Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan Türkiyə ilə İsrailin ilk dəfə barışmasında rol oynayıb

By Vüsal Rafiqoğlu
10.04.2025 3 Min Read

İkinci dəfə də barışdırıcılıq missiyasına ehtiyac yaranıb

“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.

Bu sözləri Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan həmişə Türkiyə və İsraili arasında münasibətlərin yaxşı olmasında maraqlı olub. Azərbaycanın maraqları bunu tələb edir. Prezident İlham Əliyev tamamilə düzgün olaraq bildirir ki, Türkiyə ilə İsrail arasında hər hansı bir anlaşılmazlıq Azərbaycanı narahat edir: “2010-cu ildəki “Mavi Mərmərə” böhranından sonra Türkiyə-İsrail münasibətləri kəskinləşdi və demək olar tamamilə pozuldu. Şübhəsiz ki, qardaş dövlət olan müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız, dostumuz olan İsrailin arasındakı gərginlik, əlaqələrin qırılması onların özləri ilə yanaşı bizə də müəyyən ziyanlar verirdi. Uzun müddət davam edən bu vəziyyətin düzəlməsi üçün Azərbaycanın öz imkanlarından istifadə etdiyi barədə hələ o zamanlar da beynəlxalq mediada, yerli mətbuatda məlumatlar, açıqlamalar yer almışdı. Azərbaycan rəhbərliyi iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün öz resurslarını səfərbər etməyə hazır olduğunu bəyan etmişdi. 2020-ci ilin dekabrında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov demişdi ki, Bakı İsraillə Türkiyə arasında vasitəçilik edə bilər. Bundan əlavə, daha sonra, 2021-ci ilin aprelində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev üçtərəfli danışıqlara ev sahibliyi edə biləcəklərini bəyan etmişdi. Bütün bu və digər məqamlar həmin dövrdə Azərbaycanın Türkiyə və İsraili barışdırmaq üçün hərəkətə keçdiyinin göstəricisi idi. Azərbaycanın da barışdırıcılıq missiyası öz bəhrəsini verdi. Məlumdur ki, 2022-ci ildə İsrailin Prezidenti Türkiyəyə səfərə gəldi. İki dövlət arasında buzlar əriməyə başladı. Səfirlik fəaliyyətini bərpa etdi, müəyyən əlaqələr qurulmağa başlandı. Azərbaycan təbii ki, bu müsbət prosesdən məmnun qalmışdı. Təəssüf ki, münasibətlərin inkişaf tempi götürdüyü bir vaxtda 2024-cü ilin əvvəlindən İsrail-Türkiyə münasibətləri yenidən gərginləşməyə başladı. Qəzzanın bombalanmasından sonra münasibətlər kəskinləşmə istiqaməti götürdü. Bu gün də gərgin olaraq qalır. Ona görə də bu vəziyyət yenə də Azərbaycanda narahatlıqla izlənilir. Azərbaycan yəqin ki, barışdırıcılıq istiqamətində səylərini yenə də işə salıb və ya işə salacaq”.

Politoloq hesab edir ki, Azərbaycan Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında yenə də rol oynaya bilər: “Türkiyə-İsrail yaxınlaşması Azərbaycanın milli maraqlarına cavab verir. Türkiyə Azərbaycanın qardaş ölkəsi və İsrail bizim strateji tərəfdaşımızdır. Azərbaycan dostlarının bir-biri ilə dost olmasını istəyir.  Azərbaycanın vasitəçiliyi İsraillə Türkiyə arasında müharibədən əvvəlki barışıqda da böyük rol oynayıb. Bəs nədən Azərbaycan bir daha buna cəhd etməsin? Türkiyə ilə İsrail arasında münasibətlərin yaxşılaşması Azərbaycanın maraqlarına uyğundur. İki ölkə arasındakı düşmənçilik Azərbaycanı narahat vəziyyətdə qoyardı, çünki Azərbaycan həm Türkiyə, həm də İsraillə güclü hərbi, siyasi, strateji və iqtisadi əlaqələrə malikdir. Azərbaycan İsrailin enerji ehtiyacının 40%-ni təmin edir və silah-sursatının 60%-dən çoxunu yəhudi dövlətindən alır. Bundan əlavə, Azərbaycanda Azərbaycan-İsrail dostluğuna böyük dəyər verən yəhudi icması var. Türklər qardaşımızdır, yəhudi və Azərbaycan xalqları arasında yaxşı münasibətlər çoxəsrlik tarixə malikdir. Ümid edək ki,  Azərbaycan bir daha İsrail-Türkiyə münasibətlərini düzəldə bilər, bu da iki ölkə arasında müharibədən əvvəlki yaxınlaşmanın bərpasına gətirib çıxarar. Baxmayaraq ki, indiki vəziyyətdə İsrail-Türkiyə münasibətlərini tezliklə və asanlıqla bərpa etmək bir qədər çətin görünür, cəhdlər olmalıdır. Türkiyə və İsrail arasında yaxınlaşma regional sabitliyin möhkəmlənməsində də əhəmiyyətli rol oynaya bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə-Rusiya TOQQUŞUR: Putinin Ukraynadan sonrakı hədəfi Türkiyə SƏRHƏDLƏRİDİR – Plan MASADA!

Next

TƏCİLİ! Mövqelərimiz atəşə tutuldu

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv