Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Məktəblərdə dərs yükü problemi – valideynlər narazılıq edir

By Vüsal Rafiqoğlu
03.04.2025 3 Min Read

Son illər valideynlərin əsas şikayəti məktəblərdə dərs yükünün çox olması ilə bağlıdır.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin həftəlik dərs yükü siniflər üzrə fərqlənir. Məsələn, I siniflərdə həftəlik dərs yükü 22 saat, XI siniflərdə isə 35 saat təşkil edir.

Bəzi ekspertlər şagirdlərin dərs yükünün ağır olduğunu və bunun onların asudə vaxtlarına mənfi təsir etdiyini bildirirlər. Ekspertlərin fikrincə, şagirdlər dərsdən sonra ev tapşırıqlarına çox vaxt sərf edirlər ki, bu da onların istirahət və digər fəaliyyətlər üçün vaxtlarını məhdudlaşdırır.

Məlumat üçün deyək ki, bəzi ölkələrdə bu problemi aradan qaldırmaq üçün ev tapşırıqları ya tamamilə ləğv edilib, ya da əhəmiyyətli dərəcədə azaldılıb. Misal üçün, dünyada təhsilin inkişafına görə fərqlənən Finlandiyada şagirdlərə nadir hallarda ev tapşırığı verilir və onlar həftədə təxminən 3 saat ev tapşırığı yerinə yetirirlər. Buna baxmayaraq, Finlandiya təhsil sistemi yüksək nəticələr göstərir.

Polşa hökuməti isə 2024-cü ilin aprel ayından ibtidai məktəb şagirdləri üçün məcburi ev tapşırıqlarını ləğv edib. Bu qərara əsasən, 1-3-cü siniflərdə müəllimlər artıq məcburi ev tapşırığı vermirlər. 4-8-ci siniflərdə isə ev tapşırıqları könüllü olub qiymətləndirməyə təsir etmir.

Çin hökuməti də 2021-ci ildə “İkiqat azaltma aiyasəti” çərçivəsində ibtidai və orta məktəb şagirdlərinin ev tapşırıqlarını əhəmiyyətli dərəcədə azaltmaq üçün tədbirlər görüb. Bu siyasətə görə, 1 və 2-ci siniflər üçün yazılı ev tapşırıqları qadağan edilib. 3-6-cı siniflər üçün gündəlik ev tapşırığı 60 dəqiqə ilə məhdudlaşdırılıb. Orta məktəb şagirdləri üçün isə bu müddət 90 dəqiqə ilə məhdudlaşdırılıb.

Bəs Azərbaycanda niyə bu problem həllini tapmır? Nələri dəyişmək olar?

MALVİNA.jpg (42 KB)

Ağ Partiya Mərkəzi Aparatının üzvü, ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikirlərini açıqlayıb:

“Bununla bağlı valideynlər hər gün şikayət edirlər. 1-ci sinifdə oxuyan uşaq günortadan gecə yarısına qədər dərs etməlidir?! Bir valideyn yazır ki, saat 22:00-a qədər bütün ailə ev tapşırıqları ilə məşğul olur, amma bitmir. Nəticədə uşaq səhər məktəbə nifrət etdiyini söyləyir. Belə sistem olarmı? Uşaqlara bilik vermək əvəzinə onlara psixoloji və fiziki travma yaşadırlar. Valideynlər çarəsizdir.

Hamı övladının yaxşı təhsil almasını istəyir, amma bu, uşağın beyin yorğunluğu, stress, panik atak və göz zəifliyi hesabına baş verirsə, hansı təhsil sistemidir? Əksinə, bu sistem uşaqları məhv edir. Biz məktəbdə oxuyanda dərslər çətin idi, amma bu qədər çətin, ağır deyildi. İndi isə 1-ci sinif şagirdi gecə yarısına qədər dərs etməyə məcburdur.

Məktəbdə öyrənmək mümkün deyil, çünki müəllimlər materialı sürətlə keçir, dərsliklər isə ağır və lazımsız məlumatlarla doludur. Nəticədə valideynlər məcbur qalıb uşaqlarını hazırlıqlara yazdırır. Yəni səhər məktəb, günorta və axşam hazırlıq, gecə isə ev tapşırıqları. Uşaqların nə oyuna, nə istirahətə, nə də normal uşaqlıq yaşamağa vaxtı qalır. Bu, təhsil deyil, zülmdür. 4-cü sinifdə oxuyan uşaq riyaziyyatdan kömək istəyir, 5 nəfər bir məsələni həll edə bilmir. Çünki bu tip məsələləri keçmişdə 6-7-ci siniflərdə öyrədirdik, indi isə 4-cü sinif şagirdlərinə yüklənir. Belə çıxır ki, 11-ci sinifdə bu uşaqlara universitet səviyyəsində material keçəcəklər? Məqsəd nədir?! Uşaqların beynini bu qədər doldurub onları çökdürmək?!

Tarix kitabları lazımsız xronoloji məlumatlarla doldurulub. İnsan beyni kompüter deyil, bu qədər informasiyanı necə mənimsəsin. 1-ci sinifdən 11-ci sinfə qədər yükləmə ilə uşaqların təkcə dərsdən yox, ümumiyyətlə, həyatdan zövq almaq həvəsi yox edilir. Avropa ölkələri, hətta Rusiya belə kurikulumdan imtina etdiyi halda, biz bu bataqlıqda çabalayırıq. Sonra da soruşurlar, niyə uşaqlar məktəbi sevmir? Çünki məktəb artıq elm ocağı deyil, əziyyət çəkmək yerinə çevrilib. Elm və Təhsil Nazirliyinin səlahiyyətliləri nəhayət anlamalıdır ki, uşaqlar robot deyil. Bu sistem təhsil yox, travma verir”.

Ekspertlər qeyd edirlər ki, Azərbaycanda dərsliklərin çəkisi, məzmunu ağırlaşdırılıb. Onlar şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun deyil. Hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri və kitabları qavramaq, dərk etmək 6-17 yaşında olan insanın beyninə görə deyil. İstifadə olunan kitabların proqramlaşdırılmasından belə məntiq çıxır ki, ilin sonunda məzun olmuş hər şagirdin elmi dərəcəsi olmalıdır. Çünki onlar demək olar ki, bakalavr, magistr pilləsində keçirilən eyni mövzuları mənimsəyiblər. Bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edildi – FOTO

Next

TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv