Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Yaralılar sağalmaq üçün deyil, ölmək üçün yardım istəyirdilər – Çernobıl hadisələrinin şahidinin xatirələri

By Vüsal Rafiqoğlu
28.04.2025 3 Min Read

“O vaxtlar metro tikintisi sahəsində işləyirdim. Bir gün gəlib dedilər ki, hazırlaş. Mənimlə bərabər, bir neçə nəfərin də adını çəkdilər. Əvvəlcə düşündük ki, haradasa yeni metro açılır, oraya ezam olunuruq. Yenə də dəqiqləşdirmək üçün hara gedəcəyimizi soruşduq. “Deyiləcək”, – deyib bizi daha da şübhəyə saldılar. Bizi narahat edən əslində briqadirin adlarımızı çəkərkən başını qaldırıb üzümüzə baxmağa çəkinməsi idi. Özü də bizimlə söhbətdən qaçırdı. Səbəbini isə sonradan bildik. Bizi Çernobıl AES-də baş vermiş qəza ilə əlaqədar yardım dəstəsinin tərkibində Ukraynaya göndərəcəkdilər”.

Bunu AZƏRTAC-a müsahibəsində II qrup Çernobıl əlili Məhərrəm Hüseynov deyib.

O, həmin illərin xatirələrini canlandırmağa bu cür davam edib: “Doğrusu, ilk eşidəndə çox narahat oldum. Çünki o vaxtlar ailəm, iki azyaşlı qızım vardı. Düşündüm ki, birdən mənə nəsə olsa, onlar necə olacaq? Briqadirdən xahiş etdim ki, məni ilk gedən dəstənin tərkibində göndərməsin, bir az daha ailəmlə vaxt keçirim. Əvvəlcə razılaşmadı. Axşamçağı işdən çıxanda yaxınlaşıb, “hələ sən gözlə, iyulda yeni dəstə gedəcək, o vaxta hazırlaş”, – dedi. Üç ay daha qızlarımla vaxt keçirə biləcəyim üçün çox sevinmişdim. İyul ayı idi. İyulun 26-da 30 yaşım tamam olacaqdı. Briqadir məni çağırıb “26 iyulda axşama hazır ol”, – dedi, “yaxşı”, – deyə cavab verdim. Evdə heçnə demədim. İyulun 26-da bütün yaxınlarımı, dostlarımı toplayıb həm ad günümü qeyd etdim, həm də bir növ vidalaşdım. Çünki qarşıda bizi nələrin gözlədiyini bilmək olmazdı. Faciənin nəticələrini eşitmək belə çox dəhşət idi. Hələ bir də onu canlı görmək, bəlkə də heç qayıtmamaq… Ad günümü qeyd etdikdən sonra hər kəs çıxıb getdi. Qızlar da artıq yatmışdı. Həyat yoldaşımı çağırıb, gedəcəyimi dedim. “Bəlkə bir də danışasan, vaxtı uzatsınlar”, – dedi. “Yox, söz danışıqdan keçər”, – deyib, hazırlaşdım. Qızları oyatmadan başlarından öpüb getdim. Faciənin dəhşətlərini Kiyevə daxil olduğumuz zaman artıq insanların gözündəki qorxu hissindən oxumaq olurdu. Pripyata doğru irəlilədikcə yanğınsöndürənlərin səsi, şəhəri bürümüş alovun tüstüsü, əzablar içində ağlayan insanlar, toz-duman insanı dəhşətə gətirirdi. Xüsusilə, ağlayan, nə olduğunu hələ anlamayan, amma böyüklərin narahatlığını elə onlar qədər hiss edən körpələri, uşaqları gördükcə insanın ürəyi parçalanırdı. Artıq burada olduğumuza görə bizə nə olacağını düşünmürdük, insanlara necə yardım edəcəyimizi fikirləşirdik.

İlk vaxtlar məni sürücü təyin etdilər. Orada olduğum müddət ərzində qəzaya çox yaxından şahidlik etdim. Yaralılar sağalmaq üçün deyil, ölmək üçün

yardım istəyirdilər. Ağrının şiddəti bəzən qəzada xəsarət alanları özlərinə qəsd etməyə belə məcbur edirdi. İnsanların bədənlərində deformasiyalar yaranmış, çox dərin, sağalmaz yaralar açılmışdı.

Partlayışdan dörd ay keçməsinə baxmayaraq, təsirləri hələ də insanlarda ciddi nəticələrə səbəb olurdu. Bunun üçün sadəcə Pripyatın havasını bircə dəfə udmaq kifayət idi. Ona görə insanlar buradan evakuasiya edilirdi.

İyirmi gün orada sürücü kimi işlədim. Məhv olmuş şəhərin əzablar içində qalan sakinlərini görmək artıq adiləşmişdi. Amma faciənin təsirləri gün keçdikcə daha da artırdı. İyirmi gün sonra müayinə olunduğum zaman məlum oldu ki, qəbul etdiyim radiasiya dozası çox yüksəkdir. Ona görə məni işləmək üçün yanacaqdoldurma məntəqəsinə göndərdilər. Yardım üçün gedən bütün maşınları tez bir zamanda yanacaqla təmin etmək işinə rəhbərlik artıq mənim məsuliyyətimdə idi. Biz orada üç aya yaxın qaldıq. Pripyatın havasını udduğum hər gün geriyə sağ dönəcəyimə ümidimi daha da azaldırd. Təsirlərini orada olduğum zaman hiss etmirdim. Düşünürdüm ki, bəlkə də mənə təsir etmir. Nəhayət Ukraynadakı ezamiyyə müddətimiz bitdi və biz möcüzəvi şəkildə sağ-salamat geri qayıtdıq. Amma salamat qayıda bilmədik…

Geri döndükdən bir müddət sonra saçlarım töküldü, qollarımda, bədənimdə şiddətli ağrılar başladı, ürəyim zəiflədi və ciddi ağrılar meydana gəldi. Hazırda II qrup Çernobıl əliliyəm. Lakin bütün bunlarla belə ürəyim sakit idi. Yardım edə bildiyimiz hər insan üçün sevinirdim, əsas odur ki, qızlarımın yanına sağ qayıtmışdım. Hətta 4 il sonra bir qızım daha oldu. Bəlkə də bu, Allahın mənə mükafatı idi. Gedərkən qızlarımı çox düşünmüşdüm və mükafat olaraq rəbbim mənə bir qız övladı daha vermişdi.

Bu gün Çernobıl haqqında söhbətlərimə qızlarım, nəvələrim də maraqla qulaq asır, sağ gəldiyimə çox sevinirlər. Mənim üçün isə sevindirici məqamlardan biri hər zaman Ulu Öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etməyimizlə bağlıdır. Yaxşı yadımdadır, 2020-ci ilin dekabr ayının son günləri idi. COVID-19 pandemiyası yayılan zaman mən də bu amansız xəstəliyə tutuldum və çox ağır keçirirdim. Lakin birdən mənə zəng gəldi, “Salam. Məhərrəm Hüseynovla görüşürük?”, “bəli”, deyə cavab verdim. “Avtomobilinizi nə vaxt gəlib götürə bilərsiniz?”. Həmin sözlər sanki mənə ikinci həyat verdi. Həqiqətən də sağalmaq üçün sevinmək lazım imiş və doğrudan da bu sevinc məni sağaltdı deyə bilərəm. Bir neçə gün sonra gedib avtomobilimi götürdüm.

1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan vətəndaşların sosial müdafiəsi daim diqqətdə saxlanır və Prezident İlham Əliyevin tapşırığına əsasən həmin istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir, Çernobıl AES-də əlilliyi olan vətəndaşların mənzillə və avtomobillə təminatı həyata keçirilir. Həmin diqqət və qayğıdan ötrü ölkə başçısına dərin təşəşəkkürümü bildirirəm”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Birinci rübdə DSMF-də 63 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Next

Qara gəlmiş 28 aprelin 105-ci ili – Kreml işğal gününü bizə bayram kimi sırımışdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv