Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ana olan 13 yaşlı qızın ailəsi həbs edilməlidir – Rayon deputatından REAKSİYA

By Vüsal Rafiqoğlu
27.03.2025 2 Min Read

Bir neçə gün əvvəl Ağcabədidə 13 yaşlı qızın 24 yaşlı kişidən dünyaya uşaq gətirməsi barədə xəbər yayılıb. Məlumata görə, ailələrin razılığı ilə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.

Nişan məclisindən qızın hamilə qaldığı məlum olub və ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi də təşkil ediblər. Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.

Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.

Zərərçəkmiş kimi tanınan 13 yaşlı qız və ailəsi şikayətçi olmayıblar. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.

Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rəsmi açıqlamada bildirilib ki, Ağcabədi rayonunda 2010-cu il təvəllüdlü G.M.-in valideynləri polis şöbəsinə dəvət olunaraq, onlarla profilaktiki söhbət aparılıb. Qız öz valideynlərinin himayəsinə təhvil verilib.

Hadisə mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.

Modern.az hadisə ilə bağlı Ağcabədi rayonun deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin fikirlərini öyrənib.

Millət vəkili qeyd edib ki, ona hadisə ilə bağlı birbaşa müraciət olunmayıb. Bu haqda müvafiq qurumlar aidiyyatı üzrə işlər görəcək. Hadisə araşdırılacaq və günahkarlar kimlərsə, sözsüz ki, cəzalandırılmalıdır.

“Bu kimi hallar qətiyyən xoşagələn deyil və qanuna ziddir. 13 yaşlı birinin ailə həyatı qurması, ata və ananın səhlənkarlığı və dövlətə xəyanəti hesab edirəm. 13 yaşlı biri ailə sahibi ola bilməz, dünyaya gətirdiyi uşaq da normal olmaz. O qız təhsil almalı, oxumalı, dünya görüşü formalaşmalı idi. Digər tərəfdən həmin qızla evlənən adam da xəyanətkardır. Onun şəxsi məsuliyyəti yoxdur, mənim nəzərimdə həmin adam cinayətkardır. Hüququn ali olduğu, təbliğatların aparıldığı belə bir dövrdə bu cür işlər görən birini heç cür müdafiə etmək düzgün deyil. 13 yaşlı qızın özünə qayğı, diqqət lazımdır. O qızın özü elə uşaqdır. Bu cür qızla evlənmək vəhşilik, insanlığa sığmayan hadisədir” – deyə o bildirib.

T. Rzayev vurğulayıb ki, bu cür hallar tək Ağcabədidə baş vermir, digər rayonlarda da oxşar hadisələrin şahidi ola bilərilk: “Bu hamımızın düşünməli olduğu problemdir. Biz bunlara göz yumaraq balalarımızı oda atmış olarıq. Onların həyatı, gələcəyi var. O cəmiyyət içində olmalı, ona fayda verməlidir. Yoxsa gözü açılan kimi qız uşağını ərə vermək onun sağlamlığına ziyandan tutmuş, uzun illər əziyyət çəkəcəyinin göstəricisidir. Çünki həmin qız ana, qadın olmağa, ailə idarə etməyə, uşaq tərbiyə etməyə hazır deyil. Ailənin uşaqdan imtinası, xəbərləri yoxmuş kimi davranmaq ana-atanın məsuliyyətdən qaçmaq üçün etdiyi hərəkətdir, amma onlar ağır məsuliyyətə cəlb olunmalı, həbs edilməlidir”.

Deputat Ağcabədidə əvvəllər 16-17 yaşlı qızlar ailə həyatı qurduğunu, lakin ilk dəfədir ki, 13 yaşlı qızın başına belə hadisə gəldiyini də bildirib.

“Cənub zonasında bu kimi hadisələrə daha çox rast gəlinir.13 – 14 yaşında uşaqların hələ şüuru formalaşmayıb. O yaşda qızlar özünü yeni-yeni tanıyır, amma onu qoruyan, yönləndirən ailəsi, ətrafı, məktəbidir. Ola bilər o uşaqdır, amma anası, məktəbi, qohumları uşaqla danışmalı, onu başa salmalıdır. Hər bir insanda bu hisslər oyana bilir. Amma bu regionun deyil bütün Azərbaycanı düşündürməli olduğu problemdir. Biz bir millət, xalqıq. Hər birimiz balalarımızın gələcəyini düşünməliyik”- sonda deputat qeyd edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə etdi

Next

Ramazanın 28-ci gününün duası – İmsak və iftar vaxtı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv