Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İrəvanın vaxtı bitir… – o sənədin 18-ci “bəndi”

By Vüsal Rafiqoğlu
03.04.2025 3 Min Read

Bakının konstitusiya ilə bağlı haqlı tələbinin gözardı edilməsi yeni müharibəyə gətirib çıxara bilər; analitiklərə görə, yeni eskalasiyaya səbəb Ermənistandır

2025-ci ilin 1/4-i arxada qaldı. Əfsus ki, Ermənistan rəhbərliyi hələ də Azərbaycan və Türkiyə ilə barışığa tələsirmiş kimi görünmür. Yoxsa ötən 3 aydan böyük sülh naminə lazımınca faydalanardı. Doğrudur, bu arada tərəflər arasında 17 bəndlik sənəd layihəsi razılaşdırılıb. 

Lakin ədalətli və əbədi sülh önündə bütün əngəllərin aradan qalxdığını söyləmək mümkün deyil. Ən ciddi maneə isə əlbəttə ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəalardır. Buna açar şərt və ya obrazlı şəkildə 18-ci “bənd” də demək olar. Bakının bu haqlı tələbinin gözardı edilməsi isə yeni müharibə riskinin qalması və artması deməkdir.

Erməni politoloq Beniyamin Poqosyana görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi 2026-cı ilin ortalarından əvvəl imzalanmayacaq. O qeyd edib ki, sazişin imzalanması Ermənistan Konstitusiyasının dəyişdirilməsinə bağlıdır və bu, Azərbaycanın əsas tələbidir. “Sülh müqaviləsinin 2026-cı ilin ortalarından əvvəl imzalanacağını gözləmirəm. Konstitusiya layihəsi yalnız 2026-cı ilin yay-payız aylarında referendum üçün hazır olacaq. Ermənistan hakimiyyəti seçkilərdə sülh sazişinin razılaşdırılmış mətnini və yeni konstitusiya layihəsini seçicilərə təqdim edəcək. Nikol Paşinyan hökuməti bunu sülh və müharibə arasında seçim kimi təqdim etməyə çalışacaq, yəni onlar seçilsə və sonra yeni konstitusiya qəbul olunsa, o zaman sülh şansı yaranacaq, amma başqa qüvvə qalib gəlsə, müharibə ehtimalı xeyli yüksək olacaq”, – Poqosyan qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri gələn il keçiriləcək. Bəs rəsmi İrəvan vəziyyətin kritikliyinin fərqindədirmi? Tutaq ki, sənəd imzalandı, diplomatik əlaqələr nə qədər müddətə qurula, qarşılıqlı şəkildə səfirliklər açıla bilər?

Paşinyan bu və ya digər səbəbdən hakimiyyətdən getsə, yeni qüvvə 17 bəndlik anlaşmaya sadiq qalacaqmı? Yaxud Azərbaycan və Türkiyə ilə barışıqdan sonra İrəvan terrorçulara qoyulmuş abidələri (“Nemezis”, Njde və s.) sökəcəkmi?

Zaur Məmmədov: 'Regionla bağlı vasitəçiliyə, hansısa güclərə ehtiyac yoxdur'

Zaur Məmmədov

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, yeni eskalasiyaya səbəb Ermənistandır. Onun sözlərinə görə, Ermənistan sülh müqaviləsinə hazır deyil və Azərbaycana qarşı təxribatlarını davam etdirir: “Ermənistan ordusu faktiki olaraq artıq bir aya yaxın vaxtdır ki, şərti sərhədlərdə atəşkəsi pozur. Mart ayının ilk həftələrində Ermənistanın Müdafiə Nazirliyi bunu inkar edirdisə, son 1 həftə ərzində erməni sakinlərinin videoçəkilişləri zamanı yaşadıqları kəndlərdə atəş səslərinin eşidilməsi ilə bağlı paylaşımları faktları inkar edən nazirliyi və eyni bəyanatlar səsləndirən Avropa İttifaqının mülki monitorinq missiyasını ifşa etdi. İstisna deyil ki, ABŞ-Rusiya danışıqlarının nəticəsi kimi Rusiyanın bölgəyə qayıdışından qorxan Paşinyan öz hakimiyyətini qorumaq üçün hərbi eskalasiyaya gedir və Ermənistan üzərində Qərbin təhlükəsizlik qarantiyasını genişləndirmək istəyir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə konstitusiya dəyişikliyini qaçılmaz sayır: “Paşinyan buna getməyə hazırlaşır. Ancaq cəmiyyəti öyrəşdirmək və hazırlamaqla referenduma yaxınlaşır. Bu gün səslənən bəyanatlar daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Erməni rəsmiləri deyə bilməzlər ki, Bakının tələbi əsasında qanunvericiliyə dəyişiklik etməyə hazırlıq görülür. Sadəcə, bu proses yubanacaq. Çünki müharibə tez başa çata bilər, sülh isə gec əldə olunur. Xüsusən də qarşı tərəf ermənilərdirsə, o zaman onların cığallıq edəcəyini həmişə gözləməliyik. Amma bəzən hərb meydanında zəfər sülh quruculuğundan tez başa gəlir”.

R.Məmmədovanın sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə illər lazım olacaq: “İlk növbədə yollar blokadadan çıxmalıdır ki, regionda sabitlik əbədilik qazansın. Bunun üçün Ermənistan tələsməlidir. Paşinyan iqtidarının vaxtçı çatmaya bilər və prosesin tərs dönüşünə şahid ola bilərik. Ona görə addımları sürətləndirməlidirlər. İkincisi, konstitusiya dəyişməlidir ki, yekun sülh sənədi imzalansın. Əks təqdirdə, Azərbaycan hər hansı sazişə qol çəkməyəcək. Yarımçıq razılaşma gələcəkdə başımıza iş aça bilər. O ki qaldı ermənilərin faşistlərin, terrorçuların abidələrini sökməsi, bunlar gələcəyin işidir, zaman tələb edir. Bizim üçün prioritet məsələ danışıqları sürətləndirmək və dialoqu intensivləşdirmək olmalıdır. Çünki danışıqlarda fasilə yarananda ortalığa müxtəlif təxribatlar girir, kənar müdaxilələr olur. Bu da pauza yaranmasına gətirib çıxarır”.

Qeyd edək ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan martın 31-də İrəvanda almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı sülhdən danışıb. Sitat: “Ermənistan Azərbaycanla sülh yaratmağa çalışır və hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər. Biz sülh sazişinin imzalanması ilə bağlı işimizi ardıcıl aparırıq. Bizim qarşımızda regionda, xüsusən də Azərbaycanla sülhün bərqərar olması vəzifəsi durur və bu məqsədə çatmaq üçün var gücümüzlə çalışırıq. İnanırıq ki, mövcud və olacaq çətinliklər aşılandır və istənilən məsələni danışıqlar masası arxasında həll etmək olar”. Xaçatryan həmçinin qeyd edib ki, müharibə və münaqişələr dövrü arxada qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün artıq resurslar yoxdur. Ermənistan Prezidenti əlavə edib ki, hazırda masada hazır sənəd var.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kremlin ilginc Qafqaz planı – şimal təhlükəsi ən çox bu ölkəni gözləyir

Next

Tramp pinqvinlərə rüsum tətbiq edəcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv