Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənilərin Qarabağa qayıdışı üçün dialoq başlanır? – BAKIDAN REAKSİYA

By Vüsal Rafiqoğlu
03.04.2025 3 Min Read

Separatçılar məsələnin danışıqlarla həll olunacağı iddialarını tirajlayır; Qabil Hüseynli: “Bəzi xarici dairələr bunu istəyir, çünki…”

“Ermənistanda Qarabağdan köçənlərə sosial proqramlar üçün material kimi baxılır”. “Yeni Müsavat” bildirir ki, bu fikri Qarabağda mövcud olmuş oyuncaq parlamentin üzvü Metaxe Akopyan deyib. O bildirib ki, İrəvanda Qarabağdan könüllü köçmüş şəxslər yük hesab edilməməlidir.

Akopyan onu da iddia edib ki, ermənilərin Qarabağa qayıdışı danışıqlar yolu ilə həll olunacaq. Ancaq ermənilərin Qarabağa qayıtması üçün Azərbaycanın tələbləri var. Ən başlıca tələb vətəndaşlığı qəbul etməkdir. İkincisi, işğal dövründə bölgəyə köçürülmüş ermənilər qayıda bilməzlər. Nəhayət, bu proses paralellik təşkil etməlidir: qərbi azərbaycanlılar Ermənistandakı dədə-baba yurdlarına köçməli və orada yaşamalıdırlar.

Bu il yanvarın 8-də Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Qarabağdan könüllü olaraq gedən ermənilərin qayıdışı haqqında danışarkən söyləyib ki, bu barədə yaxşı heç nə deyə bilməz: “Siz məndən ermənilərin Qarabağda yaşaması barədə soruşursunuz. Biz bu barədə ermənilər orada yaşadığı zaman danışmışıq. İndi isə qayıdış hansı şərtlərlə olacaq? Hər hansı bir muxtariyyət şərtləri iləmi? Yoxsa sadəcə Azərbaycan vətəndaşları kimi, amma məktəblərdə erməni dilini öyrənmək imkanı olan şəxslər kimi? Belə bir imkan mövcud idi. Dağlıq Qarabağ nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə birbaşa danışıqları məsələsi 2021-2022-ci illərdə müzakirə olunmuşdu. Amma bütün bu imkanlar konkret dairələrin səyləri ilə yoxa çıxdı. İndi baş verənlərdən sonra qayıdış haqqında danışmaq mənasızdır”.

O halda, separatçı Akopyan nəyə ümid edir? Ermənilərin qayıdışı üçün söhbət hansı danışıqlar yolundan gedir? Ümumiyyətlə, rəsmi İrəvan onların Xankəndinə dönüşünü istəyirmi? Çünki Paşinyan və digər Ermənistan rəsmiləri qayıdışı istisna edirlər. Lakin hələ də Azərbaycana əsassız ittihamlar davam edir. Bunlara son qoyulması lazımdır. Axı ermənilərin qovulmasına dair fakt yoxdur.

Qabil Hüseynli: “Paşinyan vahimə içindədir”

Qabil Hüseynli 

Professor Qabil Hüseynli ermənilərin qayıdışını mümkün saymır. Onun fikrincə, bu kitab bağlanıb və sülh mətnində də yer almır. Professor hesab edir ki, Ermənistan hökuməti də onların hazırkı şəraitə inteqrasiyası üçün çalışır: “Ermənilərin qayıdışını kənar güclər arzulaya bilər. Bu da onların regiona yenidən müdaxiləsi üçün lazımdır. Azərbaycan və Ermənistan bu mövzunu müzakirə etmir. Deməli, həmin separatçı Akopyan yalan danışır. Hazırda bu məsələ ətrafında hər hansı dialoq, masa qurulmayıb. Əgər belə danışıqlar olsaydı, hər iki tərəf ictimaiyyəti məlumatlandırardı. Ümumiyyətlə, Bakı və İrəvanın müzakirə masasında ermənilərin Qarabağa qayıdışı yer almır. Sadəcə, bəzi beynəlxalq dairələr, o cümlədən revanşist qruplar bunu təzyiq aləti kimi görməkdədirlər. Azərbaycan isə onlara bu şansı verməyəcək”.

Q.Hüseynlinin fikrincə, ermənilərin qayıdışı üçün mexanizm yoxdur: “Azərbaycan onları getməməyə çağıranda qədrini bilmədilər. Əsasən də separatçı rəhbərlərin təsiri ilə bölgəni tərk etdilər. İndi yenidən qayıdış nağıllarını dövriyyəyə buraxırlar. Axı onlara deyildi ki, qalsınlar, hər bir sosial şərait də yaradılacaq, işlə təmin olunacaqlar. Zənnimcə, bu məsələ qapanıb və onların dönüşü ilə qərbi azərbaycanlıların qayıdışı sinxronluq təşkil etməlidir”.

Professora görə, Qarabağda ermənilərin varlığı həmsədr ölkələr və bir sıra xarici güclər üçün siyasi oyunlara lazımdır: “Azərbaycan isə bu hiylələri çox görüb. Biz buna imkan verə bilmərik. Azərbaycan Prezidenti kifayət qədər prinsipial, iradəli siyasi xadimdir və bu mövzu ətrafında konkret mövqeyi var. Bundan əlavə, onların qayıdışı üçün hansısa mexanizm yoxdur. Əvvəl rus hərbçiləri mövcud idi. İndi onlar da bölgədən çıxıblar. Çünki münaqişə başa çatıb. Odur ki, ermənilərin qayıdışı, bizə qarşı etnik təmizləmə ittihamları qəsdən ortalığa atılan məsələlərdir, məqsəd Azərbaycana qarşı kampaniya aparmaqdır. Kimsə 1 milyon qaçqın və köçkünün 30 ildən çox evindən didərgin düşməsini dilinə gətirmədi, indi bir ovuc erməni üçün ürəyi yanan olublar. Proqnozum ondan ibarətdir ki, onların qaytarılması ilə bağlı heç bir danışıqlar platforması olmayacaq”.

Xatırladaq ki, hələ ötən ilin sonunda yayılan rəsmi məlumata əsasən, Qarabağdan gedən 5500-dən çox erməni Ermənistan vətəndaşlığını qəbul edib. Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətindən məlumat verilib. Onların sayı getdikcə artır. Bu da həmin şəxslərin geri qayıtmamaq niyyətindən irəli gəlir. Aprelin 1-dən Ermənistan hökuməti Qarabağdan olan ermənilərə qısamüddətli yardım proqramlarını davam etdirməyi dayandırıb. Əmək qabiliyyətli vətəndaşlar 40+10 min dram qısamüddətli yardım proqramı çərçivəsində müavinət almayacaqlar. Onları yalnız uşaqlar, pensiyaçılar, əlil vətəndaşlar (1-ci və 2-ci qrup əlillər), habelə ailə başçısını itirmiş ailələr alacaqlar. Lakin onlar üçün dəstək ayda 40 min dram, iyuldan dekabr ayına qədər isə 30 minə qədər azalacaq. Bu da ölkədə etirazlara səbəb olub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Uşaqlarla bağlı SOS! – Siqaret qədər təhlükəli çipslər

Next

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv