Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Türk telekanalında ermənicə serial – Barışıq başladı, yoxsa…

By Vüsal Rafiqoğlu
19.04.2025 3 Min Read

İlk dəfə erməni-türk telekanalı “4 yaramaz çocuk” serialı yayımlayacaq; deputat: “Bu, Ankara-İrəvan münasibətlərinin normallaşması anlamına gəlmir”

Türkiyədə “Luys TV” X mikrobloqunda ilk erməni-türk telekanalı – “4 yaramaz çocuk” serialı yayımlanacaq. Bu, Türkiyədə yayımlanan ilk erməni serialı olacaq. Serial erməni dilində türkcə subtitrlərlə yayımlanacaq.

Bildirilir ki, “Luys” televiziyası İstanbulda yaşayan erməni jurnalist Aram Kuran tərəfindən təsis edilib. Yayım 2019-cu ildə başlayıb. Yayımlanan proqramların 70 faizi “Qərbi erməni”, 30 faizi isə türk dilindədir.

Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün hava-su qədər vacibdir. Bu istiqamətdə proses getməkdədir. Erməni dilində serialın yayımlanması da normallaşma prosesinin bir elementi sayıla bilərmi? İki ölkə arasında diplomatik əlaqələr qurulmamış ermənicə serial verilməsinə Azərbaycan necə yanaşmalıdır?

Bu məsələ olduqca həssas və çoxşaxəlidir. Ermənicə serialın Türkiyədə yayımlanması, ilk baxışdan mədəni müxtəliflik və tolerantlıq kontekstində təqdim olunsa da, onun arxa planında siyasi, diplomatik və ictimai rezonans doğura biləcək nüanslar da gizlidir.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması uzun illərdir müzakirə olunan, lakin real nəticələrə nadir hallarda gətirən bir məsələdir. 2022-ci ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılsa da (sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması, xüsusi nümayəndələrin görüşləri və s.), bu proses hələ də rəsmi diplomatik əlaqələrlə nəticələnməyib. Belə bir şəraitdə erməni dilində serialın Türkiyə kimi böyük bir ölkənin media məkanında yayımlanmasını bir çox siyasi şərhçilər  normallaşma prosesinin mədəniyyət vasitəsilə “yumşaq güc” metodu ilə aparılması kimi dəyərləndirir.

Məlum məsələdir ki, Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir və Ermənistanla münasibətlərdə hər hansı yumşalma, xüsusən də Azərbaycan-Ermənistan münasibətləri tam normallaşmadan baş verərsə, bu, ictimaiyyətdə suallar və narahatlıqlar yarada bilər.

Məsələ ilə bağlı millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Türkiyədə yaşayan müxtəlif xalqların öz dilində telekanallarının açılması siyasəti bir neçə ildir davam etdirilir:

Tənzilə Rüstəmxanlı – Rəsmi İnternet Saytı

 Tənzilə Rüstəmxanlı 

“2009-cu il TRT-nin bir bölümü kürd dilində fəaliyyətə başladı. Bu açılım siyasəti ilə bağlı rəsmi dövlət kanalıdır. Hətta telekanal yayımına  o zaman baş nazir olan Ərdoğanın çıxışı ilə başlamışdı. İndi haqqında bəhs etdiyiniz kanal da eyni siyasətin tərkib hissəsi hesab edilə bilər. Hər şeydən öncə istərdim ki, Azərbaycan ictimaiyyəti bu kimi olaylardan yanlış nəticə çıxarıb qardaş Türkiyə haqqında pessimist düşüncəyə düşməsin. Türkiyə yüz illərlə Şərqin ən böyük imperiyalarından biri olan Osmanlının varisidir. Bu coğrafiyada kürd, ərəb, laz, digər xalqlar yaşayır. Türkün böyüklüyü həm də hakimiyyəti altında olan xalqların milli, dini haqlarını qorumasıdır. Ermənilər bu coğrafiyanın aborigen etnosu olmasa da bu gün Türkiyədə müəyyən saya malikdirlər və ermənidilli kanalın fəaliyyəti də bu prinsiplər əsasında, xüsusi olaraq qeyd edim ki dövlətin nəzarəti altında açılıb. Türkiyənin milli azlıqlara bu cür yanaşması iki baxımdan çox vacibdir. Əvvəla milli azlıq məsələsindən həmişə Qərb ölkələri, xüsusi təşkilatlar istifadə ediblər. İkincisi də bu məsələ ilə bağlı haqsız ittihamları beynəlxalq təşkilatların gündəminə daşıyıblar.  Bu baxımdan prosesin dövlətin himayəsi və nəzarəti altında olması təqdirəlayiqdir”.

Millət vəkilinin fikrincə, bu məsələ  Ermənistanla  münasibətlərin normallaşması anlamına gəlmir və belə qəbul edilməməlidir:

“Ermənistan Türkiyə ilə yaxınlaşmaq istədiyini, münasibətləri normallaşdırmaq niyyətində olduğunu desə də, əməldə tamamilə başqa mövqe sərgiləyir. Ermənilərin Türkiyə ərazisinə iddialarını büruzə verən faktlar az deyil. Məsələn, Ermənistanın dövlət gerbində Ağrı dağının əks olunduğu məlumdur. Bu da aşkar şəkildə Türkiyəyə qarşı ərazi iddiasından xəbər verir. Bu azmış kimi, indi də bəzi erməni təşkilatları Ağrı dağının ermənilərin ”milli kimlik simvolu” olduğunu bildirirlər.

Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini qaydasına salmaması isə onun bir dövlət kimi varlığını sual altında qoyur. 85 milyonluq Türkiyə ilə 10 milyonluq Azərbaycan arasında 2 milyonluq Ermənistanın uzun müddət düşmən münasibətində yaşamaq şansı yoxdur. Əks təqdirdə Ermənistan dövlətçilik mövqeyini itirəcək və parçalanacaq”.

Tənzilə Rüstəmxanlı həmçinin qeyd edib ki, Ermənistan son vaxtlar Türkiyə ilə barış prosesinin intensivləşdirəcəyinə ümid edərək bəzi addımlar atmağa məcbur olub:

“Türkiyə üçün Azərbaycanla Ermənistan arasında problemlərin həll olunması prioritetlərdən biridir və bunu da təbii qarşılamaq lazımdır. İki qardaş ölkənin biri ilə yaxşı əlaqələr qurub, o biri ilə düşmənçiliyi davam etdirmək mümkün deyil. Ermənistan bölgə dövlətləri Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşmasına eyni paketlə getməlidir. Çünki hər iki ölkə ilə Ermənistanın problemləri eynidir. Azərbaycanla Türkiyənin bölgədə gedən olaylara, siyasi və iqtisadi proseslərə baxışları da üst-üstə düşür. Ermənistan bunları anlamalıdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayağı ifaçıları “boykot” çağırışı – Nəticə olacaqmı

Next

UNESCO-nun antitürk rəhbərini misirli əvəzləsə… – Bakıdan gözlənti

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv