Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
CəmiyyətİSLAM

Azərbaycanda məscidlər kifayət qədərdirmi? – rəy

By Vüsal Rafiqoğlu
12.04.2025 3 Min Read

Kənan Rövşənoğlu: “Bakıda və Bakıətrafı bir neçə kənddə yaxın məscid ola bilər”

Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası əhalinin məskunlaşdığı yerlərdə məscidlərin, ibadət evlərinin və digər dini obyektlərin sayına məhdudiyyət qoyulmasını təklif edib. Hazırlanmış qanun layihəsinə görə, dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilir.

Şəhərlərdə və rayon mərkəzlərində onlar bir-birindən ən azı dörd kilometr məsafədə olmalıdır. Kənd rayonlarında məscidlər bir-birindən ən azı üç kilometr, kiçik kəndlərdə iki kilometr məsafədə yerləşməlidir. Sənəd qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.

Bəs Azərbaycanda vəziyyət necədir? Məscidlərin sayı Qırğızıstanda olduğu qədər çoxdurmu və bir-birinə yaxındırmı? Ölkəmizdə məscid çatışmazlığı varmı?

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, Qırğızıstan hakimiyyətinin bu təşəbbüsü müsəlmanlıq adına bir utancdır: “Məscidlərin sayının azaldılması və bu cür məhdudiyyətlər ölkənin müsəlman imicinə zərbədir. Lakin əgər dövlət məscid inşa edirsə, təbii ki, bu zaman müəyyən qaydalar tətbiq edə bilər. Bu, parlamentin və o xalqın seçimidir. Qırğızıstan demokratik ölkədir”.

Bizə gəlincə, müsahibimiz bildirib ki, qeyd olunan parametrlərdə bizdə məscid sayı çox azdır: “Ümumilikdə bizdə ölkə üzrə 2200-dən bir qədər çox məscid var. Onların bir qismi isə fəaliyyət göstərmir. Qalan hissəsi isə əksəriyyəti tarixi abidədir. Yəni ən azı 100 ildən çox yaşı var. Yəni sovet dövründən əvvəl inşa olunub. Bu ölçü ilə götürsək, ölkəmizdə yalnız Bakıda və Bakıətrafı bir neçə kənddə yaxın məscid ola bilər. Amma bunlar da dediyim kimi, tarixi abidədir. Ümumilikdə Azərbaycanda məscid sayı digər müsəlman ölkələrindən, hətta əhali sayına görə müsəlman olmayan ölkələrdəki müsəlman icmalarına görə azdır”.

Onun dediyinə görə, məsələn, Türkiyədə 80 minə yaxın məscid var: “Təxminən 1000 nəfərə bir məscid düşür. Bizdə isə ən yaxşı halda 5 min nəfərə bir məscid düşür. O da dediyim kimi, bir çoxu işləmir və ya tarixi abidədir. Bizdə böyük şəhərlərdə məscid sayı azdır, xüsusən də sovet vaxtı inşa olunmuş yaşayış kvartallarında məscid sayı azdır. Amma xalqımız buna da qane olur”.

İslamda məscidlər arasında müəyyən məsafənin olması barədə konkret bir dini hökm yoxdur. Qurani-Kərimdə və Sünnədə belə bir qaydanın olmadığı bildirilir. Əsas meyar budur ki, hər bir məscid insanlara xidmət etməlidir, fitnə-fəsada səbəb olmamalı, icmanın ibadət ehtiyacını qarşılamalıdır. Tarixən İslam şəhərlərində məscidlər ehtiyac əsasında, əhali sıxlığına görə salınıb. Məsələn, Bağdad, Dəməşq, Qahirə kimi şəhərlərdə onlarla məscid bir-birinə yaxın məsafədə fəaliyyət göstərib.

Dini mənbələrdə qeyd edilir ki, şəriətdə məscidlər arasında məsafə qoymaq zəruri deyil. Lakin bəzi fiqh alimləri, xüsusilə ikinci məscidin tikintisi zamanı fitnə yaratmamaq üçün “məscid zərurət əsasında olmalıdır” prinsipinə üstünlük verirlər. Yəni, əgər bir məscid insanların ehtiyacını qarşılayırsa və ikinci məscid sırf ayrı-seçkilik, fikir ayrılığı məqsədilə tikilirsə, bu “məscid-i dirar” kimi qiymətləndirilə bilər (Tövbə surəsi, 107-ci ayə).

Məlumat üçün bildirək ki, Azərbaycanda iki mindən çox məscid mövcuddur. Sovet İttifaqı dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır.  67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlk üç ayda məişət zorakılığına məruz qalanların sayı açıqlandı: 117 qadın, 13 kişi…

Next

ADA məktəbinin şagirdi vəfat etdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv