Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ankara-Tehran gərginliyi artır – İran regionda təklənir

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

“Türkiyə ilə İran arasında diplomatik atışmalar ola bilər” – proqnoz

Son aylar Türkiyə və İran arasında diplomatik münasibətlərdə gərginlik müşahidə olunur. Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın Yaxın Şərqdəki üsyançı qruplara verdiyi dəstəyi tənqid etməsi qarşılıqlı diplomatik notaların verilməsinə səbəb olub. Bu gərginlik fonunda iki ölkənin regional siyasətə yanaşmaları, Suriyadakı qüvvələr balansı və ümumilikdə Yaxın Şərqdəki strateji maraqları yenidən müzakirə mövzusuna çevrilib.

Türkiyə və İran arasındakı gərginlik regional siyasətə necə təsir edəcək və bu, gələcəkdə iki ölkə arasında daha ciddi qarşıdurmaya səbəb ola bilərmi?

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a açıqlamasında Türkiyə və İranın maraqlarının kəsişdiyi ortaq nöqtənin olduğunu qeyd etdi: “İranla Türkiyə arasında baş verənlərə sadəcə “diplomatik gərginlik” demək, bəlkə də tam mənzərəni ifadə etmir. Bu gərginlik əslində bölgədə gedən daha genişmiqyaslı oyunların bir epizodudur. Görünən odur ki, tərəflər bir-birinə qarşı deyil, daha çox bölgədəki proseslərin doğurduğu ziddiyyətlərə fərqli mövqedən baxırlar. Yəni məsələ daha çox situativ ziddiyyətlərdir, nəinki açıq qarşıdurma.

Onu da xüsusi vurğulayaq ki, Tehranın Oman vasitəsilə ABŞ-la dolayı danışıqlara başlamaq istəyir. Eyni zamanda region ölkələrinə – o cümlədən Türkiyəyə – “xəbərdarlıq mesajları” göndərir. Bu da eyni oyunun iki fərqli pərdəsidir. İran həm “müharibə istəmirik” deyir, həm də “əgər müharibə olsa, siz də məsuliyyət daşıyacaqsınız” mesajı verir. Bu, bir növ psixoloji təzyiq və diplomatik qoruma strategiyasıdır. İran istəyir ki, bölgədə daha çox neytral və “kiçik” dövlətləri danışıqlara cəlb etsin və bu yolla regional dəstək şəbəkəsi yaratsın. Bəs bu kontekstdə Türkiyənin yeri nədir?

Türkiyə və İran Suriya məsələsində əks qütblərdə dayansalar da, hər ikisinin maraqlarını kəsişdirən ortaq bir məsələ var: ərazi bütövlüyü. Hər iki dövlət üçün separatçılıq, etnik xəritələrin dəyişdirilməsi və ya yeni süni dövlətlərin qurulması qırmızı xəttdir. Türkiyə PKK/YPG vasitəsilə öz ərazilərinin parçalanması təhlükəsi ilə üz-üzədirsə, İran da öz daxilindəki türk, kürd və bəluç bölgələrindəki narazılıqları eyni həssaslıqla izləyir. Yəni hər iki dövlət bir şeyi yaxşı bilir: xəritə dəyişərsə, təkcə biri yox, hər ikisi uduzacaq. Digər tərəfdən, İran da yaxşı anlayır ki, bölgədə ABŞ-ın əsas tərəfdaşı Türkiyədir”.

Eskpert İranın qardaş ölkəyə ehtiyacının daha çox olduğunu də diqqətə çatdırdı: “Əgər İran Türkiyə ilə gərginliyi artırarsa, sabah baş verə biləcək istənilən hərbi və ya diplomatik ssenaridə Ankaranın regional təsirindən və vasitəçilik rolundan məhrum ola bilər. Bu isə İran üçün böyük strateji itkidir. Tehran bilir ki, Türkiyə bu bölgədə danışıqsız masanın qurulmayacağı yeganə dövlətdir. Buna görə də İran diplomatik platformalarda daha çox dövlətin iştirakını istəyir. Oman vasitəsilə bu danışıqlara başlamaq istəyi də məhz buna hesablanıb: bölgədə sadə, neytral görünən, lakin strateji manevr üçün əlverişli ölkələr üzərindən öz mövqeyini möhkəmləndirmək. Tehran bilir ki, nə qədər çox ölkə danışıqlara cəlb olunarsa, o qədər də təzyiqləri yaymaq və oyun sahəsini genişləndirmək imkanı olacaq. Nəticə olaraq, indiki mərhələdə Türkiyə ilə İran arasında diplomatik atışmalar ola bilər, lakin bu münasibətlər tam qarşıdurma xəttinə keçməyəcək. Hər iki tərəf oyun qaydalarını yaxşı bilir. İran üçün ən rasional yol Türkiyə ilə gərginliyi idarə olunan səviyyədə saxlamaq və ortaq maraqlar zəmnində əməkdaşlıq etməkdir. Əks halda, bölgədə artıq itirməkdə olduğu geosiyasi mövqeləri daha da zəiflədə bilər. Bəli, proses mürəkkəbdir, amma bölgədə kim nə etdiyini yaxşı bilir. Sözün qısası, Tehran da, Ankara da eyni oyunun fərqli masalarında otursalar da, masanın aşmasını heç biri istəmir. Bununla belə, İranın Türkiyə ilə münasibətləri pozmaması ona daha çox lazımdır, nəinki Türkiyəyə. Çünki İran bu gün faktiki olaraq tək qala bilər. Türkiyə isə təsirini artırır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Küsülü idik, üstümüzə təcili yardım gəlirdi”

Next

Türkiyə-Rusiya TOQQUŞUR: Putinin Ukraynadan sonrakı hədəfi Türkiyə SƏRHƏDLƏRİDİR – Plan MASADA!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv