Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan öz gücü və resursları hesabına beynəlxalq hüququ təmin edən dövlətdir

By Vüsal Rafiqoğlu
19.03.2025 4 Min Read

Martın 13-15-də keçirilən XII Qlobal Bakı Forumu öz işini uğurla yekunlaşdırdı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusuna həsr olunan Forumda beynəlxalq ictimaiyyəti düşündürən məsələlər müzakirə edildi. Bu tədbirin timsalında bir daha göründü ki, Qlobal Bakı Forumu dünyanı narahat edən problemlərin müzakirə olunduğu və onların həlli yollarının araşdırıldığı nüfuzlu siyasi platformadır.

XII Qlobal Bakı Forumunun əsas diqqətçəkən məqamı cənab Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi oldu. Dövlətimizin başçısının çıxışında olduqca mühüm mesajlar öz əksini tapdı. Eyni zamanda, cənab Prezident dərin məzmunlu nitqində toxunulan məsələlər həm XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslarda, həm də Forumla bağlı kütləvi-informasiya vasitələrində aparılan müzakirələrdə əsas ideya xətti kimi özünü göstərdi.

Forumun yadda qalan digər vacib hadisəsi isə həm Qlobal Bakı Forumunun əhəmiyətini, həm də burada müzakirə olunan məsələlərin aktuallığını beynəlxalq ictimaiyyətə çatdıran məqam – Prezident İlham Əliyevin “Euronews” televiziya kanalına verdiyi müsahibə oldu. Məlumdur ki, dövlət başçısı beynəlxalq tədbirlər zamanı müzakirəyə çıxarılan məsələlərə dair baxışları, yanaşmaları həmişə xarici kütləvi-informasiya vasitələrinin xüsusi diqqət mərkəzində olur. Dünyada böyük tamaşaçı auditoriyası olan tanınmış “Euronews” televiziyasının dövlətimizin başçısından müsahibə almasını da ilk növbədə bu prizmadan dəyərləndirə bilərik.

Cənab Prezident müsahibəsində ilk olaraq Qlobal Bakı Forumunun beynəlxalq mühakirələrdəki roluna və yerinə aydınlıq gətirdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. XII Qlobal Bakı Forumu da əvvəlkilər kimi bu baxımdan aktual oldu. Forumun iştirakçıları müzakirələr zamanı ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdülər. Məhz belə müzakirələrin nəticəsində dünyanı narahat edən məsələlərin həlli, problemlərin yoluna qoyulması ilə bağlı yeni ideyalar formalaşır, yeni təşəbbüslər meydana çıxır. İnanırıq ki, XII Qlobal Bakı Forumunda aparılan müzakirələr də beynəlxalq ictimaiyyəti düşündürən məsələlərin həllində mühüm rol oynayacaq.

Eyni zamanda Prezident İlham Əliyev müsahibəsində olduqca yüksək siyasi peşəkarlıqla və mövcud reallıqlara söykənərək müasir dünya nizamına da aydınlıq gətirdi. Məlum olduğu kimi dünya nizamı deyəndə beynəlxalq münasibətlər sistemində mövcud olan dəyərlər, o cümlədən beynəlxalq hüquq göz önünə gəlir. Amma bu gün dünyanın mənzərəsi ondan ibarətdir ki, beynəlxalq hüquq işləmir. Yaxud ayrı-ayrı dövlətlərin problemlərinə münasibətdə ayrıseçkilik nümayiş etdirilir. Bu mənada cənab Prezident müsahibəsində real faktları qeyd etdi və vurğuladı ki, dünya nizamı artıq mövcud deyil:

“Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Azərbaycn torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının əsas səbəbi də məhz beynəlxalq hüququn normalarının tapdalanması idi. Dünya Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, beynəlxalq təşkilatlar və artıq fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupu işğal siyasətinə son qoyması üçün Ermənistana təzyiq və təsir göstərmədilər. Belə bir vəziyyətdə Azərbaycan dövləti yalnız öz gücünə və resurslarına arxalanaraq torpaqlarını işğaldan azad etdi. “Euronews” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də xüsusi diqqət çəkdi. Bu baxımdan torpaqlarımızın işğaldan azad edilməsi cənab İlham Əliyevin dediyi kimi qlobal nizamın olduqca düzgün qiymətləndirilməsinin və Azərbaycanın milli maraqlar məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmamışının nəticəsidir. Əgər Azərbaycan qlobal nizamı düzgün qiymətləndirməsəydi torpaqlarımız hələ də işğal altında idi.

Beləliklə, 44 günlük müharibədə və antiterror tədbirlərində qazanılan qələbələrlə, torpaqlarımızın azad edilməsi və bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunması ilə Azərbaycan dövləti məhz öz gücünün hesabına beynəlxalq hüququn yoluna qoyulmasının ən mükəmməl nümunəsini yaratdı. Qürur hissi ilə qeyd etməliyik ki, hazırda bütün dünyada mövcud olan çoxsaylı münaqişələrin və müharibələrin, başqa cür desək, dünya nizamının pozulduğunu göstərən çoxsaylı faktların fonunda Azərbaycanın öz gücü hesabına beynəlxalq hüququ təmin etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətin təntənəsidir. Eyni zamanda Azərbaycanın bu uğuru ədalətsizliklərlə, hərbi təcavüzlə üzləşmiş bütün dövlətlər üçün ən böyük nümunədir.

Onu da qeyd etməliyik ki, məhz belə hadisələr, bu cür uğurlu nümunələr beynəlxalq hüquq normalarının yerinə yetirilməsi ilə bağlı yeni müzakirələrin başlanmasına səbəb olur. XII Qlobal Bakı Forumu isə belə müzakirələrin aparıldığı, yeni siyasi yanaşmaların formalaşmına təsir göstərən beynəlxalq platformadır. Prezident İlham Əliyevin müsahibəsində dediyi kimi çoxsaylı qonaqların iştirak etdiyi belə toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir.

Cənab Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılış mərasimində olduğu kimi “Euronews” televiziya kanalına müsahibəsində də bir çox mesajlar öz əksini tapdı. Bunlardan ən mühümü odur ki, möhtərəm İlham Əliyev dünya nizamının pozulduğu bir şəraitdə Azərbaycanın timsalında dövlətin öz hüquqlarını təmin etməsinin nümunəsini göstərdi. Bu mənada dövlətimizin başçısının müsahibəsi həm də Azərbaycanın nailiyyətlərinin növbəti mükəmməl təqdimatı oldu.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli maraqlar prioritet təşkil edir

Next

Müdafiə Nazirliyi məlumat yaydı: 40 yaşı tamam olmayan hərbi vəzifəlilər aprelin 30-dək…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv