Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Prezident İlham Əliyevin Antalya Forumunda iştirakı: Azərbaycanın dünya siyasətində artan nüfuzunun daha bir təsdiqi

By Vüsal Rafiqoğlu
12.04.2025 4 Min Read

Aprelin 11 –də  Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və  qardaş ölkənin  Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə  başlayan IV Antalya Diplomtiya Forumunda «Parçalanmış dünyada diplomatiyanı bərpa etmək»  mövzusu geniş müzakirə obyektinə çevrilib. Xatırladaq ki, Antalya Diplomatiya Forumu (ADF) 2021-ci ildən başlayaraq Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq diplomatiya üzrə illik konfransdır. Forum zamanı siyasətçilər, diplomatlar və akademiklər tərəfindən diplomatiya, siyasət və bizneslə bağlı fikir mübadilələri aparılır. Antalya Forumunda Azərbaycan  Prezidenti İlham Əliyev də iştirak edir. Eyni zamanda, ADF-ə dörd mindən çox qonaq, o cümlədən dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıblar. 50-dən çox ölkənin xarici işlər nazirlərinin iştirak etdikləri Foruma, həmçinin 60-yaxın beynəlxalq təşkilatın nümayəndələri də dəvət ediliblər.

Türkiyə mətbuatının məlumatına görə Forum üç gün davam edəcək. Tədbirin əsas mövzuları  müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmlə bağlıdır. ADF-də müzakirələr 50-dən çox sessiyada davam edəcək. O da məlumdur ki, Foruma qatılan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli  və rusiyalı həmkarları Hakan Fidan və  Sergey Lavrovla görüşü də nəzərdə tutulub.

Xatırladaq ki, hələ iki gün əvvəl ölkəmizdə buna bənzər bir beynəlxalq forum Bakıda ADA Universitetində «Yeni dünya nizamına doğru» mövzusunda keçirilmişdir. Ölkəmizin başçısı burada da regiondakı vəziyyətlə bağlı  beynəlxalq aləmə önəmli mesajlarını çatdırmışdır.

Bu, bir reallıqdır ki, son 22 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və müdrik siyasət nəticəsində  Azərbaycan dövləti nəinki iqtisadi-hərbi güc qazanıb, eyni zamanda, geosiyasi mövqelərini möhkəmləndirib. Xüsusilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünü və  suverenliyini bərpa etməklə bərabər, etibarlı tərəfdaşlarımızın və dostlarımızın da sayını artırıb. Çünki hazırkı ənənəvi geosiyasi tendensiya belədir ki, güclülərin dost və tərəfdaşları artan xətlə irəliləyir. Eyni zamanda, hazırda ölkəmiz beynəlxalq aləmdə sabitlik, inkişaf və əməkdaşlıq məkanı kimi tanınır və çıxış edir. Məhz bunun nəticəsidir ki, qüdrətli Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı davamlı olaraq artır. Xüsusilə Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə balanslaşdırılma dəst- xətti ilə bərabər, həm də qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yeni imkanlar açır.

Bu, bir qürurverici məqamdır ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlərdə  dünyanın sayılıb-seçilən insanları-prezidentlər, baş nazirlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri məmnuniyyətlə iştirak edirlər. Çünki Prezident İlham Əliyevin siyasi nüfuzu və qətiyyətli lider imici beynəlxalq aləmi ona yüksək hörmət və diqqət göstərməyə sövq edir. Eyni diqqəti  ölkəmizin başçısının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda keçirilən nüfuzlu beynəlxalq təşkilatlara davamlı dəvət edilməsində də görürük. Cənab İlham Əliyev həmin tədbirlərin çoxuna nəinki, Azərbaycanın dövlət başçısı kimi, həm də praqmatik lider və siyasətçi və şərəf qonağı kimi dəvət edilir.

Qeyd edək ki, son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə  və onun başçısına diqqət və marağın əyani nümunəsidir. Bu mənada Prezident İlham Əliyev aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirak etməsi də önəmli siyasi hadisədir. Dünya liderlərinin iştirak etdikləri bu Forum da beynəlxalq nüfuzuna görə diqqət çəkir.

Əvvəldə qeyd etdiyimiz kimi,  Forumda «Parçalanmış dünyada diplomatiyanı bərpa etmək» mövzusu ətrafında qlobal çağırışların müzakirəsi nəzərdə tutulur. Ölkəmizin başçısının məhz beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, dünya nizamına  strateji baxışları və  hadisələrə praqmatik yanaşmaları, onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan qətiyyətli liderə çevirib. Çünki Prezident İlham Əliyevin siyasi nüfuzu və qətiyyətli lider imici beynəlxalq aləmi ona yüksək hörmət və diqqət göstərməyə sövq edir. Forum həm də ona görə əhəmiyyətlidir ki, burada  keçiriləcək görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafına yeni zəmin yaradacaq. Xüsusilə iki qardaş ölkənin siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilmiş əməkdaşlığına yeni təkan veriləcək. Məlumdur ki, bu gün hər iki ölkə nəinki Cənubi Qafqazda, hətta Mərkəzi Asiyada sülhün və qardaşlığın əsl tərənnümçüləridir. Bu mənada böyük Turanın, yəni türk birliyi ideyasının da əsas yaradıcıları da məhz prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır.

Ölkəmizin başçısının qardaş Türkiyəyə işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin reallaşması baxımından mühüm hadisə olacaq. Həmçinin bu gün  regional nəqliyyat və logistika mərkəzinə çevrilən Azərbaycan hər il davamlı və xeyirxah təşəbbüslərlə çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və reallaşan layihələr Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Sözügedən layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm  əhəmiyyət kəsb edir.

Bundan başqa, Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin 2024-cü ildə Azərbaycanda uğurla keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqlədi. Bu nüfuzlu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərin həllində önəmli tərəfdaş olduğunu nümayiş etdirdi.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlığı nəinki ölkəmizə, eyni zamanda, bölgəmizə sabitlik, humanizm gətirir. Məhz Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi, beynəlxalq  arenada ədalətin bərpasına yönəlmiş addımlar atması dünya  ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Son olaraq demək lazımdır ki, ölkəmizin başçısının Antalya Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha təsdiq edir. Yəni, Azərbaycan bu gün əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə öz dəyərli töhfələrini verir.

Elçin Zaman, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Cənubi Qafqaz hərbi poliqon deyil, əməkdaşlıq regionu olmalıdır

Next

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli və uğurla həyata keçirilir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv