Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

32 il əvvəl xəyanətin qurbanı olan Kəlbəcərin bugünkü növrağı – TƏHLİL

By Vüsal Rafiqoğlu
02.04.2025 4 Min Read

Satqınlıq nəticəsində düşmənə təhvil verilmiş rayonun işğaldan azad edilməsi Azərbaycan üçün strateji, siyasi və iqtisadi baxımdan böyük qələbədir

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin ən parlaq və şərəfli mərhələsi oldu. Qırx dörd gün davam edən bu müharibədə Azərbaycan Ordusu erməni işğalında olan Qarabağı və Şərqi Zəngəzuru  azad edərək tarixi ədaləti bərpa etdi. Azərbaycan, Rusiya prezidentlərinin  və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyanat işğalçı ölkənin kapitulyasiyası ilə nəticələndi. Ermənistan Ağdam və Laçın rayonunu boşaltdı. Eyni zamanda noyabrın 25-də Kəlbəcər rayonlarını da  bir güllə atılmadan Azərbaycana qaytarıldı.  Azərbaycan hərbi-siyasi yolla beynəlxalq hüququn aliliyini və tarixi ədaləti bərpa etdi.

Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik etdi. Ölkəmizin başçısı xalqa müraciətində bildirdi ki, Kəlbəcər rayonunun işğal altına düşməsində o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi məsuliyyət daşıyır: “1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır.”

Gerçəklik odur ki, o zaman Şuşanın təhvil verilməsində, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsində, Kəlbəcərin işğal edilməsində də AXC-Müsavat hakimiyyəti günahkardır. 1992-ci ildə iqtidarda olanda bu bədnam qüvvələr ölkənin inkişafı, torpaqların mühafizəsi naminə bircə addım atmadılar, ən ağır günlərdə insanların çağırışına, fəryadına cavab vermədilər, bununla da torpaqlarımızın zəbt olunmasına şərait yaratdılar. İnsanlar nə edəcəyini bilmirdi. Dinc əhali çaş-baş qalmışdı. Əliyalın, köməksiz, təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə üz-üzə qalan vətəndaşlarımız tamamilə ümidsiz və çarəsiz vəziyyətdə idilər. Ən dəhşətlisi isə o idi ki, məhz həmin illərdə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Çünki o zaman vahid komandanlıq olmadığına görə ordu ayrı-ayrı şəxslər tərəfindən idarə olunurdu. Xalq Cəbhəsinin rəhbərliyində olan, yüksək vəzifə tutan hər bir şəxsin tabeliyində başıpozuq hərbi dəstələr var idi.  Hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlardan dövlət katibi, parlament sədri, müdafiə və daxili işlər nazirləri xalqın maraqlarına uyğun gəlməyən mövqelər sərgiləyir, onların başıpozuq dəstələri arasında tez-tez silahlı qarşıdurmalar baş verirdi.

Zəngin xəzinələr yurdu olan Kəlbəcər rayonu1993-cü il  aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 adam əsir götürülmüş və itkin düşmüş, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdu. İşğal nəticəsində 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Təəssüflər olsun ki, erməni vandalları 1993-cü ildə Kəlbəcəri işğal etdikdən sonra buradakı mədəni abidələrimizin əksəriyyətini dağıdıb izini silməyə çalışmışlar.

Ulu Öndər Heydər Əliyevin işğal edilmiş rayonlarımızın gələcək taleyi ilə bağlı vaxtilə dediyi müdrik fikirlər artıq bu gün reallığa çevrilib. Ümummilli Lider hər zaman Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və oradan məcburi köçürülən insanların öz yurd-yuvalarına qayıdacaqlarını deyirdi. Ulu Öndər 1996-cı ildə kəlbəcərlilərlə görüşündə bildirmişdi ki, heç şübhəsiz, Kəlbəcər işğaldan azad olunacaq və kəlbəcərlilər öz doğma evlərinə qayıdacaqlar. Bəli, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən noyabrın 25-də azadlığına qovuşdurulması ilə ürəyimizdə qaysaq bağlamış Kəlbəcər yarası sağaldı.

2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Tarixə qızıl hərflərlə yazılan Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Şərqi Zəngəzur iqtisadi bölgəsində yerləşən Kəlbəcərin bərpası, yenidən qurulması strategiyasına ötən il avqustun 16-da Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq 11.6 kilometrlik möhtəşəm tunelin təməlini atmaqla start verən Prezident İlham Əliyev bu nadir təbiətli bölgəmizdə bir daha bildirmişdi ki, artıq Kəlbəcərin inkişafı ilə bağlı planlarımızı reallaşdırırıq.  2022-ci il iyunun 26-da Kəlbəcərə yenidən səfər edən Prezident İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, “İstisu” sanatoriyasının təməlini qoydu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda hazırda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır. Dövlət başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Kəlbəcər rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Əminliklə deyə bilərik ki, çox qısa zamanda kəlbəcərlilər doğma yurdlarında yeni və firavan həyata başlayacaqlar. Böyük qürur hissi ilə deyə bilərik ki, 27 il sonra Kəlbəcər rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün strateji, siyasi, həm də iqtisadi baxımdan böyük qələbədir.

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır – VİDEO

Next

Şərqi Zəngəzur və Qarabağdan sonrakı hədəf Qərbi Azərbaycandır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv