Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Bölgə

Kəlbəcər yenidən dirçəlir – REPORTAJ

By Vüsal Rafiqoğlu
03.04.2025 3 Min Read

1993-cü il aprel ayının əvvəlində ölkəmizdə gedən siyasi hərc-mərcliklər və AXC-Müsavat hakimiyyətinin xalqımızın və ərazilərimizin təhlükəsizliyini təmin edə bilməməsi nəticəsində Qarabağın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunur. İşğal nəticəsində onlarla tarixi abidə, 150-yə yaxın kənd, İstisu sanatoriyası və Kəlbəcər şəhəri dağıdılaraq xarabazara çevrilib.

İyirmi səkkiz ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun sayəsində Kəlbəcər 2020-ci il noyabrın 25-də işğaldan azad edilib.

İşğaldan azad olunan bütün ərazilərimizdə olduğu kimi, bu gün Kəlbəcərdə də misli görünməmiş tikinti-quruculuq və təmir-bərpa işləri sürətlə davam edir.

Tikinti şirkətinin layihə rəhbəri Vazeh Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kəlbəcər rayonunda ilk məhəllələrin salınması prosesinin sürətlə davam etdiyini deyib: “Kəlbəcər rayonu ərazisində yaşayış binaları üçün ayrılmış yer 19.5 hektar ərazidir. Burada salınacaq ilk məhəllə 3.26 ha ərazini əhatə edir. Yaşayış məntəqəsində altı ədəd dördmərtəbəli iki blokdan ibarət binalar və qarşılarında isə ikimərtəbəli iki ədəd “townhouse” tikintisinin başa çatdırılması nəzərdə tutulub. Dördmərtəbəli binalar 27 mənzildən ibarət olmaqla iki, üç və dördotaqlı mənzillərdir”.

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən digər işğaldan azad olunmuş ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da Tədbirlər Planının icrası istiqamətində çoxşaxəli işlər görülməkdədir.

Ötən il sentyabrın 2-də ölkə başçısı tərəfindən təməli qoyulan Kəlbəcər şəhəri ikinci yaşayış məhəlləsində ayrılmış ərazinin ümumi sahəsi 1.76 hektardır. Bu layihədə isə 160 mənzildən ibarət yaşayış binaları yer alıb. Digər yaşayış məhəllələrinin isə konsept layihələri ilə bağlı işlər görülməkdədir.

Həmçinin bildirilib ki, yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində də tikinti işlərinə start verilməsi gözlənilir. Kəlbəcər şəhərində inzibati bina üçün ayrılan ərazinin sahəsi 2.42 hektar, şəhər parkı üçün ayrılan ərazi isə 10.9 hektar təşkil edəcək. Əlavə olaraq, 3.1 hektar ərazidə İşğal və Zəfər muzeyləri kompleksi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi sahəsi 2.24 hektar olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 528 şagirdlik ümumtəhsil orta məktəbinin və 80 yerlik uşaq bağçasının, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxananın tikintisinin də növbəti ildə tamamlanması gözlənilir.

Kəlbəcər rayonunda yerləşən İstisu qəsəbəsində isə 159 fərdi yaşayış evin inşası nəzərdə tutulub.

Təməli 2022-ci ilin 26 iyun tarixində qoyulan və hazırda da tikintisi davam edən “İstisu” Müalicə-İstirahət Kompleksi sağlamlıq turizmi baxımından ixtisaslaşacaq kompleksin 34 hektar ərazidə inşa edilməsi və orada hotel, restoran, kafe, kottec, inzibati bina, multifunksional konfrans zalı, əyləncə məkanları, açıq və qapalı hovuzların inşası planlaşdırılıb. 145 otaqdan ibarət olacaq hotel binasının qonaq qəbuletmə imkanının 420 olması ehtimal olunur.

Kəlbəcər düşmən tərəfindən xarabazara dönsə də, bu gün öz övladlarının ağuşunda gülüstana çevrilir. Möhtəşəm layihələr ard-arda fasiləsiz şəkildə start götürür. Azərbaycan xalqı Kəlbəcərin işğalını heç vaxt unutmayacaq, hər il Zəfər bayramında yenidən qurulan Kəlbəcərlə qürur duyacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əksər bölgələrində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur

Next

Bu ilin 3 ayı ərzində şəhid ailəsi üzvlərinə 41 minə yaxın tibbi xidmət göstərilib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv