısının alınması üçün nəzarət imkanları yaradan və şəffaflığı təmin edə biləcək mexanizmlərin yaradılmasını zəruru sayıram. Belə mexanizmlərdən biri də reseptlərin, istisnasız olaraq, Səhiyyə nazirliyi və TƏBİB tərəfindən yaradılan onlayn platforma üzərindən verilməsi və həmin platformanın qanunların icrasına nəzarət edən qurumlar üçün də açıq olmasıdır. Yalnız bu halda şəffaflıq təmin edilə və bəzən cinayət xarakteri daşıyan işbirliyinə son qoyula, beləliklə də istehlakçıların hüquqları tam mənada qoruna bilər.

Bir neçə iclas öncə hörmətli Musa Quliyev tamamilə haqlı olaraq, bu gün müzakirə etdiyimiz qanun layihəsinin də bəzi məqamlarını əhatə edən problemlərə, telekanallar vasitəsilə ayrı-ayrı həkimlərin, tibb müəssisələrinin müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunulmaqla, onları təlaşlandırmaqla reklam edilməsinə diqqət çəkdi.

Qeyd edim ki, bu problem bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib.

Səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simtomları təlaşlandırıcı bir formada, həyacanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır. İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər”.

E.Mirzəbəyli qeyd edib ki, Rusiyada 2014-cü ildən “dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib:

“Qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: “Həkim məsləyini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü uyğulaya, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz”. Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Elektron imtahanlara keçid təhsili çökdürə bilər – Təhsil ekspertindən SƏRT REAKSİYA

Next

Bu şəxslər iş prosesini aparmaq üçün sertifikat almalı olacaqlar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv