Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kəlbəcərdə girov düşən Şahxanım nənə və İstisudan açılan atəş

By Vüsal Rafiqoğlu
03.04.2025 4 Min Read

Yenidən abad olan azad Kəlbəcərə görə şükranlıq edərkən həm də Kəlbəcərsiz qaldığımız o günləri, o illəri unutmayaq! Bəzən Zəfərimizin arxayınçılığından yaranan yanaşmaların şahidi oluram və açığı, çox qorxuram. Axı, yaşadığımız tarix həm də ibrət götürməyimiz baxımından qan yaddaşımıza yazılmalı, əbədi həkk olunmalıdır! Yoxsa 20-ci əsrdə erməni faşizmindən çəkdiklərimizin 21-ci əsrin növbəti onilliklərində təkrarlanmayacağına kim zəmanət verə bilər?..

Untitled (1).jpg (61 KB)

Mir Şahin Ağayevin Kəlbəcər müsibətindən Kəlbəcər Zəfərinədək 33 illik – bir qərinəlik tariximizə güzgü tutan 29 dəqiqəlik müəllif verilişinə baxdınızmı? Mənə ən çox təsir edən Kəlbəcərdə əsir düşən analarımız, nənələrimizin durumudur. Ağ “bayraq”la erməni canilərinin qarşısına çıxan nənəni istintaq edən qatillər, yaşlı insanları ələ salan, onları danışdırıb irişən terrorçuların ölkəsi, ümumilikdə hayçılar dəstəsi bu gün Azərbaycanı Qarabağ separatçılarını Ədalət Məhkəməsi qarşısında mühakimə etdiklərinə görə ittihamlara məruz qoyurlar, əbləhcəsinə! O kadrlara həyacansız baxmaq olmur, görəsən girov götürülmüş o nənələrin sonrakı taleyi necə olub? Dağlara doğru yol alıb gedən o biçarələri erməni cəlladlar neçə metrlikdən güllələyiblər, ya hansısa uçuruma yuvarlanıblar? Yəqin ki, axtarılan 4 min nəfərimizin içərisində onların da adları var. Təkcə bu kadrlar Ermənistanın o vaxtkı rəhbərləri daxil, bu işğalda iştirak edənlərin Haaqa Tribunalı qarşısında ittihamı üçün yetərlidir. Müharibə cinayətləri törədən, dinc əhalini soyqırım edənləri himayə edən ermənipərəstlərin gözlərinə soxmaq lazımdır bu kadrları. Elə sonuncu Azərbaycanı ittiham edən Almaniyanın bəlli televiziyasının başında, ayağında duranların!

1710231896_af155031-e548-4936-a3.jpg (43 KB)

Azərbaycanı Qarabağ ermənilərini “genosid”də ittiham edən alçaqlar sürüsü baxsınlar 60 minlik Kəlbəcər sakinlərinə şəhəri tərk etmək üçün 10 saat vaxt verənlərin törətdiyi cinayətlərə! Azərbaycanı ittiham edənlər kar qulaqlarını, kor gözlərini açıb, 2020-ci ilin noyabrında Ermənistanın işğalçı ordusuna Kəlbəcəri boşaltmaq üçün həftələrlə vaxt verilməsini, daha sonra qarşı tərəfin müraciətini nəzərə alıb, hətta vaxtın artırılmasını görmədilər, eşitmədilər! Çünki onlara sərfəlidir deyil həqiqətlərin aşkarlanması. Necə ki, nəinki İrəvanın, Göyçə, Zəngəzurun, hətta Qarabağın da əsl sahibinin kimlər olduğuna, hayların son iki əsrdə bu bölgəyə köçürülməsi barədə arxiv sənədlərinə baxmağa belə, maraq göstərmədilər. Necə ki, qondarma “erməni soyqırımı”nı inkar edənləri belə qanunla cəzalandıranlar əslində tarixdə türk-müsəlman soyqırımının olduğu, bu dəhşətləri ermənilərin törətdiyini təsdiqləyən faktlara göz gəzdirməyi belə, lüzumsuz saydılar on illər boyunca.

kelb1.jpg (54 KB)

Nikol Paşinyanın sülh müqaviləsini imzalamağa hazır olduğu barədə nağıllara, dövlət başçımızın dediyi kimi, Ermənistanın “sülh göyərçini” kimi görünməyə çalışmasına kimsə aldanmasın. Əvvəla, Paşinyanın, ya qeyrisinin imzalayacağı sülh müqaviləsinin taleyi 2020-ci ilin 10 noyabr bəyannaməsi kimi olacaq. Hələ bu günə qədər sonuncu bəndi icra olunmayıb, 1992-ci ildən bağlı olan Naxçıvan yolumuz, Zəngəzur dəhlizimiz açılmayıb. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olduğu halda, sülh müqaviləsinin 17, yaxud 177 bəndinin razılaşdırılmasının prinsipcə əhəmiyyəti yoxdur. Son nəticədə, məsələn, Paşinyanın devrilməsi, yaxud terror məruz qalması halında Ermənistan Konstitusiyasına “zidd” hesab edib tanımayacaqlar bu müqaviləni. Ərazi bütövlüyümüzə qəsdi qanunvericiliyində əks etdirən ölkənin hakimiyyətinə necə etimad göstərmək olar?

1734070513_d0067fe0-a902-3090-b8.jpg (68 KB)

Elə bilirsiniz Kəlbəcərin artıq arxivlərdə qalmış işğal günündə Ermənistan ordusunun İstisu tərəflərdən Kəlbəcəri atəşə tutması təsadüfdür? Bu, yaddaşları təzələmək üçün açılan atəşdir, Ermənistandakı canilər bizimlə məsələlərin bitmədiyinə işarə edirlər, əl çəkməyəcəklərinin anonsunu verirlər, sülh müqaviləsi imzalansa belə. Odur ki, ayıq-sayıq olmalıyıq, təkcə əsgər olaraq yox, hər birimiz öz postumuzda!

kelb3.jpg (73 KB)

1993-cü ilin aprel günlərində Kəlbəcərdə helikopter növbəsi gözləyən kəlbəcərlilərin durumunu da heç zaman unutmayaq! O insanların heç də hamısı sağ-salamat Murovu aşa bilmədilər, nə müsibətlər oldu. Başlıbel faciəsi, tunel faciəsi… daha hansı faciələr, fəlakətlər… Kəlbəcərin azad olunması, yenidən qurulmasının sevincini yaşayarkən o günləri də xatırlayaq, xatırladaq, həm də düşmənimizin kim olduğunu gələcək nəsillərə çatdırmaq üçün. Əlləri tətikdədir! Qarşısında “Sülh” abidəsi olan məşhur İstusu sanatoriyasını darmadağın edən erməni canilər bu gün yenidən qurulan İstisu tərəfə dağın o üzündəki tarixi İstisu şəhərimizdən atəş açırlar.

Bərpası davam edən Kəlbəcərdən SON GÖRÜNTÜLƏR - VİDEO

Kəlbəcərin işğalına görə xalqdan üzr istəyən Əbülfəz Elçibəyin Türkiyənin ozamankı hakimiyyətindən əhalini təxliyyə etmək üçün helikopter xahişi etdiyi, ancaq müsbət cavab almadığı barədə dediklərini də yaddan çıxartmayaq! 2020-ci ildə bütün dünyanı, həm də NATO-nu şaşırdan qərar verən, F-16-ları Gəncə aeroportuna göndərən Türkiyə hakimiyyətinə müxalifətçilik edənlər, qardaş ölkədəki proseslərə “düzən” verməyə cəhd edənlərin 32 il öncəki həqiqətlərə boylanması yaxşı olardı. Ən böyük həqiqəti erməni canilərinə dərdini bayatı ilə söyləyən Şahxanım nənə söyləmişdi. Paşinyan sülh müqaviləsini imzalamaqda qərarlıdırsa, o insanların yerini desin! Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qatillərindən biri, Xocalı cəlladı Balasanyan kimi “qara qutu”ların dilini açmaqdan keçir həm də sülh müqaviləsi! Yoxsa barmaqlar sonsuzadək tətikdən çəkilməyəcək…

Kəlbəcər: Bərpa-quruculuq inkişaf nümunəsinə çevrilib

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cərimələrin məbləği necə təyin olunur? – Deputat: “Siqaret kötüyünün yerə atılması…”

Next

Bakı Baş Gömrük İdarəsinin işçiləri iş vaxtından əlavə işlədilir? – AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv