Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün Beynəlxalq Meşələr Günüdür

By Vüsal Rafiqoğlu
21.03.2025 3 Min Read

Martın 21-i əsası 1971-ci ildə qoyulan və o vaxtdan bəri hər il qeyd olunan Beynəlxalq Meşələr Günü və ya Ümumdünya Meşə Günüdür.

AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsinin təşəbbüskarı 1971-ci ildə BMT-nin 23-cü Baş Assambleyasında Avropa Kənd Təsərrüfatı Konfederasiyası olub.

İdeya Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənib. Üstəlik, ilkin olaraq bu günün Cənub yarımkürəsində payız bərabərliyi və Şimal yarımkürəsində yaz bərabərliyi günü qeyd edilməsi haqqında qərar qəbul olunub.

2012-ci ildə BMT Baş Assambleyası 21 dekabr 2012-ci il tarixli 67/200 saylı qətnaməsi ilə meşələrin qorunmasının vacibliyi barədə cəmiyyəti məlumatlandırmaq və onların əhəmiyyəti barədə məlumatlılığı artırmaq məqsədilə hər il martın 21-nin Beynəlxalq Meşələr Günü kimi qeyd edilməsini təsdiqləyib. Hər il Günün tədbirləri müəyyən bir mövzuya həsr olunur. Bu il Beynəlxalq Meşələr Günü “Meşələr və qida” devizi altında qeyd edilir.

Meşələr planetdəki 1,6 milyard insanı qida, dərman, yanacaq, sığınacaq və gəlirlə təmin edir. Meşələrin və bu ehtiyatların qorunması problemi bütün dünya ölkələri üçün ən mühüm ekoloji vəzifələrdən biridir. Son illərdə meşələrin qırılması ilə bağlı tendensiyalar təkcə ekoloqların deyil, bütün beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub.

Hazırda planetdəki meşələrin ümumi sahəsi təxminən 38 milyon kvadratmetrdir. Bu, torpaq sahəsinin təxminən üçdə bir hissəsidir, bunun 13 faizi mühafizə olunan təbiət əraziləridir.

Meşələr planetimizin ağciyərləridir, onların əvəzsiz ekoloji, sosial və iqtisadi əhəmiyyəti var. Belə ki, meşələr planetin iqlimini formalaşdırır, onu oksigenlə təmin edir, zərərli tullantıları emal edir, su ehtiyatlarını qoruyur, bir çox bitki və heyvanların yaşayış yeridir, insanlara qida və sağlam mühit verir, torpağın münbitliyinin və landşaftların qorunmasına kömək edir…

Ekspertlər: 10 min ildə 26 milyon kvadratmetr meşə ərazisi məhv olub

Bununla belə, hər gün dünya meşələrinin sahəsi durmadan azalır. Bu, ilk növbədə, əhalinin artımı və meşə sahələrinin müxtəlif insan ehtiyaclarına qurban verilməsi ilə bağlıdır. Bəzi ekspert hesablamalarına görə, son 10 min ildə insan 26 milyon kvadratmetr meşə ərazisini məhv edib. Bundan əlavə, meşələr yanğınlar, qanunsuz ağac kəsmələri, təbii fəlakətlər, zərərverici həşəratlar, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşə sahəsinin azalması bütün təbiət və bəşəriyyətin həyatı üçün qlobal əhəmiyyət kəsb edən düzəlməz mənfi proseslərə gətirib çıxarır.

Bu baxımdan Beynəlxalq Meşələr Gününün keçirilməsində əsas məqsəd planetin sakinlərinin diqqətini meşələrin mühafizəsinə cəlb etmək, meşə ekosistemlərinin əhəmiyyəti, onların həqiqi vəziyyəti, mühafizəsi və bərpası üzrə əsas tədbirlər haqqında məlumat verməkdir.

Meşələrin azalması və deqradasiyası prosesləri bütün ölkələrin birgə həllini tələb edən beynəlxalq problemlərə çevrildiyindən, BMT təşkilata üzv dövlətləri bu günün qeyd olunmasını xüsusi tədbirlərlə dəstəkləməyə çağırıb. Bu gün dünyanın əksər ölkələrində meşələrin və yaşıllıqların qorunmasına yönəlmiş müxtəlif tədbirlər keçirilir. Bunlara maarifləndirmə tədbirləri, müxtəlif müsabiqələr və sərgilər, ağacəkmə kampaniyaları, müxtəlif fleşmoblar daxildir.

Maraqlıdır ki, bəzi ölkələrdə bu gün Beynəlxalq Meşələr Günü ilə yanaşı, Ağac Günü kimi də qeyd olunur.

Azərbaycan meşələri

Respublikamızın meşə fоndu 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 faizini təşkil edir. Meşə ilə örtülü sahələr isə 1021 min hektardır ki, bu da respublika ərazisinin 11,8 faizini əhatə edir. Ölkəmizin ümumi meşə ərazilərinin 49 faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi Talış dağlarının, 2 faizi isə aran zonasının payına düşür. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Azərbaycan meşələri dünya meşələrinin birinci qrupuna aiddir. Təəssüflə qeyd olunmalıdır ki, 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan meşələrimizə külli miqdarda ziyan vurub.

Azərbaycanda meşə fondu torpaqlarının açıq və seyrək sahələrində, o cümlədən azad edilmiş ərazilərimizdə meşələrin, həmçinin ölkəmizdə yaşıllıq sahələrinin bərpası məqsədilə kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq qurumlar özəl günlərini ağacəkmə aksiyaları ilə qeyd edirlər.

Təkcə ötən il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 8 milyondan çox ağac əkilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsi

Next

Şirniyyatı az yeyin! – TƏBİB əhaliyə ÇAĞIRIŞ ETDİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv