Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Lisenziyalı həkimlər açıqlandı – plastik əməliyyatlarda risk bitdimi?

By Vüsal Rafiqoğlu
19.04.2025 3 Min Read

Estetik həkimlərə icazə verildi, pasiyentlərə isə zəmanət yox; cərrahlardan vacib açıqlamalar…

Azərbaycanda plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən 42 həkim-mütəxəssisin adı açıqlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılmış və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.

Səhiyyə Nazirliyindən həmçinin bildirilib ki, siyahı aprelin 17-nə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Bəs bununla plastik cərrahiyyə ilə bağlı əsas problemlər aradan qalxdımı? Xanımlar bundan sonra arxayın şəkildə əməliyyatlara girə biləcəklərmi? İcazə verilməyən əməliyyatlar hansıdır?

ELŞƏN NƏSİBOV PLASTİK CƏRRAH. T.Ü.F.D. | Azərbaycan Tibb Ensiklopediyası

 Elşən Nəsibov 

Ümumi cərrah Elşən Nəsibov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni siyahı estetik cərrahiyyədə nəyisə dəyişməyəcək: “Adları çəkilən 42 plastik cərrahdan heç biri burun əməliyyatını lor həkimi kimi yaxşı edə bilməz.  Hər bir əməliyyatda ağırlaşma ola bilər. Bütün əməliyyatların nəticələri yüksək olmur. Plastik əməliyyatın 100 faizli uğurla nəticələnəcəyini heç kim deyə bilməz.  Həmin siyahıda göstərilən həkimlər Allah deyil ki. Belə çıxır ki, yerdə qalan cərrahlar heç kimdir?! Hərənin bir qabiliyyəti və bacarığı var. Stomatoloqa üzgərmə əməliyyatı etməyə icazə verirlər. Stomatoloq nə bilir ki, üzgərmə nədir. O, dişdən başqa heç nə görməyib axı”.

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla 

Cərrah-həkim Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:  “Bu cür təcrübələrlə nəyəsə nail olmaq mümkün deyil. Akkreditasiya, lisenziya  yaranmalıdır. Həkimlərə konkret bir müddət üçün fəaliyyət lisenziyası verilməlidir.

İndiyə qədər həkimlərin akkreditasiya sistemi yoxdur. Dünyanın hər yerində belə bir sistem var – həkimlər akkreditasiyadan keçir və onun əsasında onlara lisenziyalar verilir və lisenziya əsasında konkret müddətdə fəaliyyət göstərir. Həkimə fəaliyyət göstərmək üçün 5 il, maksimum 7 il lisenziya verilir, müddət bitdikdən sonra fəaliyyəti araşdırılır və təkrar lisenziya verilir. Amma bizdə isə çox əndirəbadi, bilmirəm kimin ağlına gəlmiş sertifikasiya imtahanı keçirilir və bütün həkimlər onun girovuna çevrilib. Bu zaman kimlərsə hansısa neqativ yolla o imtahandan keçir və sairə. Yəni bu sertifikasiya imtahanı tamamilə mənasız bir şeydir. Təsəvvür edin, Tibb Universitetinin professorları, hansı ki, imtahanlardakı sualları çox zaman onların kitablarından salırlar, həmin professorları da məcbur edirlər imtahan verməyə. Dünyada bu cür biabırçılığın analoqu yoxdur, bunu heç nə ilə müqayisə etmək olmur. Deyərdim ki, bu, həkimlər üzərində bir həqarətdir. Bəs məqsəd nədir? Niyə akkreditasiya sisteminə keçid edilmir? Əgər akkreditasiya sisteminə keçilsə, əlbəttə, qeyd olunan məsələlər ictimai nəzarət altında olacaq. Bu zaman həkimlərin lisenziyasının reyestri ictimaiyyətə tamamilə açıq olacaq. Belə olmadığı təqdirdə çox sayda boşluqlar yaranır və bundan sui-istifadə halları olur.

Sertifikasiya imtahanı ləğv olunmalıdır, dünyanın heç yerində bunlar yoxdur.  Bu sistemlər bir-biri ilə ziddiyyət təşkil edir. Bir qrup həkimi kənarda qoyublar, digər qrupa isə icazə verilib. Bu, məsələnin həlli deyil. Lisenziya sistemi isə konkret olaraq hər kəsdə hüquqi məsuliyyət yaradır. Dünya təcrübəsi belədir.

Düşünürəm ki, bu situasiya təkcə estetik cərrahlara aid deyil, araşdırsaq, digər ixtisaslarda da bu cür problemlər var. Çox asan yolla ixtisas dəyişmələri aparılır. Əlbəttə ki, kimsə ixtisasını dəyişə bilər, amma bunun üçün yenidən rezidentura keçməlidir. Dünyanın hər yerində qayda belədir. Bu, 3 aylıq kurs və yaxud hansısa yollarla reallaşa bilməz.

Ona görə də hesab edirəm ki, biz hansısa ölkənin modeli əsasında öz qanunlarımızı adaptasiya etməliyik. Bunun ən yaxşı variantı qardaş Türkiyədir. Orada bu qaydalar, qanunlar demək olar ki, illərlə özünü sınaqdan keçirib.

Hesab edirəm ki, səhiyyədə artıq “azərbaycansayağı” işlərdən qurtulub, normal idarəetməyə keçməliyik və səhiyyə vahid mərkəzdən idarə olunmalı, bütün bunlar da ictimai nəzarətin altında olmalıdır”.

Həkim deyir ki, ümumi cərrahlıq təcrübəsi olmayan şəxs estetik işləyə bilməz: “Ən azı 5-7 il müddətinə bu təcrübə tələb olunur. İstənilən halda cərrahi təcrübəyə və müəyyən vərdişlərə sahib olmalıdırlar. Almaniyda rinoplastika ilə lor həkimləri məşğul olur. Çünki onlar burun strukturunu bilirlər. Burun əyriliklərində həm də funksional pozuntular olur. Söhbət estetik korreksiyadan getmir. Yaxud da süd vəzilərinin estetik əməliyyatlarını aparan cərrahlar konstruktiv əməliyyatları da icra edirlər. Süd vəzinin götürülməsindən sonra onun yenidən formalaşdırılması estetik cərrahların işidir. Yəni bir həkim bütün sahədə estetik cərrahlıq edə bilməz. Lisenziyada onun hansı əməliyyatları icra etməsi yazılır. Bizdə estetik cərrah həm rinoplastika, həm mamoplastika ilə, həm də kontur plastikası ilə məşğul olur. Bunları ümumiləşdirmək olmaz axı”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Emin Ağalarov Prezident ailəsinin “Sea Breeze”dən görüntülərini paylaşdı – Video

Next

Bayağı ifaçıları “boykot” çağırışı – Nəticə olacaqmı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv