Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Düşmənin mina “əkinçiliyi”nin acı nəticəsi – daha bir vətəndaşımız yaralandı

By Vüsal Rafiqoğlu
02.04.2025 5 Min Read

Ağdam rayonunun Çəmənli kəndi ərazisində 2 aprel tarixində mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində, minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Azərbaycan torpaqları 30 ildən artıq bir müddətdə düşmən qüvvələrin işğalı altında qalıb. Bu müddət ərzində işğalçılar əraidə ciddi şəkildə mina “əkinçiliy”i ilə məşğul olublar. Düşmənin bu işi sistemli və miqyaslı şəkildə icra etməsinin sübutu müharibənin bitməsindən ötən 4 ildən artıq bir vaxt ərzində 300-dən artıq     Azərbaycan vətəndaşının minaya düşməsidir. İlkin qiymətləndirmələrə görə, Azərbaycan ərazilərində Ermənistanın torpaqlarımızda basdırdığı minaların sayı 1,5 milyondan artıqdır. Azərbaycanın 8235 kvadrat kilometrdən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirkləndirilib. 1991-ci ildən 2024-cü il oktyabrın 14-nə qədər olan statistikadır ki, 3400 nəfərdən çox insan mina qurbanıdır. Onlardan 359 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadındır.

İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ilin noyabrından 2024-cü il oktyabrın 14-nə qədər isə mina qurbanlarının sayı 381 nəfər təşkil edib ki, bunun da 70 nəfəri həlak olub, 311 nəfəri xəsarət alıb. 198 nəfər mülki şəxs bunun qurbanıdır ki, onların da 55 nəfəri həlak olub. Hərbi qulluqçular 183 nəfər, 15 nəfəri isə həlak olub. Mina qurbanları olmuş mülki şəxslərin təsnifatına gəldikdə – infrastruktur işləri aparanlar 17 faiz, xidməti vəzifə aparanlar 24 faiz, kənd təsərrüfatı ilə məşğul olanlar 27 faiz təşkil edib. 32 faiz insan isə 30 il həsrətində olduğu dədə-baba torpaqlarına səfər edərkən mina qurbanı olublar. Rəsmi məlumatlara görə, Vətən müharibəsindən sonra Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazilərində 1,5 milyon mina basdırılıb. Ölkəmiz bu göstəriciyə görə dünyada minaya görə ən çox çirklənmiş 5-ci ölkədir. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir ki, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta səviyyəli çirklənməyə məruz qalıb. Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin cəmi 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti təkcə 2023-cü ildə dövlət büdcəsindən 110,2 milyon manat pul ayırmışdı. Ümumilkdə minatəmizləmə prosesin 30 ilə qədər bir vaxt alacağı və bu işlərin görülməsi üçün 25 milyard ABŞ dolları lazım gələcəyi proqnozlaşdırılır.

Deputat Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib

Milli Məclisin deputatı Arzu Nağıyev Musavat.com-a deyib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı mina terroru davam edir: “Ermənilərin Azərbaycan ərazilərində basdırdıqları və xəritələrini təqdim etmədikləri minalar neçə-neçə vətəndaşımızın ölümünə, yaralanmasına səbəb olur. Təəssüf ki, beynəlxalq təşkilatlar baş verən hadisələr qarşısında susur. Ermənilər və ya onların havadarları əgər insan haqlarından, insan hüquqlarından bəhs edirlərsə, onlar basdırılan minaların xəritələrini də təqdim etməlidirlər. Təqdim olunan xəritələrin də cəmi 25 faizi doğrudur, digərləri isə həqiqətə uyğun deyil”.

Arzu Nağıyev deyib ki, bu gün Böyük Qayıdışı əngəlləyə əsas problem mina təhlükəsi ilə əlaqəlidir: “Ən böyük problemimiz də ərazilərin minalardan təmizlənməsidir. Ali Baş Komandan İlham Əliyev bu barədə açıqlamalarında dünyada minatəmizləmə ilə məşğul olan qurumların mövcud olduğunu, onların özlərinin işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə prosesində iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Təəssüf ki, çox az qurumlar buna reaksiya verib. Bu gün Azərbaycan torpaqlarını öz gücünə minalardan təmizləyir. Lakin bu, böyük vəsait, uzun vaxt tələb edən prosesdir. Burada maarifləndirmə məsələsi də çox mühümdür. Hətta İkinci Dünya müharibəsindən qalan partlamamış mərmilər, minalar bu gün də öz əks-sədasını verməkdədir. Əfqanıstanda, Küveytdə, Vyetnamda getmiş proseslər hələ də davam edir. Bu gün kommunikasiyaların inşası, infrastrukturun yenidən qurulması zamanı ərazilər minalardan təmizlənir. Dini abidələrdə, qəbiristanlıqlarda mina qorxusu hələ də mövcuddur. Digər məsələ ondan ibarətdir ki, ermənilər bizim kənd təsərrüfatı təyinatlı torpaqlarımızı da minalayıblar. Lakin biz əminik ki, bütün bu problemləri aradan qaldıracağıq. Bunun üçün bütün dünya Azərbaycanı dəstəkləməli, minaların düzgün xəritələrinin verilməsi üçün ermənilərə cidd-cəhdlə təzyiq və təsir göstərməlidir”.

Deputat deyib ki, ermənilər Azərbaycanla sərhəd zonalarında özlərinin istehsalı olan minaları məhz vətəndaşlarımıza təhlükə törətmək üçün basdırmağa cəhd göstərirlər:

“Onların özlərinin istehsal etdikləri minaları birmənalı şəkildə Azərbaycan vətəndaşlarının ölümünə qarşı istifadə etmələri ilə bağlı beynəlxalq təşkilatlar susmamalı, beynəlxalq ictimaiyyət buna biganə qalmamalıdır. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan bir milyondan çox “ölüm toxumu” insanların həyatına, eyni zamanda, flora və faunaya, nadir heyvanlara və endemik bitkilərə ciddi təhdidlər yaradır ki, bu da, eyni zamanda, zəngin torpaqları çirkləndirməklə ekologiyamıza külli miqdarda ziyan vurur”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Musavat.com-a açıqlamasında bildirib ki, minaların təmizlənməsində Azərbaycana Avropa İttifaqı və “Team Europe” proqramı çərçivəsində onun 10 üzv dövləti,  Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Böyük Britaniya, ABŞ, Yaponiya və Türkiyə dəstək göstərib: “Müharibə bitdikdən sonra mina problemi ilə bağlı əməkdaşlıq etdiyimiz bütün beynəlxalq təşkilatlara müraciət etdik. Bu fəaliyyət hökumət strukturları tərəfindən də həyata keçirilir.

Beynəlxalq praktikada ölkələr arasında dövlət sərhədinin minalanması məsələsi digər ölkələrdə də var. Məsələn, Hindistan-Pakistan sərhədində 2 milyon mina var. Ermənistanla Türkiyənin dövlət sərhədində də minalar yerləşdirilib. Onlar hələ SSRİ dönəmindən qalıb. Bəlkə də Ermənistan sonradan onları yeniləyib. Türkiyə  Ottava konvensiyasının üzvü olduğu üçün öz tərəfində minaların təmizlənməsini həyata keçirib. Bu, Suriya və İraqla sərhəddəki minaların təmizlənməsinə də aid idi.

Ölkələr Minalar Əleyhinə Konvensiyaya qoşulduqdan sonra onların qarşısında şərt qoyulur ki, onun yuridiksiyası altında olan bütün ərazilərdə minalar tapılıb məhv edilməlidir”.

H.Səfixanov bildirir ki, Azərbaycan hökumətinin təzyiqi nəticəsində 2021-2022-ci illərdə bəzi beynəlxalq aktorlar prosesə qoşulub və Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur edib: “Ermənistan aktorların təzyiqi nəticəsində Azərbaycana xəritələri təqdim etdi.  Bu xəritələr keçmiş təmas xəttinə aid olan əraziləri –  Araz çayından başlayaraq Murov dağına qədər olan  hissələri əhatə edir. Buraya 44 günlük müharibənin gedişində minalanan ərazilər daxil deyil.

Müvafiq qurumlar həmin xəritələri yoxlayanda məlum oldu ki, bəzi yerlərdə heç 25 faizlik dəqiqlik yoxdur. Təşkilatımız monitorinq keçirəndə aşkarlandı ki, 71 kilometr əraziyə aid, xüsusən də Xocavənd, Goranboy və Kəlbəcərdəki minalı ərazilərin xəritələri Azərbaycana verilməyib.  Xəritələrdən əlavə verdikləri formulyar sənəd heç 2 faiz dəqiqlikdə deyil. Ən böyük problem keçmiş təmas xəttini keçəndən sonra başlayır. Qarabağa insanlar qayıtdıqca, infrastruktur layihələri həyata keçirildikcə həmin ərazilərdəki minalar böyük çətinliklər yaradacaq. Təəssüf ki, o ərazilərə aid Azərbaycana heç bir sənəd verilməyib”.

Hafiz Səfixanov: Azərbaycanla İran arasında 132 kilometrlik sərhəd  minalarla çirkləndirilib

Birlik sədrinin sözlərinə görə, şərti sərhəddə mina basdırılması qəti doğru addım deyil: “Hər mina partlayışı sülh müqaviləsini müəyyən qədər geri atır, etimadı azaldır. Şərti sərhəddə minalar konflikt başlayan dövrdə qoyulub. Əraziləri minalardan təmizləmək ən çətin, çox vaxt və maliyyə vəsaiti aparan işdir. Azərbaycanda minaların təmizlənməsi BMT standartları ilə həyata keçirilir.  Rəsmi səviyyədə bir neçə il bundan əvvəl minaların təmizlənməsi üçün 30 il vaxtın və 25 milyard dolların lazım olduğu bildirilmişdi. Lakin o vaxtdan bu günə kimi canlı qüvvələrin, siçovulların və maşın mexanizmlərinin sayı artırılıb. Bu da müddətin azalmasına təsir edən amillərdəndir”.

Həmsöhbətimiz deyir ki, beynəlxalq aləmin minaların təmizlənməsində Azərbaycana dəstəyi yetərli deyil: “Azərbaycan beynəlxalq ictimaiyyətdən problemin həlli üçün tələb olunan vəsaitin indiyə kimi 4-5 faizini ala bilmişik. Yerdə qalan 95 faiz işlər isə dövlətimizin öz büdcəsi hesabına görülür.

Azərbaycan Minalar Əleyhinə Konvensiyaya qoşulmalıdır. Əgər həmin konvensiyanın üzvü olarsaq, onun 6-cı maddəsinə əsasən  beynəlxalq birlikdən daha artıq maliyyə vəsaitini tələb edə bilərik. İndiki məqamda Azərbaycan bu konvensiyaya qoşula bilmir. Lakin onu dəstəkləyir və tələblərini könüllü şəkildə yerinə yetirir. Hətta konvensiyaya üzv dövlətlərdən daha çox iş görür.  Hazırda Azərbaycana verilən vəsaitlər hansısa ölkələrin bu və ya digər maraqları, yaxud da xoşməramlı niyyətləri ilə bağlıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentlər rəsmi naharda – FOTO

Next

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv