Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənilərin Moskvadakı “boz kardinalı” gedir – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
29.04.2025 3 Min Read

Rusiyanın baş diplomatı Lavrovun yerinə üç namizəd var; onun gedişi Azərbaycanla münasibətlərə necə təsir edəcək?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səhhəti ilə əlaqədar öz postundan getməyə hazırlaşır. Rusiya mediası yazır ki, son vaxtlar onun səhhəti diplomatın iş əmsalını və mövqeyini xeyli zəiflədib, ona görə də Kreml 20 ildir nazir olan (2004) Lavrovun yerini tuta biləcək namizədləri nəzərdən keçirir.

Mənbələrin fikrincə, nazirin vəziyyəti o qədər pisləşib ki, bu, onun işinə mənfi təsir edir, tez-tez  əsəbiləşir və çox vaxt pis əhval-ruhiyyədə olur. Bu da Lavrovun tez-tez özündən çıxmasına və  diplomatik qalmaqala səbəb olur. O da bildirilir ki, artıq İsrailin ən yaxşı klinikalarının birində Lavrovun müalicəsi üçün plan hazırlanıb. Yada salaq ki, Lavrovun kürəkəni və qızı  İsrail vətəndaşıdır.

İddialara görə, ermənilərin Rusiya Xarici İşlər Nazirliyindəki “boz kardinalı” sayılan Lavrovu (Kələntərovu) Rusiya Birbaşa İnvestisiya Fondunun baş direktoru Kirill Dmitriyev, yaxud Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin əvəzləyə bilər.

Lavrovun öz postundan getməsi Azərbaycan üçün nə demək? Yoxsa bu postda kimin oturmasının Bakı üçün önəmi yoxdur?

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam - Yeni Çağ

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun milliyyətcə erməni mənşəli olduğu məlumdur. Onun sözlərinə görə, bunu Lavrovun özü də müsahibələrində çəkinmədən etiraf edib: “Əvvəla, mən onun mənşəyi haqda özünün şəxsi müsahibəsini oxumuşam. Lavrov xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra rus mətbuat orqanlarından birinə verdiyi müsahibədə atasının erməni olduğunu açıq formada etiraf etmiş və erməni olduğundan fəxr duyduğunu vurğulamışdı. Yəni o, öz mənşəyi haqda danışanda deyir ki, mən fəxr edirəm ki, mənim genetik mənşəyimin qollarından biri ermənilərə, digər qolu isə böyük rus xalqına çatır. Bununla demək istəyirəm ki, yəni Lavrov erməni mənşəli şəxs olduğunu gizlətmir, hətta bununla fəxr edir. Eyni zamanda ermənilər də həmişə öz mətbuatlarında Lavrovun öz adamları olduğunu yazmaqdan çəkinmirlər. Bütün bunlar da istər-istəməz onu erməni xalqına daha da yaxın olmağa sövq edir”.

Professor hesab edir ki, Lavrov 20 illik xarici işlər naziri fəaliyyətində Ermənistanı daha çox dəstəklədiyini dəfələrlə nümayiş etdirib: “Düzdür, burada Rusiya dövlətinin siyasi kursuna uyğun davranmaq tələbi, məcburiyyəti də öz təsirini göstərib. Lakin Lavrov nüfuzlu nazir və diplomat kimi Rusiya siyasətinə şübhəsiz ki, təsir göstərə bilir. Məlumatlara görə, Rusiya Xarici İşlər Nazirliyinin işçilərinin 20 faizi ermənidir. Bu, çox böyük rəqəmdir. Bu qədər erməninin adıçəkilən quruma yerləşməsində Sergey Lavrov faktoru sözsüz ki, əsas rol oynayıb. Lavrova qədər bu qədər erməni Rusiya Xarici İşlər Nazirliyində işləmirdi. Lavrov öz millətindən olanları doldurub Xarici İşlər Nazirliyinə. Şübhəsiz ki, həmin ermənilər də orada anti-Azərbaycan fəaliyyəti göstərirlər, daim Rusiyanın Azərbaycana, həmçinin Türkiyəyə münasibətinin soyuq olması üçün çalışırlar”.

Q.Hüseynlinin fikrincə, Lavrovun İkinci Qarabağ müharibəsinə qədər keçmiş Dağlıq Qarabağ münaqişəsi məsələsində bitərəf və ya obyektiv mövqe sərgilədiyinə dair bir dənə də olsun nümunə tapmaq mümkün deyil: “İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın qələbəsi və reallıqların dəyişməsi, Nikol Paşinyanın qərbyönümlü siyasətə üstünlük verməsi, Rusiyanın Ukrayna ilə müharibəyə başlaması Kremlin ənənəvi açıq-aşkar Ermənistanı müdafiə siyasətində müəyyən dəyişikliklərə səbəb oldu. Sergey Lavrovun Ermənistanı ənənəvi dəstəkləmək mövqeyini son illər açıq nümayiş etdirməkdən çəkinməsi də bununla əlaqədardır. Ancaq sözsüz ki, aysberqin görünməyən tərəfi də var. Ermənipərəst mövqe açıq nümayiş edilmirsə, o demək deyil ki, arxa tərəfdən, alt qatda ermənilərə dəstək verilmir”.

Politoloqun sözlərinə görə, Lavrovun xarici işlər naziri vəzifəsindən getməsi reallaşarsa və ermənilərə onun qədər yaxın olmayan diplomat bu vəzifəyə gələrsə, ermənilərə dəstək azala bilər: “Ancaq regional və dövlətlərarası münasibətlər məsələsində Kremlin mövqeyi necə olacaqsa yeni xarici işlər naziri də bu siyasətə uyğun xətti aparacaq”.

Arayış üçün bildirək ki, Lavrovun atası Tiflisdə doğulmuş ermənidir. Rus, ingilis, fransız və sinhala dillərini mükəmməl bilir. Sinhala dilini Şri Lankada öyrənib. 1972-ci ildə Moskva Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

1972-ci ildə SSRİ-nin Şri-Lanka səfirliyində işləməyə başlayıb. 1976-1981-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsində işləyib. 1981-1988-ci illərdə SSRİ-nin BMT yanında Daimi Nümayəndəliyinin 1-ci katibi vəzifəsində çalışıb.

1988-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.

1990-1992-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin qlobal problemlər və beynəlxalq təşkilatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, 1994-2004-cü illərdə Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. Nəhayət, 2004-cü ildə Rusiyanın xarici işlər naziri təyin edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vatikanda ələ salınan Ermənistan prezidenti – İrəvanın gözləntisi

Next

Teymur Musayev Şanxay Əməkdaşlıq Təşkilatı səhiyyə nazirlərinin VIII iclasında çıxış edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv