Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Karl Marks, Şeyx və Azərbaycana təhlükə…

By Vüsal Rafiqoğlu
04.05.2025 4 Min Read

“Görünən gerçək olsaydı, elmə gərək qalmazdı”

 (Marks)

Son aylar marksizm nəzəriyyəsi haqda danışmaq sanki dəbə düşüb. Onlardan ikisi daha yaddaqalan olub. Amerikalı milyarder Corc Sorosun oğlu Aleks dədəsinin təxminən 60 milyon civarında dollarını “dempartiya”nın uğursuz namizədi Kamala Harrisin seçkisində batırdıqdan sonra gözlənilmədən Karl Marksı yada salmışdı. O, tanınmış nəşrlərdən birinə  Marksın “dünyada tarixi hadisələrin iki dəfə-birinci dəfə faciə, ikinci dəfə fars kimi təkrarlanır” aforizmini Trampa aid etmişdi. 

Soros və onun kimilərin quyruq acıları bəllidir,  Trampa “yüklənmək” burada sadəcə, bir epizoddur, çünki onlar əslində bolşevik və burju inqilablarını rəngini “narıncıya” dəyişən meomarksistlərdir. Marksizmin iqtisadi doktrinası zatən çürük idi, ona görə fıs çıxdı, amma Soros kimilərinin əllərində cəmlənən kapital onlara uzun illər istənilən ölkənin daxilinə sızmağa, orada möhkəmlənməyə və oyuncaq hakimiyyətlər qurmağa, eləcə də “mənəvi(əslində mənəviyyatsız) prisiplərini” yeritməyə imkan verdi. 

Keçmiş SSRİ sakinləri kimi bizə vəd edilən sosializm qurulmadı, kapitalist ölkələrdə də Marksın proqnozlaşdırdığı “proletar inqilabları” da arzu olaraq qaldı, əvəzində sovet imperiyası çökdü.  İndi ümumi rəy belədir ki, klassik marksizm “rəhmətə gedib”, onun yerinə isə son illər dünyanın ən sivil ölkələrində belə təhlükə kimi ortaya çıxan sol(liberal) ideologiya, ifrat-millətçilik yayılır, həm də çox sürətlə. Şübhə yoxdur ki, bu ideologiyalar da marksizim-leninizmin bəzi dağıdıcı nəzəriyyələri kimi çox zərərlidir.

Hamı məəttəl qalıb ki, axı, Tramp niyə hakimiyyətə ikinci qayıdışından sonra Amerikanın tanınmış universitetləri ilə mübarizəyə girişib, malliyyələrini kəsir, nəzarəti gücləndir və sair. Səbəb sadədir: çünki Harvard da daxil Amerika universitetləri son onilliklərdə təkcə solçuların deyil, “göyqurşağı bayrağı” altında birləşənlərin də qalalarına çevrilib, hətta təhlillərə görə, məhz təhsildə çox dərin kök salıb.  Yeri gəlmişkən, “Gülən məktəbləri”, yəni FETÖ-nun dövlətin içinə sızma, təbliğat metodları bu baxımdan unikal hesab oluna bilər, şübhəsiz ki, bu təşkilatlanmada onları ideoloji liderləri marksist-leninçi nəzəriyyələrdən də “qidalanmışdılar”.   

Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də ötən həftə çıxışlarının birində “filosof və iqtisadçı” kimi tanıtdığı Karl Marksın kitablarını oxumağa çağırış etdi. Krill özü oxumuş dini liderdir, Rusiya “dərin dövlət”inə bağlılığı var,  nə dediyinə həmişə diqqət edən adamdır. Rusiya provoslavların dini lideri hesab edir ki, Marksı əvvəla, müasir dövrün çağırışlarını daha yaxşı başa düşmək üçün oxumaq lazımdır. Kirilin ikinci izahata daha maraqlıdır. Onun sözlərinə görə, Marksın nəzəriyyələrini oxumaq “düşməni gözdən tanımaq üçün lazımdır”. Burada patriarxın nə demək istədiyi haqda işarələr çoxdur. Amma biri haqda daha net danışmaq olar: Qərb dünyasının ailə dəyərlərinə uzatdığı “əl”. Rusiyanı dəyərlərdən dağıtmaq planı haqda təkcə dini liderləri deyil, prezident Putin də bir neçə dəfə açıq danışıb. Onların dediyinə görə, lideral dəyərlər adı altında Rusiyada xüsusilə ailə insitutunu dağıtmaq üçün çoxsaylı cəhdlər olub. Buna görə də Rusiya Konstitusiyasında tələsik ailə anlayışını qanuniləşdirildi: “Ailə kişi və qadının birgə nikahıdır”. Bu kimi zərərli xarici təhlükələrlə mübarizədə provoslav kilsəsinin rəhbəri daima dövlətə ciddi dəstək verir.

Şeyxin(Allahşükür Paşazadə) xətrinə dəyməsin, “liberal dəyərlərin” Azərbaycana ayaq açmasına qarşı mübarizədə nə özü, nə təmsil etdiyi QMİ-nin ardıcıl mövqe sərgiləməsi, yəni dövlətə xüsusi dəstəyi nəzərə çarpmır. Sovet hökuməti yanlış olaraq marksiz-leniniçi nəzəriyyələri  ateizmin təbliğində istifadə edirdi, ola bilsin, bu səbəbdən Şeyx o zərərli kitabları zamanında oxumayıb. Amma Krillin dediyi kimi, indi elə zaman yetişib ki, düşməni həm də gözdən(yəni pisliyini etməməmişdən öncə) tanımaq lazımdır.

Amma şükür ki, Azərbaycanda “düşməni gözdən tanıyan”  lider var. Prezident İlham Əliyev hələ yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində hakimiyyətə qayıdan Trampın ölkəsində üzləşə biləcəyi “liberal təhlükələr” haqda danışmışdı. Həmin çıxışında Prezident “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri – bunları təbliğ edir” demişdi. Prezident  bundan əvvəl Rusiya televiziyasına müsahibəsində də demişdi ki, ənənəvi dəyərlərə münasibətdə Azərbaycan Trampla “bir qayıqdadılar”.

Təsadüfi deyil ki, Prezident Əliyev çıxışlarının birində xarici təhlükələr haqda danışarkən xalq üçün “əlverişsiz” olsada, sərhədlərin bağlı olmasını “milli təhlükəsizliklə” izah edib: “Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır.”

Görünür ki, hazırkı dünya reallığında təhlükələrdən sığortalanmaq üçün Marksı oxumaq yetərli deyil…

Nazim SABİROĞLU,
Musavat.com

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşübFOTOYENİLƏNDİ

Next

Qiyməti 30 qəpiyə düşdü: Damarları açır, şəkəri tənzimləyir, mikrobları qırır

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv