Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Onların qapısı nə zaman açılacaq? – 2025-ci ildə 6-cı amnistiya gözlənilir

By Vüsal Rafiqoğlu
03.04.2025 4 Min Read

2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu barədə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyev xüsusi sərəncam imzalayıb.

Prezidentin sərəncamında belə bir bənd var: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

Artıq ilin 3 ayı arxada qalıb. Bəs tədbirlər planında amnistiya aktının qəbulu da varmı?

Qeyd edək ki, müstəqillik dövründə Azərbaycan parlamenti bir neçə dəfə amnistiya aktı qəbul edib. Hər amnistiya da fərqli səbəblərlə bağlı qəbul edilib, əsasən dövlət bayramları, mühüm tarixi hadisələr və ya ölkədəki vəziyyətlə əlaqədar olub. Onların arasında 1993, 1998, 2003, 2010, 2016 və 2021-ci illərdəki amnistiya aktlarını qeyd etmək olar. Bu amnistiyalar cinayətkarların cəzalarının yüngülləşdirilməsi və ya həbsxanalardan azad edilməsi məqsədilə tətbiq edilib.

“Konstitusiya və Suverenlik İli”ndə 12-ci amnistiya reallaşa bilərmi? Ümumiyyətlə, amnistiyaya nə dərəcədə ehtiyac var.

Zahid Oruc rəsmən namizəd oldu

Zahid Oruc

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Əfv Komissiyasının müzakirələri davam edir: “Bu, özlüyündə qeyd etdiyimiz amnistiyanı əhatə edir. Söhbət cəzaçəkmə müəssisələrində məhkum həyatı yaşayan şəxslərin durumu ilə bağlı dövlətin münasibətindən gedir.

Xatırladım ki, ötən 10 illiklər ərzində 70-ə qədər əfv sərəncamı və 12-yə qədər amnistiya qərarı nəticəsində 10 minlərlə insan azadlığa qovuşub. Hazırda Əfv Komissiyasının növbəti iclasına hazırlaşırıq. Hər dəfə müzakirəyə çıxarılan məsələlərin sayı 200-dən çox olur. Bu o deməkdir, həm hüquq sisteminin işlənməsi, həm alternativ cəzalar, xüsusilə də probasiya xidmətinin yaradılması dövlətin bu istiqamətdə gördüyü fəaliyyətə daxildir. Buna görə də əminəm ki, 28 May ərəfəsi ənənəvi olaraq növbəti əfv qərarının şahidi olacağıq. Bu, çox sayda insanları əhatə edəcək. Prosesin konfidensial aparılmasının səbəbi isə odur ki, tərəflər müxtəlif cinayət törədən və onun qurbanlarını əhatə edir. Komissiya üzvlərindən qərar imzalanana qədər konfidensiallığı qorumaq tələb olunur. Cəzaçəkmə müəssisələrində olan hər kəsi əfv və ya amnistiya ilə əhatə etmək mümkün deyil.  Biz məhkum edilmiş şəxslərin sayına görə dünya reytinqində 56-cı yerdəyik. Bu, kifayət qədər yaxşı rəqəm sayılır. Amma birinci yerdə olan ABŞ-da törədilən cinayətlərin sayı qat-qat artıqdır. Ona görə də cinayət varsa, cəza da olmalıdır.

Biz əhalinin bir qrupunun mənafeyini müdafiə edərkən digər şəxslərin də hüquqlarına zərbə vurmalı deyilik. Bu, hüququn ən ali tələbidir. Amnistiya aktı konkret şəxslərə deyil, Cinayət Məcəlləsinin müddəalarına tətbiq edilir. Onlar amnistiya altına alınır, həmin maddələrlə məsuliyyət daşıyan şəxslərin üzərindən məsuliyyətin müəyyən bir müddəti götürülmüş olur. Buna görə də komitə sədri kimi deyəcəyim bir söz həlledici xarakter daşımayacaq. Dövlət orqanlarının hər hansı hazırlıqları ilə bağlı məlumata malik deyiləm. Ən önəmli isə odur ki, əfv sərəncamının əhatə dairəsinə daha çox insan salınsın. Düşünürəm ki, bu yöndə də müvafiq addımlar atılmaqdadır, prosesə tam obyektiv şəkildə baxmaq imkanı var.

Dövlət rəhbərliyindən amnistiya ilə bağlı təşəbbüs olarsa, parlament bunu alqışlayacaq. Biz həmçinin alternativ cəza qərarları üzərində daha çox dayanmalıyıq ki, həbsxanalarda yükləmələr baş verməsin”.

Fazil Mustafa güllələndi — Yenilənib

 Fazil Mustafa

Millət vəkili Fazil Mustafa bildirib ki, amnistiya tələb və cəmiyyətin istəyindən asılıdır: “Əgər məsələlər aktuallaşarsa, buna baxıla bilər. May ayında əfv sərəncamının verilməsi gözlənilir.  Bu da müəyyən dərəcədə bəlli bir kateqoriyada olan insanların vəziyyətinin yüngülləşdirilməsi deməkdir. Əhəmiyyətli sayda insan azadlığına qovuşa bilər. Amnistiya ilə bağlı qərarın verilməsi mümkündür. Hər bir vaxt gündəmə gələ bilər. Səlahiyyətli qurumların təşəbbüsündən asılı olan məsələdir”.

Siyavuş Novruzov əməliyyat olundu » Azxeber.com

Siyavuş Novruzov

Deputat Siyavuş Novruzov deyib ki, ölkəmizdə “Konstitusiya və Suverenlik İli” olduğu üçün amnistiya aktına da ehtiyac var. O qeyd edib ki, Ulu öndər hakimiyyətə gələndən sonra ilk olaraq ölüm hökmünə moratorium qoyuldu və bundan sonra Azərbaycanda ölüm hökmü ləğv olundu: “Ümummilli liderdən başlayaraq Prezidentin və Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda 12 amnistiya aktı qəbul olunub, 70-dən artıq əfv sərəncamı verilib. Hesab edirəm ki, parlament də təşəbbüs göstərərək müstəqillik gününə qədər hazırlayıb təqdim edə bilər.

Əfv Komissiyasında müraciətlərə baxılır, buraxılanlar olur. Amma amnistiya geniş əhatəyə şamil olunur. Ona görə də belə təşəbbüsün parlamentdə qəbul edilməsi bütün vətəndaşlarımızı sevindirər. Xüsusilə Azərbaycanın suverenliyi uğrunda döyüşüb, vuruşub, sonradan səhvə yol vermiş insanlar var ki, həbsxanadadır. Onların azadlığa çıxması da bu ildə vacib olan məsələlərdəndir”.

Qeyd edək ki, sonuncu dəfə Zəfər günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Həmin aktın 17 min 267 şəxsə şamil olunduğu müəyyən edilib. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsinin iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayandır.

Amnistiya qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 5971 məhkuma tətbiq edilib. Onlardan 2710 məhkum azadlıqdan məhrumetmə cəzasından azad olunub, 3261 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılıb.

Həmçinin azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 8559 şəxsə amnistiya tətbiq edilib. Onlardan 5722 məhkum cəzadan azad edilib, 2837 məhkumun cəzası azaldılıb. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1909, islah işləri cəzasına məhkum olunmuş 2471, ictimai işlər cəzasına məhkum edilmiş 86, cərimə cəzasına məhkum edilmiş 1202 və digər cəzalara məhkum olunmuş 54 şəxs bu cəzalardan azad edilib. Şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 62 məhkum barəsində də amnistiya tətbiq olunub.

Bundan əlavə, məhkəmələrin icraatında olan işlər üzrə 890, ibtidai istintaq orqanlarının icraatında olan işlər üzrə isə 1785 şəxsə amnistiya tətbiq edilib.

Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

3 aprel – Beynəlxalq Mobil Telefon Günüdür

Next

İpoteka marafonu, 2025-ci ildə 5 minə yaxın vətəndaş…

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv