Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Meyvə bahalaşacaq – səbəblər

By Vüsal Rafiqoğlu
02.04.2025 5 Min Read

Ərik, şaftalı, alça, nektarin, gilənar ağaclarının tumurcuq və çiçəklərini soyuq “yandırdı”

Bütün dünyada olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı istehsalı, xüsusilə də meyvəçilik iqlim-hava şərtlərindən kəskin asılıdır. Kəskin quraqlıq, həddən artıq yağıntı, tufanla yanaşı, ərazi üçün xarakterik olmayan soyuq qış şəraiti də kənd təsərrüfatı əkinləri, o cümlədən meyvə bağları üçün böyük problemlər yaradır. Son illərin hədsiz mülayim qış havasından sonra arxada qalan mövsüm Azərbaycanda güclü qar yağması, şaxtalı günlərin bolluğu ilə yadda qaldı. Belə ki, yanvar ayında rekord isti hava şəraitindən sonra fevral ayının ikinci yarısı qar-tufanla keçdi, bütün ölkə boyu nadir görünən kəskin şaxtalar qeydə alındı. Martın əvvəlindən mülayimləşən havalar ikinci ongünlüyün sonundan yenidən soyuqlaşdı, bir çox bölgələrdə sulu qar və qar yağdı. Martın əvvəlindəki iki həftəlik istiləşmədə, təbii olaraq, ağaclar tumurcuqlamağa, ərik, alça və sair kimi bəzi ağaclar isə çiçək açmağa başladı. Lakin yenidən soyuqlaşan hava şəraiti erkən çiçəkləyən ağaclar üçün fəlakətə çevrilib. Xüsusilə ərik, şaftalı, alça, nektarin, gilənar ağaclarının tumurcuq və çiçəklərini soyuq “yandırdı”. Hətta Bakı ətrafındakı bağlarda ərik ağaclarının çiçək tumurcuqlarının qaralaraq yerə tökülməsi, açılan çiçəklərin isə zəif olması müşahidə olunur.

Bağ sahibi İsa Abakarovun Baku TV-yə dediyinə görə, meyvələrə ciddi zərər dəyib: “Hava belə olduğuna görə çiçəklər yandı. Təxminən 70 faiz şaftalı və ərik ağacından məhsul gözləmirik. Çiçək töküləndən sonra ağac yenidən yarpaqlamağa başlayır. Amma məhsulu olmur”.

Ağacların çiçəkləmə dövründə qeydə alınan bu hallar, aydın məsələdir ki, məhsulun yetişdiyi dövrdə ölkədə qıtlığa və qiymət artımına gətirib çıxaracaq.

Xatırladaq ki, 2024-cü ilin erkən yaz aylarından başlayaraq, bütün ölkə ərazisində qeydə alınan güclü yağışlar, külək də meyvə istehsalına ağır zərbə vurmuşdu. Bu, ötən ilin meyvə mövsümündə Azərbaycanda erkən çiçəkləyən meyvələrin qiymətində ciddi artımlara səbəb oldu. Xüsusilə gilas, albalı və digər giləmeyvələrdə bu artım daha yüksək idi. Yağıntıların yay aylarında da davam etməsi isə payızlıq meyvələrin məhsuldarlığını kəskin aşağı saldı. Nəticədə ölkəyə meyvə idxalında ciddi artım baş verib. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə-tərəvəz idxal edilib. Bu idxalın dəyəri əvvəlki ilə nisbətən 51,9 milyon ABŞ dolları (22,6 faiz), həcmi isə 22,2 min ton (6,3 faiz) artıb. Meyvə-tərəvəz idxalında artım bu il də davam edir. Belə ki, 2024-cü ilin  iki ayında ölkəyə 63,1 milyon dollarlıq 91,5 min ton meyvə-tərəvəz gətirilmişdisə, 2025-ci ildə bu, 88 min ton və 66 milyon dollar təşkil edib.

2024-cü ildə Azərbaycana erkən meyvə və giləmeyvələrdən 2687,13 ton ərik (Özbəkistan, Tacikistan və Türkiyədən), 966,43 ton təzə turş albalı (İran, Qırğızıstan), 104,18 ton  Təzə albalı və gilas, digərləri (Özbəkistan, Çili, Argentina, İran və Türkiyə), 295,52 ton nektarinlər daxil olmaqla təzə şaftalı (Türkiyə, İran, Rusiya və sair) idxal edilib.

İdxalla yanaşı, Azərbaycandan belə meyvələrin ixracı da getdikcə artır. 2024-cü ildə ərik ixracı 2 milyon 684,7 min dollar dəyərlə 2215,74 ton (Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan), təzə turş albalı ixracı 67,92 ton (Rusiya),  təzə albalı və gilas, digərlərinin ixracı 25 842,3 ton (Rusiya, BƏƏ, Qətər və sair), nektarinlər də daxil olmaqla təzə şaftalı ixracı 56 404,17 ton (Rusiya, Belarus, Qazaxıstan, BƏƏ, Qətər) təşkil edib.

Ötən il ölkədə 1 milyon 261 min 309,7  ton meyvə və giləmeyvə istehsalı qeydə alınıb. O cümlədən 65294,3 ton şaftalı (2022-ci ildə 57 726,5 ton), 30 462 ton ərik (30 284,4 ton), 50286,7 ton gilas (47 674,8 ton), 10 910,4 ton gilənar (albalı) (11 510,5 ton), 36 039,7 ton alça (35 628,9 ton) və sair istehsal olunub. Həm ümumi istehsalda, həm də ayrı-ayrı meyvə və giləmeyvələrin istehsalında artım olsa da, məhsuldarlıqda azalma diqqəti cəlb edir. İqlim şərtlərinin dəyişməsi, kənd təsərrüfatı istehsalına zərbə vuran təbiət hadisələrinin (sel, daşqın, tufan və sair) sayının artması meyvəçilikdə məhsuldarlığın azalmasına gətirib çıxarır. Rəsmi statistikaya əsasən 2013-cü ildə Azərbaycanda 134,2 min hektar meyvə və giləmeyvə bağı olub ki, bunun 113,9 min hektarı bar verən yaşda idi. 2023-cü ildə bağların ümumi sahəsi 227,2 min hektara, o cümlədən var verən yaşda olanların sahəsi 177,4 min hektara çatıb. Bağ sahələrinin artımı nəticəsində istehsal 853 min 757,2 tondan 2023-cü ildə 1 milyon 261 min 309,7 tona çatıb. Artım 47,8 faizə qədər təşkil edib. Ən maraqlı məqam budur ki, on ildə meyvə və giləmeyvə bağlarında orta məhsuldarlıqda ciddi azalma qeydə alınıb. Belə ki, bar verən yaşda olan bağların sahəsi qeyd olunan onillikdə 57 faiz artsa da, məhsuldarlıq 1 hektardan 74,3 sentnerdən 70,7 sentrnerə qədər düşüb. Bu, 4,9 faizə qədər azalma deməkdir. Nəzərə alsaq ki, dövlət hər il intensive üsullar salınan meyvə bağlarına görə kənd təsərrüfatı istehsalçılarına böyük həcmdə subsidiya ayırır, onda məhsuldarlığın belə azalması fonunda xərclənən vəsaitlərin səmərəliliyi suallar doğurur.

2021-ci ildən etibarən Azərbaycanda hava şəraiti, təbiət hadisələrin görə kənd təsərrüfatı istehsalçılarına dəyən zərəri dövlətin ciddi dəstək verdiyi aqrar sığorta mexanizmi vasitəsilə kompensasiya etmək imkanı yaranıb. Aqrar Sığorta Fondunun (ASF) təqdim etdiyi sığorta şərtlərinə görə sığortalanan sahələr üzrə hesablanan sığorta haqqının 50 faizini dövlət ödəyir. Zərərli təbiət hadisələrinin ildən-ilə artması sığortaya üz tutanların da sayını artırır. Belə ki, ASF-dən “Yeni Müsavat”a verilən məlumata görə, Azərbaycanda meyvə bağlarına aqrar sığorta ödənişləri 18 dəfə artıb: “Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermerlərin sayı və onlara ödənişlər kəskin artıb. Sığorta ödənişlərinin artımı özünü xüsusilə meyvə bağlarında göstərir. Belə ki, 2024-cü ildə meyvə bağlarında baş verən müxtəlif hadisələr nəticəsində dəyən zərərlər üzrə bağını sığorta etmiş fermerlərə ümumilikdə 721 min manat ödəniş edilib. Bu, əvvəlki ilin göstəricisinə nisbətən 18 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ildə meyvə bağları üzrə ümumilikdə 39 min manat sığorta ödənişi edilmişdi”.

Fond bildirir ki, 2024-cü ildə sığorta ödənişlərinin kəskin artımına  fermerlərin aqrar sığorta barədə məlumatının daha da yüksəlməsi, sığortalanan meyvə bağlarının sahəsinin genişlənməsi və təbiət hadisələrinin tezliyinin artması səbəb olub: “Meyvə bağları üzrə aqrar sığorta ödənişləri ölkənin bütün iqtisadi regionlarında həyata keçirilib. Ən çox sığorta ödənişləri üzüm, gilas, alma, badam, ərik, alça, armud, şaftalı, qoz, limon, naringi, nektarin, xurma və sair məhsullar üzrə həyata keçirilib. Sığorta ödənişinə səbəb olan əsas hadisələr isə fırtına-qasırğa, dolu, şaxtavurma halları olub. Belə ki, 2024-cü ildə meyvə bağlarına edilmiş sığorta ödənişlərindən 130 min manatı şaxtavurma hadisəsi üzrə həyata keçirilib. Hazırda müxtəlif meyvə bağları və əkinlər üzrə sığortalanma prosesi davam edir”.

Bu ilin fevralında qeydə alınan şaxtalara görə artıq ASF-yə müraciətlər başlayıb: “2025-ci ilin yanvar-fevral ayları ərzində respublikanın müxtəlif bölgələrində meyvə bağlarına qar yağması və şaxtavurma (donvurma) hadisəsi ilə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə 30-a yaxın müraciət daxil olub. Müraciətlər Azərbaycanın müxtəlif bölgələrindəki fermer və təsərrüfatlardan qəbul edilib. Belə ki, əsas müraciətlər Lənkəran, Yevlax, Şəmkir, Xaçmaz, Qax, Ağdaş və Ağstafa rayonlarından qeydə alınıb. Müraciət qeydə alınmış meyvə bağları əsasən limon, mandarin, şaftalı, nektarin, ərik, badam, gilas, gavalı, fındıq bağları olub.  Aqrar Sığorta Fondunda bütün müraciətlər qeydə alınıb, hadisələrin araşdırılması üçün təsərrüfatlara müstəqil aqrar sığorta ekspertləri yönəldilib və hadisələrin araşdırılması davam edir. Aqrar Sığorta Fondu fermerləri məhsul və gözlənilən qazanclarını təbiət hadisələrindən qorumaq üçün təsərrüfatlarını sığorta etməyə çağırır. Aqrar sığorta meyvə bağlarını və əkin sahələrini dolu, fırtına, qasırğa, sel-subasma, doluvurmadan keyfiyyət itkisi, leysan yağışları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən sığorta edir”.

Beləliklə, sığortalanan meyvə bağlarının sahibləri, aydın məsələdir ki, dəyən zərərin əvəzini ASF-dən ala biləcəklər. Lakin sığortalanmayan bağların sahibləri üçün bu, mümkün olmayacaq.

Eyni zamanda şaxtaların yaradacağı qıtlıq və qiymət artımından istehlakçılara – sadə vətəndaşların büdcəsinə dəyən zərərin də qarşılanması mümkün olmayacaq. Yaz fəslinin yeni başladığını nəzərə alsaq, bu şəraitdə Azərbaycan vətəndaşlarının yay meyvələrindən doyunca yemək ümidi Allaha qalıb: sel, daşqın, dolu, külək olmasa, bazarlarda bahalaşma da çox olmayacaq…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü oldu

Next

Azərbaycan Xəzərdən gəmi ilə çıxış imkanını itirə bilər – şok hesabat

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv