Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?

By Vüsal Rafiqoğlu
08.04.2025 3 Min Read

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Belə ki, 1-ci sinfə qəbul qaydalarında bəzi yeniliklər edilib. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçən uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan “Ankara məktəbi” məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, 2025-2026- cı tədris ili üçün I sinfə şagird qəbul qaydalarında edilən dəyişikliklər bir tərəfdən təhsildə bərabərliyə xidmət edən demokratik addım kimi təqdim olunsa da, digər tərəfdən təhsil keyfiyyəti, şəffaflıq və ictimai gözləntilər baxımından ciddi narahatlıqlar doğurur:
Liseylərin I sinfinə qəbul üçün müsabiqə ləğv olunur-Nəticəsi necə olacaq?“Əvvəlki illərdə “Ankara məktəbi” məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və “Tərəqqi” texniki-humanitar liseyinə qəbul həm prioritetlər, həm də müsabiqə yolu ilə aparılırdı. Bu, eyni zamanda keyfiyyətli təhsilə çıxışda müəyyən balansı qoruyur, eyni məktəbdə həm qeydiyyat yerinə, həm də intellektual səviyyəyə görə şagirdlərin qəbuluna imkan yaradırdı. Yeni qərara əsasən, bu üç məktəbdə artıq müsabiqə keçirilmir, yalnız prioritetlərə əsasən və sərbəst seçim əsasında qəbul aparılacaq. Bu, o deməkdir ki, məktəbin yaxınlığında qeydiyyatda olmayan, lakin istedadlı və hazırlaşmış uşaqlar üçün həmin məktəblərdə təhsil almaq imkanı praktik olaraq aradan qalxır.

Bu yanaşma Təhsil haqqında Qanunun 5.1.3-cü maddəsindəki “təhsildə bərabərlik və hər kəs üçün əlçatanlıq” prinsipinə uyğun görünsə də, praktikada bu, təhsilin keyfiyyətinə və sosial ədalətə zidd nəticələr doğura bilər. Əgər məktəb dövlət hesabına fəaliyyət göstərirsə, o zaman cəmiyyətin istedadlı, motivasiyalı uşaqları üçün müsabiqə yolu ilə giriş imkanları saxlanmalı idi. Əks halda, bu məktəblər tədricən yalnız müəyyən ərazi və sosial qrupun təhsil məkanı olaraq qalacaq və bu da təhsil imkanlarının getdikcə segmentləşməsinə, yəni ayrı-seçkiliyə gətirib çıxaracaq.

Daha problemli məqam isə budur ki, müsabiqə tələbinin ləğvi tədrisin digər dildə aparıldığı bölmələrdə edilib. Bu isə daha ciddi ideoloji və strateji məsələdir. Əgər bu qərar, sadəcə rus bölməsi ilə məhdudlaşırsa, o zaman sual yaranır: nəyə görə bu güzəşt yalnız qeyri-azərbaycandilli bölməyə tətbiq edilir? Əgər məqsəd məktəbəqədər dövrdə dili bilməyən uşaqların adaptasiyasını asanlaşdırmaqdırsa, bu məsələ fərdi dəstək proqramları və təlim mexanizmləri ilə həll olunmalı idi, müsabiqənin ləğvi ilə deyil. Əgər isə məqsəd sosial ədalət idisə, o zaman bu model bütün bölmələrə şamil edilməli idi. Yalnız seçilmiş məktəblərdə və seçilmiş bölmələr üzrə bu modelin tətbiqi bərabərlik və ədalət prinsiplərinə ziddir.

Digər tərəfdən, elan olunan qərarda göstərilir ki, eyni tipli digər 6 məktəb üçün müsabiqənin olub-olmaması müraciətlərin sayına görə müəyyən ediləcək. Bu, isə qaydaların qeyri-müəyyən və dəyişkən olduğu təəssüratı yaradır. Həm valideynlər, həm də uşaqlar bu prosesə vaxtında hazırlaşmaqda çətinlik çəkəcəklər. Müraciət sayına əsasən qərar vermək, planlaşdırma və şəffaflıq baxımından uyğun mexanizm deyil. Qaydalar tədris ili başlamazdan əvvəl aydın və dəyişməz şəkildə müəyyən olunmalıdır ki, iştirakçılar da öz strategiyasını öncədən planlaşdıra bilsin.

Müsbət tərəfdən qeyd etmək olar ki, bu qərar bəzi valideynlər üçün məktəbə qəbul prosesində sadələşmə və stressin azalması baxımından müsbət qarşılanacaq. Müsabiqənin ləğvi ilə müəyyən sosial qrupların uşaqları üçün məktəbə daxil olmaq daha asan ola bilər. Lakin bu, təhsilin keyfiyyəti və məktəb resurslarının istifadəsi baxımından mənfi nəticələr doğura bilər. Daha geniş miqyasda yanaşsaq, bu qərar nəticəsində istedadlı, hazırlıqlı, özəl uşaq bağçalarında xüsusi təlim keçmiş uşaqların dövlət məktəblərinə inteqrasiyası çətinləşə bilər. Nəticədə həmin uşaqlar daha çox özəl məktəblərə yönələcək və təhsil sistemində bölgüləşmə daha da dərinləşəcək.

Dünya təcrübəsində istedadlı uşaqların dövlət məktəblərində təhsilə cəlbi üçün xüsusi proqramlar mövcuddur. Məsələn, Almaniyada və Koreyada xüsusi testlər vasitəsilə intellektual bacarığı yüksək olan uşaqlar üçün gimnaziya və liseylərə müsabiqə yolu ilə qəbul sistemi qorunur. Eyni zamanda, Fransa və Finlandiyada məktəb yaxınlığı prinsipi saxlanılsa da, müəyyən miqdarda yer ictimai açıq müsabiqəyə ayrılır. Bu balans modeli həm sosial ədaləti, həm də təhsil keyfiyyətini təmin etməyə kömək edir.

Nəticə olaraq, müsabiqə prinsipinin seçilmiş məktəblər üzrə və yalnız qeyri-azərbaycandilli bölmələrdə ləğvi təhsilin strateji istiqamətlərinə uyğun deyil. Qərar bərabərlik adı altında keyfiyyət prinsiplərini zəiflədə bilər və sosial strukturda təhsilə çıxış imkanlarını daralda bilər. Bu prosesin şəffaf, ümumi strategiyaya əsaslanan və uzunmüddətli nəticələr baxımından əsaslandırılmış şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Əks halda, təhsildə bərabərlik şüarı altında təhsilin keyfiyyəti və ictimai güvən risk altına düşə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan və Almaniya arasında əlaqələr daha da möhkəmlənəcək

Next

“”Pul qarşılığında balınızı artırarıq” kimi vədlər cəmiyyətin təhsil sisteminə birbaşa zərbə vurur”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv