Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…

By Vüsal Rafiqoğlu
15.04.2025 3 Min Read

Qiymətlər artır, yaşam şərtləri bahalaşır, lakin maaşlar dəyişməz qalır. Bir çox ailə üçün gündəlik xərclərin öhdəsindən gəlmək getdikcə daha da çətinləşir. Belə bir şəraitdə əmək haqqı siyasətinə yenidən baxılmasına ehtiyac olduğu açıq şəkildə görünür.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır? İqtisadi sabitlik və sosial ədalət üçün hansı mexanizmlər işə düşə bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Referans –  açıqlama verib. Mütəxəssis bildirib  ki, ümumilikdə ölkədə maaşların artırılmasının yalnız bir yolu var.  Eyni zamanda bəşəriyyət bu günə qədər bundan yaxşısını da fikirləşə bilməyib. Bu da ölkədə qanunçuluğun və iqtisadi inkişafın təmin edilməsidir. Qanunçuluq ilk növbədə məhkəmələrin müstəqilliyi və ədalətliliyi ilə bağlıdır. İqtisadi inkişaf da məhz bununla əlaqəlidir

Ekspert hesab edir ki, normal bazar iqtisadiyyatının üç əsas təməli var: Mülkiyyət hüququnun qorunması.Öhdəliklərin icrası. Sağlam rəqabət. Əgər bu üç şərait təmin olunarsa, ölkədə sahibkarlıq fəaliyyəti canlanar, investisiyalar və kapital qoyuluşları artar. Nəticədə iqtisadi aktivlik güclənər, yeni iş yerləri yaranar, maaşlar artar və həm dövlət, həm də vətəndaşlar qazanmış olar. Söhbət real artımdan gedir. Əfsus ki, hazırda Azərbaycanda bu şərtlər yoxdur. Mülkiyyət hüquqları qorunmur, sahibkarların və vətəndaşların əmlakları qanunsuz əllərindən alınır. Belə bir mühitdə heç bir ağıllı investor bu ölkəyə vəsait yatırmaz. Elə buna görə də son dövrlərdə bir çox iş adamları ölkəni tərk edir.

Müsahimiz öhdəliklərin icrası ilə bağlı nümunəyə də diqqət çəkib: Tutaq ki, mən sizinlə müqavilə bağlamışam və sizə mal və ya xidmət təqdim etməliyəm. Əgər öhdəliyimi yerinə yetirmirəmsə, siz məni məhkəməyə verirsiniz və haqlı olaraq cərimə etdirirsiniz. Amma bunun üçün sizdə inam olmalıdır ki, məhkəmə ədalətli qərar çıxaracaq. Təəssüf ki, bizdə bu yoxdur. Ədalət çox vaxt pulun tərəfinə keçir. Sağlam rəqabət isə çox vacibdir. Sahibkar əmin olmalıdır ki, onun fəaliyyət sahəsinə dövlət məmurları, oliqarxlar və ya inhisarçı holdinqlər qanunsuz şəkildə müdaxilə etməyəcək, biznesi əlindən alınmayacaq. Bütün bu dediklərimi etmək üçün dövlət iradə ortaya qoymalıdır. Bu da bir-iki ilə həll olunan məsələ deyil. Korrupsiyanın aradan qaldırılması, şəffaf mühitin yaradılması illər tələb edir. Əgər dövlət bu istiqamətdə ciddi şəkildə işə başlasa, 10-15 il ərzində nəticə görmək mümkündür. Təəssüf ki, hələlik bu sahədə ciddi irəliləyiş yoxdur, başlanğıc da demək olar ki, yoxdur. Belə bir şəraitdə hansı maaş artımından danışmaq olar?

Ekspertin fikrincə dövlət maaş artımına iki yolla birbaşa təsir göstərir: Minimum əməkhaqqının artırılması və dövlət sektorunda çalışanların maaşlarının və pensiyaların artırılması. Hazırda minimum əməkhaqqı 400 manatdır. Bu məbləğlə ailə dolandırmaq, normal həyat tərzi sürmək çox çətindir. Bunu hamımız başa düşürük. Dövlət sektorunda maaşlar vaxtaşırı artırılır. Lakin burda fərq qoymalıyıq: nominal artım və real artım. Əgər maaş artır, amma qiymətlər ondan daha sürətlə qalxırsa – yəni inflyasiya baş verirsə – bu, real artım sayılmır. Əslində, alıcılıq qabiliyyəti aşağı düşür.

“2015-ci ilə qədər bizdə real artım var idi, amma artıq 10 ilə yaxındır ki, yoxdur və bu vəziyyətin yaxın zamanda dəyişəcəyini də gözləmək olmaz. Hazırda neftin qiymətinin və hasilatın düşməsi də vəziyyəti daha da ağırlaşdırır. Reallıq budur ki, dövlət maaş artımını artıq təmin edə bilmir. Ən yaxşı halda bu istiqamətdə ilk addımlar ata bilər. Amma nəticəsini uzun illər sonra görəcəyik. Hazırkı vəziyyətdə isə ölkədə iqtisadi və sosial problemlərin daha da dərinləşəcəyi gözlənilir.” – deyə  ekspert vurğulayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan onlara XƏBƏRDARLIQ ETDİ

Next

Tiktoker qardaşların həbs müddəti uzadıldı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv