Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan Azərbaycanla çox təhlükəli oyun oynayır – xəbərdarlıq!

By Vüsal Rafiqoğlu
30.03.2025 5 Min Read

Nə Ermənistan dövlət ola bilir, nə də bu ölkənin rəhbərliyində olanlar daşıdıqları səlahiyyətin ciddiliyini anlayırlar. Azərbaycan ərazilərinin işğal altında saxlandığı 30 il ərzində sərgilənən siyasətəbənzər nəsnələri bir kənara qoyaq, Vətən Müharibəsindən sonra Nikol Paşinyan komandasının mövqeyi yuxarıdakı qənaətə gəlmək üçün yetərlidir.  

Elə bir neçə gün əvvəl Nikol Paşinyan bildirdi ki, sülh müqaviləsini imzalamağa hazırdır. Üstəlik, müqavilənin harada, nə zaman imzalanacağı ilə bağlı diskussiyalara da start verildi. Amma və lakin “sülh bayatıları” şərti sərhədlər boyunca atəş səslərinin müşayiəti ilə səslənməyə başladı. Diqqət edin, ölkənin rəhbər şəxsi iddia edir ki, o, ordusuna atəş açmamağı tapşırıb, di gəl tətiyi çəkənlər sözə baxmır. Bu, nə dövlət, nə dövlətçilik, nə idarəçilikdir? Ya 44 günlük müharibədən, bir günlük antiterror əməliyyatından sonra “difaqı dağılan” erməni ordusu Paşinyanı saya salmır, ya da baş nazir “mənim dediyimə fikir verməyin, işinizdə olun”, tapşırığını verib gizlincə. Belə olduğu halda Paşinyanın sülh bəyanatlarına necə inanasan? Təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi Paşinyanla deyil, Ermənistanla sülh imzalamağı hədəflədiyini bəyan edib.

Ermənistanın baş naziri sülhdən danışır, amma onun XİN rəhbəri Ararat Mirzoyan ayaq basdığı ölkələrdə Azərbaycanın qarasınca mızıldanır, hara getdisə, rəsmi Bakıda etiraz doğuracaq yalanları sıralayır. Adam, yaxud nazir bu qədərmi qeyri-ciddi olar? Üstəlik, Ermənistan xarici işlər nazirinin müavini Azərbaycanın ünvanına aqressiv şəkildə ittihamlar səsləndirir, onların yalanlarından vəcdə gələn Ermənistanın səfirləri də ziddiyyətli bəyanatlar verirlər. İndi Paşinyan və komandası desin görək: burada sülhün “s”sı varmı?..

Paşinyan: "Azərbaycanla sülh sazişi üzrə danışıqlar yekunlaşıb" -  Turkustan.az

Paşinyan deyib ki, “Qarabağ hərəkatı” Ermənistan dövlətinin quruculuğununda maneə idi”. İndiki məqamda açıq şəkildə etiraf edilməli olan məsələlərin mövcudluğundan bəhs, edən “Real Ermənistan” qurmağa çağırış edən baş nazir niyə davamını gətirmir? Söhbət sülhə əsas maneə olan Ermənistan Konstitusiyasının və normativ hüquqi aktlarının dəyişdirilməsindən, Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmasından gedir. Ermənistan Konstitusiyasında ərazi iddiaları qaldıqca, sülh müqaviləsi imzalansa belə, onun işləməsi, davamlı sülhün əldə olunması mümkünsüz olacaq. Bir yandan Qarabağ “hərəkatı”nı Ermənistan üçün təhlükə sayan Paşinyan digər tərəfdən də parlamentdəki çıxışında odlu-alovlu bəyanatlar səsləndirir, revanşçıları kölgədə qoymağa çalışır. Məqsəd bəllidir: Paşinyan kreslosunda möhkəmlənməyə, növbəti seçkilərdə də partiyasının üstünlüyünü təmin etməyə çalışır. Əks təqdirdə xalqını sülhə hazırlamağı əsas vəzifə olaraq proqramına daxil etməli, velosiped, avtobus, metro ilə gəzərkən də əsas sözü Azərbaycanın şərtlərinin icrası olmalı idi. Amma əgər martın 29-da Qarabağ erməniləri İrəvanın əsas meydanında toplaşıb, ultimatum verirlərsə, burada Nikol Paşinyanın da özünəməxsus qatqısı var. Paşinyan 5 ildir üçtərəfli bəyanatın son bəndini icra etmir, Azərbaycanın bir hissəsindən digər hissəsinə sərbəst gediş-gəlişi təmin etmir, əksinə, “Sülh kəsişməsi” adlı, Prezident İlham Əliyevin dediyi kimi, 2 qəpiyə dəyməyən “layihə”si ilə gündəmi məşğul etməyə, alternativlər irəli sürməyə cəhd göstərir. Bir anlıq təsəvvür edin, əgər Azərbaycan 32 il ərzində “kadastr sənədi olmayan” Ermənistanın bir bölgəsinə Naxçıvan Muxtar Respublikasının taleyini yaşatsaydı, ermənilər və onların havadarları hansı şivən qoparmışdılar?..Hələ Azərbaycan bir ermənini belə, Qarabağdan qovmayıb, əksinə, onların qalıb, təhlükəsiz şəraitdə yaşaması üçün əlindən gələni edib. Amma baxın, Avropa Parlamentdindən tutmuş, ABŞ konqresmenlərinədək haysevərlər fəsiləsindən olanlar ölkəmizə çamur atmaqdan daşınmırlar. Belə bir durumda isə “sülhpərvər” Paşinyan və komandasından bircə dəfə də olsun Avropa İttifaqına, Avropa Parlamentinə, elə bu günlərdə yenidən yağışdan sonra çıxmış göbələklərə bənzəyən 60 amerikalı konqresmenlərə “siz öz işinizlə məşğul olun, biz Azərbaycanla öz məsələlərimizi özümüz həll edərik”, demir. Azərbaycan rəhbərliyinin mövqeyi isə bəllidir: sülhə aparan yol ikitərəfli danışıqlardan və konstruktiv mövqedən keçir!

Paşinyan Yelisey sarayında Makrona Azərbaycanla sülh prosesindən DANIŞDI

Ermənistan mediasında “The Wall Street Journal”da dərc olunan qərəzli məqalədən seçmələri tirajlanıb. İddia olunur ki, guya “iki Azərbaycan var: Bakının qonaqlara göstərdiyi və gizlətdiyi gerçək”. Ermənistanın “boyuna biçilənlər”i Azərbaycanın üzərinə yapışdırmağa cəhd edirlər. Azərbaycan sözü ilə imzası eyni mahiyyət kəsb edən ölkədir, oyuncaq Ermənistandan fərqli olaraq! Paşinyan və komandası gecə-gündüz dil boğaza qoymadan sülhdən danışır, eyni gündə 3 ölkənin prezidentinə zəng edib, “mən sülh müqaviləsini imzalamağa hazıram”, vədini verir, amma kimsə ondan soruşmur ki, əgər sülh bəyanatın ciddidirsə, onda ehayların boğazından kəsib, silahlanmağını necə başa düşək? Soruşmurlar, çünki elə bu təlimatlar, ev tapşırıqları onlardan gəlib. Xatırlayırsınız yəqin, Bayden gethagetdə Bakı və İrəvanı təcili şəkildə yarımçıq razılaşdırılmış sülh müqaviləsini imzalamağa çağırırdı. Makron Fransası ilə Bayden – Blinken cütlüyü Ermənistanı yeni hərbi əməliyyatlara hazırladıqları halda Ermənistan müdafiə naziri “qapıları gəzib”, yeni silah müqavilələri imzalayırdı. Avropa İttifaqının hərbi-kəşfiyyat şəbəkəsi şərti sərhədlərimizdə bu günün özündə zəhlətökən missiyasını davam etdirir, Qubadlı və Laçın dağlarına boylananlar nədənsə erməni ordusunun açdığı atəşlərə kar olurlar. Paşinyan da sülhdən danışır.  İndi qoy Azərbaycanı ittiham edənlər cavablandırsınlar:  əsl Ermənistan hansıdır? Ermənistanın əsl siması hansıdır? Ümumiyyətlə, sima varmı? Paşinyanın “sülhpərvərliyi” erməni cəmiyyətindəki revanşist əhval-ruhiyyəni sadəcə pərdələməyə xidmət edir. Həm də günün birində Ermənistan havadarlarının köməyi ilə 2020-ci ilin Tovuz döyüşlərinə bənzər təxribatlara başlamaq üçün zəmin hazırlayır: “Biz sülh müqaviləsi imzalamağa hazır idik, günahımız yoxdur”, bəhanəsi ilə…Ermənistanın xilası və varlığı üçün ilkin şərt onun idbar konstitusiyasının dəyişdirilməsi, iki dövlətə qarşı əsassız iddialara son qoyulmasıdır! Konstitusiya dəyişikliyini 2027-ci ilə saxlamaqla, üstəlik, buradakı ərazi iddialarının çıxarılmasını inkar etməklə Paşinyan revanşistlərə “pas” ötürür: ənənəvi hay siyasətidir, yəni “mənim sülh bəyanatlarıma baxmayın, siz davam edin”, mesajıdır. Elə İrəvanın mərkəzində Qarabağ ermənilərinin etiraz aksiyalarına rəvac verilməsi də hakimiyyətin gizli oyunbazlığının məntiqi nəticəsidir.

Bakının səbri hüdudsuz deyil. Bu günlərdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Agência Brasil” agentliyinə müsahibəsində xəbərdarlıq etmişdi. E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dönməz və davamlı sülhə nail olmaqdan ötrü Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düzəlişlər edilməlidir. Prezidentin köməkçisi xüsusilə vurğulamıışdı ki, Azərbaycanla sülh fürsəti əbədi deyil. “Ermənistan bu fürsətin daimi olmayacağını anlayıb və onun əldən çıxması onlar üçün ağır nəticələr doğura bilər”, – Əmirbəyov deyib. İrəvandakı “Soros uşaqları” diqqət eləsinlər!

Qərbi Azərbaycandan olan 300 min həmvətənimizin öz yurdlarına qayıdışını əngəlləyən, Qərbi Azərbaycan amilini danmağa cəhd göstərən Paşinyan Azərbaycanla çox təhlükəli oyun oynadığının fərqində deyil, deyəsən. 2019-cu ildə də Xankəndidə dediyi “nöqtəli bəyanat” özünə və ölkəsinə baha başa gəldi, Dəmir Yumruğu tez-tez xatırlasın  gərək! Sülh müqaviləsi Azərbaycandan çox, Ermənistana lazımdır. Bunu anlamayıb, yenidən meydanlara çıxırlarsa, özləri bilərlər. Antiterror əməliyyatından bir az əvvəl Arayik Arutyunyan da Xankəndinin baş meydanında çadır qurub, fasiləsiz aksiya keçirməyə qərar vermişdi. Bu gün Bakıda “çay içir”.

Elşad Paşasoy,
Musavat.com

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda Ramazan bayramıdır

Next

Leyla Əliyevadan Ramazan bayramı PAYLAŞIMI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv