Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycanın kənd təsərrüfatının yeni uğuru: Ölkəmizdə bol olan yumurta üstündə dünyada davadır

By Vüsal Rafiqoğlu
23.03.2025 3 Min Read

Azərbaycanın kənd təsərrüfatı sektoru yeni bir uğura imza atıb. Artıq ölkəmiz Amerika Birləşmiş Ştatlarına müntəzəm süfrə yumurtası ixracına başlayır. ABŞ-da quş qripi səbəbindən yaranan yumurta qıtlığı və qiymət artımı fonunda Azərbaycanın aparıcı quşçuluq təsərrüfatlarından biri beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçərək bu böyük bazara daxil olmağa hazırdır. Bu addım həm yerli istehsalçılar üçün yeni imkanlar açır, həm də Azərbaycan məhsullarının keyfiyyətini dünyaya nümayiş etdirir. Bəs ixrac perspektivlərimizin artırılması daxili bazara hər hansı mənfi təsir göstərə bilərmi? Bu sahədə gələcək imkanlarımız necə görünür?

ARANTV.AZ  “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

“Artıq ixrac reallaşıb”

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu sahədə istehsalımız tələbatımızı ödəməyə imkan verir. Məhz bunun sayəsində ixrac potensialımızı da genişləndirə bilirik: “Bu gün ölkədə 5,5-6 milyon ədəd arasında süfrə yumurtası istehsal olunur. Gündəlik yumurtaya olan tələbatımız isə dörd milyona yaxındır. İstehsal olunan yumurtanın 1,5 milyonu ixrac edilir. Hazırda yumurta ixrac etdiyimiz ölkələr əsasən Yaxın Şərq ölkələridir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt bu siyahıya daxildir. Bir müddət Rusiyaya da yumurta ixracımız olmuşdu. Lakin hazırda dayandırılıb”.

Sədr qeyd etdi ki, hazırda ABŞ-də toyuqlarda virus yayılıb. Bu səbəbdən ölkədə yumurta ilə bağlı qıtlıq müşahidə olunur: “Bu yaxınlarda ABŞ iş adamları bizə müraciət etdilər. Yumurtaların keyfiyyəti, toyuqların bəslənməsi və sair ilə maraqlandılar. Quşçuluq şirkətimiz yoxlamalardan sonra ABŞ-nin federal sertifikatına layiq görüldü. Məndə olan məlumata görə, 11 mart tarixində ABŞ-yə ilk yumurta ixracımız artıq reallaşıb. Bizdən 70-80 konteyner yumurta aldılar. Təxmini bir ay üçün 21 milyon yumurta ixrac olunacaq. Bu proses minimum 6-7 aydan bir ilə qədər davam edəcək. Amma fikrimcə, bu bazar Yaxın Şərq ölkələri kimi daimi olmayacaq”.

“Anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir”

M.Həsənli bildirdi ki, birlik olaraq bu yeniliyin daxili bazara hər hansı təsir etməməsi üçün maksimum şəkildə çalışırlar: “İxracın daxili yumurta bazarımıza heç bir əks təsiri yoxdur. Çünki anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir. İstehsalın da yüksək olduğunu nəzərə alsaq, heç bir narahatlığın olmayacağını demək mümkündür. İxrac etdiyimiz ölkələrə də kifayət qədər yumurta göndərə bilirik. Qiymət artımı olsaydı, Novruz bayramının təsiri ilə olardı. Amma çalışdıq ki, buna da şərait yaratmayaq. Yumurtaların fabrikdən çıxış qiymətləri 11-12 qəpik təşkil edir. Marketlərə də həmin qiymətə satılır. Lakin ondan sonrakı qiymət prosesi artıq marketlər tərəfindən tənzimlənir”.

“Tezliklə yeniliklərin şahidi olacağıq”

Sədrin sözlərinə görə, tezliklə həm ixrac, həm istehsal sahəsində yeniliklərin şahidi olacağıq: “Yaxın gələcəkdə digər ölkələrə də ixrac düşünürük. Məsələn, Belçika və İsrailə. Hazırda bu sahədə sertifikatlaşma mərhələsindəyik. Həmçinin Cənubi Afrika, Somalidən də süfrə yumurtamızla maraqlanırlar. Yəqin ki, qısa zamanda bu ölkələrə də məhsullarımızı ixrac edəcəyik. Gələcəkdə istehsal gücümüz də artacaq. Belə ki, hazırda bu rəqəm 5-6 milyondursa, onu 8-10 milyon etməyə çalışacağıq. Çünki bu sahəyə xeyli dəstək göstərilir”.

“Tələbat yerli istehsal hesabına ödənilir”

İqtisadçı Rauf Qarayev də düşünür ki, istehsalımız və tələbatımız bir-birinə tam uyğun gəlir: “2023-cü ildə Azərbaycanda ümumilikdə 2,2 milyard yumurta istehsal edilib. Ən çox yumurta istehsalı Hacıqabul rayonunun payına düşüb (414,4 milyon ədəd). Xızı rayonu 407,8 milyon ədəd göstərici ilə ikinci olub. Sabirabad rayonunda isə 215,8 milyon yumurta istehsal edilib. İşğaldan azad edilmiş Xocalı rayonu sonuncu pillədə olsa da, bu rayon üzrə göstərici 50 min ədəd təşkil edib. Yumurtlayan toyuqların orta illik yumurta verimi 2022-ci ildə 235 ədəd, 2023-cü ildə 242 ədəd olub. Adambaşına 2023-cü ildə 215 yumurta düşüb, 2022-ci ildə bu göstərici 200 ədəd olub. İstehlakda adambaşına düşən yumurta isə 2022-ci ildə 179, 2023-cü ildə 189 ədəd olub”.

İqtisadçı bildirdi ki, quş yemi artıq neçə ildir ki, ƏDV-dən azaddır. Bundan əlavə, quşçuluq sənayesində istifadə olunan bir sıra mal və materiallara da dövlət güzəşt tətbiq edir: “Məhz bunun nəticəsidir ki, ölkəmizin yumurtaya olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir”.

“Gərək tələb təklifi üstələsin”

R.Qarayevin sözlərinə görə, istehsalımız tələbatımızı kifayət qədər qarşılaya bildiyi üçün indiki dövrdə qıtlıqdan söhbət gedə bilməz: “Hazırda yumurta istehsalı daxili bazarın tələbini ödəyir. Qıtlığın olması üçün gərək tələb təklifi üstələsin. Bu o vaxt baş verər ki, sahibkara yumurta istehsalı baha başa gələr. Sahibkar bu halda qiyməti artırmalıdır və ya məhsulu üçün yeni bazar axtarmalıdır. Hazırda belə bir vəziyyət mövcud deyil”.

Ekspert bu sahədəki çatışmazlıqlardan da bəhs etdi: “Yumurta və quş əti istehsalı əsasən müəssisələrin deyil, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatçılarının üzərinə düşür. Çətin məsələ müəssisələrin rentabelliyi ilə bağlıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu tarixədək külək əsəcək, yağış yağacaq

Next

Mirzoyanın COP-larla bağlı sayıqlaması – TƏHLİL

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv