Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

ERKƏN NİKAH – ƏSRİMİZİN AKTUAL PROBLEMİ

By Vüsal Rafiqoğlu
29.04.2025 5 Min Read

Azərbaycan Respublikasının Ali Qanunu təkcə dövlət quruluşunu müəyyən edən normalarla məhdudlaşmayıb, cəmiyyətin mənəvi həyatının əsaslarından biri olan ailənin formalaşmasını və müdafiəsini tənzimləyən normaları da əhatə edir. Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il tarixli Konstitusiyasının 17-ci maddəsinin 1-ci bəndinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

Lakin ailə hüquq münasibətləri həm konstitusiyanın, həm də qanunvericiliyin çətiri altında qorunsa da bu sahədə bir sıra hüquq və azadlıqların təmin olunmaması, hüquq pozuntularına yol verilməsi hələ də davam edir. Təəssüf ki, həyatın bütün sahələrinin sürətlə inkişaf etdiyi bir dövrdə cəmiyyətin əsas özəyi olan ailə institutunun düzgün formalaşmasına, sağlam gələcək nəslin yetişməsinə dərindən zərbə vuran problemlərdən biri erkən nikahdır. Erkən nikah — yaşı 18-dən az olan şəxslərin, yəni yeniyetmələrin nikaha daxil olmasıdır. Erkən yaşda uşaqların “evləndirilməsi” birbaşa “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının, Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarına ziddir.

Erkən nikah, yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Erkən nikahlar fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Bu hüquq pozuntusu beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və hələ də bu hal bəşəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah, adətən, 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsə də, dünya praktikasında və ölkə praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir.

Erkən yaşda evliliyə daxil olan “uşaqlar” məişət xarakterli məsuliyyətlərlə yüklənməklə şəxsi inkişafdan yoxsul qalırlar. Erkən nikahlar zamanı həmin şəxslər təhsildən uzaqlaşır. Belə nikah qurbanlarının daha çoxu qız uşaqları olduğundan, sözügedən hal həmin qızların ailə üzvlərindən asılı hala düşmələrinə və cəmiyyətdə qadın-kişi bərabərsizliklərinin yaranmasına gətirib çıxarır. Beləliklə, erkən nikah insanın azadlıq, bərabərlik, şəxsi toxunulmazlıq, cinsi toxunulmazlıq, təhsil, əmək və sair hüquqlarını pozmaqla bərabər cəmiyyəti dərindən yaralayır.

Nikah hüququ insanların təbii hüquqlarından olsa da, qanunvericilikdə onun özünəməxsus tənzimetmə mexanizmi var. Bu cür tənzimetmə mexanizminin mövcudluğu məhz dövlətin ailəni müdafiə etmək funksiyasına dəlalət edir. Bununla dövlət konstitusion prinsiplər əsasında ailənin formalaşmasını sağlam hüquqi dəyərlər və normalarla öz çətiri altına alır. Azərbaycan Respublikasının ailə qanunvericiliyində ailənin anlayışından fərqli olaraq nikahın anlayışı konkret müəyyən edilmişdir: “Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır”.

Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikahın bağlanmasına dair tələblər konkret təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir.

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Ailə Məcəlləsində nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verən norma ləğv edilmiş və qohumlar arasında nikah bağlanmasını (qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasını) qadağan edən müddəalar məcəlləyə əlavə edilmişdir.

Bu kimi mütərəqqi dəyişikliklər Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də müəyyən edilmişdir. Qeyd olunan qanunvericilik aktlarına həmin qanunla edilən dəyişikliklər 1 iyul 2025-ci il tarixdən qüvvəyə minir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22-ci fəslində yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan cinayətlər yer alır. Bu qəbildən olan cinayətlər sırasında həmin Məcəllənin 176-1-ci maddəsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” mühüm aktuallıq daşıyır. 28 iyun 2024-cü il Azərbaycan Respublikasının Qanununa əsasən sözügedən maddəyə də müvafiq dəyişikliklər edilmişdir. Belə ki, maddənin adı “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” ilə əvəz edilmişdir. Əvvəl bu cinayət əməlindən zərərçəkən şəxs yalnız qadın cinsinə mənsub olan şəxs idisə, yeni dəyişiklik zərərçəkən şəxs qismində hər iki cinsə mənsub şəxslər əhatə edilir. Həmin maddənin 2-ci bəndində də dəyişiklik edilərək dispozisiyası “nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə” olaraq müəyyən edilmişdir. Bu dəyişiklik həm sosial-mənəvi, həm də hüquqi cəhətdən olduqca uğurlu hesab edilməlidir. Burada  “erkən evlilik” dedikdə yetkinlik yaşına çatmayan şəxslə nikah bağlamadan ailə qurmaq məqsədilə yaradılan ittifaq başa düşülür.

Həmçinin Cinayət Məcəlləsinin sözügedən fəslinə əlavə edilmiş yeni maddə ilə yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən şəxslərin bilavasitə cinayət məsuliyyəti müəyyən edilmişdir. Çünki son dövrlərdə “erkən nikah” probleminin aktuallığını artıran səbəblərdən biri də valideynlərin, qohumların, hətta bəzi cəmiyyət üzvlərinin bu məsələyə biganə, məsuliyyətsiz yanaşması və həmin şəxslərdə sağlam düşüncə tərzinin formalaşmaması olmuşdur. Cinayət Məcəlləsinin 176-2-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsi iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar” adlanan 21-ci fəslinin adı “İnsan və vətəndaşın hüquq və azadlıqları əleyhinə olan inzibati xətalar” olaraq dəyişdirilmişdir. Belə ki, burada təsbit olunmuş inzibati xətalar bilavasitə insan və vətəndaşın konstitusion hüquq və azadlıqlarına qəsd edir. Həmin fəslə yeni inzibati xəta tərkiblərinin əlavə edilməsi və ümumilikdə 28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu dövlətin insan hüquq və azadlıqlarının təmin olunmasında rolunun və sağlam ailənin, sağlam gələcəyin, sağlam vətəndaş cəmiyyətinin formalaşması və müdafiəsi naminə görülən tədbirlərin mütərəqqi göstəricisidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci fəslinə on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə adlı inzibati xətalar əlavə edilmişdir. Bu inzibati xətaların törədilməsinə görə tətbiq edilən alternativ inzibati tənbeh növlərinə inzibati cərimə və inzibati həbs daxildir.

Göründüyü kimi, dövlət ailənin müdafiəsi mexanizmini Konstitusiya və ailə qanunvericiliyində ətraflı təsbit etməklə ilk növbədə insan hüquq və azadlıqlarının təmin olunması, ailə institutunun düzgün formalaşması və ailədə sağlam mühitin yaradılması yolunu tutmuşdur. Çünki demokratik, hüquqi dövlət ailə hüquq münasibətlərini tənzimləyən konstitusion normaları bu cür müəyyən etməklə, ailənin möhkəm təməllərə söykənməsinin, onun qanunla müəyyən edilmiş qaydada qurulmasının və xitamının mexanizmini müəyyən etsə də, həmin normalarda heç bir halda insanların məcburi ailə qurmasını, ailə həyatına müdaxilə edilməsini nəzərdə tutmamış, mahiyyət etibarilə şəxsləri insan hüquq və azadlıqlarına zidd olan davranışlardan çəkindirmişdir.

Aytən Hacıyeva,
Goranboy rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu qidaları südlə birlikdə qəbul etməyin!

Next

Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı – Video

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv