Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiyanın qeyri-dost addımının arxasında HANSI SƏBƏBLƏR DAYANIR? – ŞƏRH

By Vüsal Rafiqoğlu
06.05.2025 4 Min Read

Çox təəssüf ki, Rusiya tərəfi dost və strateji tərəfdaş kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, hələ də qaranlıq oyunlarını davam etdirir…

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məslisinin deputatı Azər Badamovun Moskvada hava limanında saxlanılaraq Həştərxana rəsmi səfərə buraxılmaması ilə bağlı Rusiya Federasiyasının aidiyyətı qurumları tərəfindən hələ də izahat verilməməsi təəccüb, ciddi sual və dərin təəssüf doğurur.

Əvvəlcə məsələyə aydınlıq gətirək. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 2025-ci ilin 4 may tarixində Rusiya Federasiyasının Həştərxan vilayətində keçiriləcək tədbirdə iştirak etmək məqsədilə nümayəndə heyətinin tərkibində Rusiyaya səfər edib. Ancaq Moskvada hava limanında ona Həştərxan reysinə minməyə icazə verilməyib və ölkəyə girişinə qadağa qoyulub. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Təccüblü olduğu qədər müəmmalı olan isə odur ki, Milli Məclisin deputatına məsələ ilə bağlı əvvəlcədən xəbər verilməyib.

Bu yerdə belə sual ortaya çıxır: Görəsən, Milli Məclisin üzvü, həm də Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamova qarşı bu cür qeyri-etik davranışın səbəbi nədir? Rusiya tərəfi əsl səbəbi göstərməsə də bəzi məsələlər artıq bizə aydındır. Məlum olduğu kimi, Azər Badamov bu ilin fevral ayında Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Nikolay Valuyevin Azərbaycan xalqını və dövlətimizi təhqir edən açıqlamalarına ciddi münasibət bildirmişdi. Ancaq A.Badamov N.Valuyevdən fərqli olaraq o zaman qeyri- etik ifadələrə yol verməmiş, ən əsası isə Rusiya Federasiyasını hədəf almamışdı. Həmin vaxt Milli Məslisin deputatı yazırdı: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Yeri gəlmişkən, Azər Badamovun bu fikirləri o zaman çox haqlı olaaraq ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılanmışdı.

İş orasındadır ki, həmin vaxt Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Nikolay Valuyevin ölkəmizə girişinə qadağa qoymuşdu.  Ancaq Rusiya Xarici İşlər Nazirliyi Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulması barədə heç zaman açıqlama verməyib. Digər bir məsələ isə bundan ibarətdir ki, A.Badamov bir neçə gün bundan əvvəl Rusiya Federasıyasının Dağıstan Respublikasına səfər etmiş və heç bir çətinliklə üzləşməmişdi. Görəsən,  birdən-birə nə baş verdi ki, Azərbaycan parlamentinin üzvü, həm də Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyuldu?

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələ ilə bağlı yerli mətbuatın  sualların cavablandırarkən bildirib ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru – Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub: “Nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb”.

A.Hacızadə, həmçinin qeyd edib ki, məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib: “Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik”.

Təbii ki, bütün bunlar eləcə də şimal qonşumuzdan gələn iyrənc sovet təbliğatı, ucuz şoular, həqarət və təhqirlər heç cür qəbul oluna bilməz. Açıq demək lazımdır ki, bir müddət əvvəl Rusiya ərazisində AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı kifayət qədər aydın mövqenin ortaya qoyulmaması, “Rus evi”nin Bakıda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı görülən tədbirlərdən sonra Azərbaycana qarşı kiberhücumlar edilməsi, eləcə də “Komsomolskaya pravda” kimi yandaş media vasitələrində ölkəmizə qarşı sifarişli, qərəzli məqalələr dərc edilməsi, məlum dairələrdə bəzi qərarların diskriminasiya və rasizmə əsaslanaraq qəbul edilməsi, bu ölkədə yaşayan azərbaycanlıları və Mərkəzi Asiyadan gələnləri “şobla-vobla” adlandıran N.Valuyev kimi şovinist rasistlərə “gözün üstə qaşın var” deyilməməsi  bir daha göstərir ki, Rusiyadakı bəzi qüvvələr iki ölkə rasındakı dostluq və strateji müttəfiqlik üzərində qurulan münasibətləri gərginləşdirmək üçün ən çirkin vasitələrə əl atırlar. Açıq deyək ki, həmin dairələr ilə işbirliyində olan bəzi simasızların, media orqanlarının dövlətimizin, xalqımızın ünvanına təhqir və həqarətlər yağdırması rəsmi Moskvaya heç də başucalığı gətirmir.

Bir məsələni də xüsusi ilə diqqətə çatdırmaq istərdik ki, hətta AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan sonra belə Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqir, hədə, səslənməmişdi. Sadəcə olaraq, o zaman insanlar çox haqlı şəkildə nə baş verdiyini sual edirdilər. Azərbaycan Prezidenti də mediaya müsahibə verərək bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyini diqqətə çatdırmışdı. Bu günlərdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbulu zamanı pravoslav icmasına Azərbaycanda göstərilən qayğıdan bəhs etməsi Kremldəki bəzi təxribatçı dairələrə tərs şillə effekti verdi.

Nəhayət, çox təəssüf ki, Rusiya tərəfi dost və qonşu dövlət kimi davranmaq, suallara cavab vermək, məsələni obyektiv araşdırmaq və üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, hələ də qaranlıq oyunlarını davam etdirir…

Zahid Rza, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu halda aliment ləğv olunur – AÇIQLAMA

Next

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkənin ixrac coğrafiyasını genişləndirəcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv