Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

By Vüsal Rafiqoğlu
22.04.2025 3 Min Read

Hər il aprelin 22-də qlobal bir bayram – Beynəlxalq Yer Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 2009-cu ildə keçirilən 63-cü sessiyasında (BMT-nin 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə A/RES/63/278 saylı qətnamə) təsis edilib və 2010-cu ildən aprelin 22-də qeyd olunur.

Baş Assambleyanın 63-cü sessiyasının sədri Migel d’Eskoto Brokman bildirib ki, qətnamədə bu Beynəlxalq Günün elan edilməsi Yer kürəsinin və onun ekosistemlərinin bizim evimiz olduğunun, bəşəriyyət üçün həyat verdiyinin etirafıdır və həmçinin 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında götürülmüş öhdəliklərin bir daha təsdiqidir. Buna görə də indiki və gələcək nəsillərin iqtisadi, sosial və ekoloji ehtiyacları arasında ədalətli tarazlığa nail olmaq üçün təbiət və Yer planeti ilə harmoniyanı təşviq etmək lazımdır.

Qətnamədə, həmçinin qeyd olunur ki, “Ana Yer” termini bir çox ölkələrdə geniş şəkildə qəbul edilir və bu, planet, onun ekosistemləri və insanlar arasındakı əlaqəni əks etdirir. Baş Assambleya BMT-nin bütün üzv dövlətlərini, beynəlxalq və qeyri-hökumət təşkilatlarını Beynəlxalq Ana Yer Gününü qeyd etməyə dəvət edərək, bu bayramın artıq bir çox ölkələrdə hər il qeyd olunduğuna diqqət çəkir.

Yer Günü şimal yarımkürəsində yazda, cənub yarımkürəsində isə payızda keçirilir. Həmin ümumdünya aksiyanın əsas məqsədi cəmiyyətin və planetdəki hər bir insanın diqqətini Yer kürəsinin, onun xüsusilə ətraf mühitinin problemlərinə cəlb etməkdir. Bu gün, həmçinin bəşəriyyətin mühafizəsi üçün qarşısında çətin vəzifələr haqqında məlumat əldə etmək imkanı verir.

Planetimiz haqqında vacib məlumatlar

Yer planetinin təxminən 4,5 milyard il yaşı olduğu təxmin edilir. Ekvator boyunca gəzərək Yer kürəsinin ətrafında dolaşmaq istəyirsinizsə, demək olar ki, 40.010 kilometrlik yolu qət etməli olacaqsınız.

Kaliforniyadakı Ölüm Vadisi və Liviyanın Əl-Əziziyə adlanan yeri Yer kürəsinin ən isti yerləri üzrə rekordçudur. Əl-Əziziyyə rekordu 57,8 (13 sentyabr 1922), Ölüm Vadisi rekordu 55,8 dərəcə Selsidir (1913-cü il 10 iyul).

Antarktida Yer kürəsinin ən soyuq yeri kimi tanınır – 1983-cü il iyulun 21-də Antarktidadakı “Vostok” tədqiqat stansiyasında -89 dərəcə selsi qeydə alınıb.

Yer kürəsi faydalı qazıntılarla inanılmaz dərəcədə zəngindir. Alimlər artıq 4 minə yaxın mineral növünü təsnif ediblər, onlardan 200-ə yaxını praktiki əhəmiyyət kəsb edir. Hər il 50-100 növ faydalı qazıntı aşkarlanır. Yerin bir təbii peyki var – adi gözlə görünən Ay.

55-ci ildönümünün sloqanı: Bizim gücümüz, bizim planetimiz…

22 aprel Yer Gününün qeyd edilməsi ənənəsi 1970-ci ildə ABŞ-da yaranıb, bu gün beynəlxalq tədbirə çevrilib. Üstəlik, hər il bu gün müəyyən mövzuya həsr olunur. Builki mövzu isə “Bizim gücümüz, bizim planetimiz” adlanır.

Hazırda təbiət əziyyət çəkir. Plastik çirklənmə nəticəsində okeanların turşulaşması baş verir. İqlim dəyişikliyi, antropogen amillər və meşələrin qırılması, torpaqdan istifadənin dəyişməsi, intensiv kənd təsərrüfatı və heyvandarlıq, brakonyerlik kimi biomüxtəlifliyi məhv edən qəbuledilməz təcrübələr planetin məhvini sürətləndirir.

Ekosistemlər Yerdəki bütün canlıları dəstəkləyir. Ekosistemimiz nə qədər sağlam olsa, planet və onun insanları bir o qədər sağlam olacaq. Zədələnmiş ekosistemlərin bərpası yoxsulluğa son qoymağa, iqlim dəyişikliyi ilə mübarizəyə və kütləvi insan itkisinin qarşısını almağa kömək edəcək. Beynəlxalq Yer Günü hər birimizin varlığımızı planetimizə və onun ekosistemlərinə borclu olduğumuzu xatırladır.

Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə bizim böyük ümumi evimizə minnətdarlığını bildirmək imkanı verir.

Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masa ətrafında toplaşırlar. Müxtəlif ölkələrdə konkret mövzuya həsr olunmuş fərqli tədbirlər təşkil edilir. Bunlara konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın dayandırılması, ərazinin təmizlənməsi və ağacların əkilməsi daxildir.

22 aprel 2025-ci ildə Yer Gününün 55-ci ildönümü qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlər 192 ölkəni və planetin bir milyarddan çox sakinini əhatə edir. Bu da həyatın bütün təbəqələrindən olan insanları daha yaxşı gələcək naminə birlikdə işləməyə cəlb etmək üçün Yer Gününün çoxdankı çağırış gücünü nümayiş etdirmək imkanı yaradır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq

Next

8 yaşlı uşaq faciəvi şəkildə öldü

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv