Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Amnesty İnternational” Azərbaycandan əl çəkmir

By Vüsal Rafiqoğlu
07.05.2025 3 Min Read

Bədnam təşkilatın hesabatında absurd ittihamlar yer alıb – hüquq müdafiəçisindən reaksiya

Azərbaycan “Amnesty İnternational”ın 2025-ci il hesabatında insan hüquqlarının pozulmasına görə tənqid olunub. “Hakimiyyətin qadağaları ölkədə insan hüquqlarına hörməti azaldıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar qanuni fəaliyyətlərinə görə həbs olunublar. İşgəncə və digər pis rəftar halları geniş yayılıb”, – hesabatda deyilir.

Hesabatda iddia olunub ki, Qarabağ münaqişəsi ilə bağlı “baş vermiş qanun pozuntularına görə kimsə məsuliyyətə cəlb edilməyib”. Söhbət hansı qanun pozuntularından gedir, bəlli deyil. Hesabata görə, “LGBT fərdləri ədalətli yanaşmadan məhrum edilib”.

Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva hesabatı həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli sayıb. Səbinə Əliyeva təşkilatın rəhbərinə etiraz məktubu yazaraq bildirib ki, hesabatda Ermənistandan qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsi yer almayıb.

O bildirib ki, hesabatda azərbaycanlıların üzləşdiyi mina təhlükəsi və Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı da məlumat verilməyib. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı ünvanına səslənən ittihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.

“Amnesty İnternational” indiyə qədər Azərbaycan haqda pozitiv bir detalı qeyd etməyib. Təkcə bu qeyri-hökumət təşkilatı deyil, “Human Rights Watch” və digərləri də eyni qərəzli hesabatlarla çıxış edir. Xüsusən də Qarabağ məsələsi və LGBT mövzusunda tamamilə absurd ittihamlar səsləndirilir. Maraqlıdır ki, Azərbaycan bu təşkilatların hesabatlarına etiraz etsə də, yanaşma dəyişmir. Qərb ölkələri uzun illər ölkələrin daxili işlərinə müdaxilə, öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradaraq dövriyyəyə buraxıblar. Bu bədnam siyahıya USAİD, NED, “Soros” Fondu ilə yanaşı, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Transparency İnternational” və s. daxildir.

Adları yuxarıda qeyd olunan təşkilatlar sırasında “Amnesty İnternational” Azərbaycanla bağlı xüsusi qərəzi və ikili yanaşması ilə seçilib. Erməni lobbisinin təsiri altında olan təşkilat işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü çıxan erməniəsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb.

Bəlkə bu təşkilatlarla əməkdaşlıq əlaqələri düzgün qurulmayıb? Niyə hesabat hazırlayarkən, Azərbaycan sənədlərlə tanış olmağı tələb etmir?

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu təşkilatlar artıq qərəzli hesabatlarla çıxış etməyi ənənəyə çevirib. Bunu bir təzyiq aləti kimi qiymətləndirən hüquq müdafiəçisi qeyd etdi ki, dəfələrlə etiraz məktubu yollanıb, amma yenə də böhtan atmaqdan əl çəkmirlər. Onun fikrincə, Azərbaycanda işgəncə hallarının geniş yayılması haqda ittihamlar əsassızdır və sözügedən təşkilat hər hansı fakta istinad etməyib: “Biz insan haqlarının vəziyyətinin ideal olduğunu iddia edə bilmərik. Sözsüz ki, qanun pozuntuları, həbs-qətimkan tədbirinin seçilməsi və s. hallarla bağlı şikayətlər olur. Ancaq bu müraciətlər araşdırılır, istintaq altında olan şəxslə görüş keçirilir, onların saxlanma şəraitindən məmnunluğu öyrənilir. Yəni bu təşkilatın yaydığı hesabatlar sübut-dəlilsiz, başdan-ayağa yalan, böhtan üzərində qurulub. Əgər obyektivlik olsaydı, rəsmi qurumların mövqeyinə də hesabatda yer verilərdi”.

Ç.Qənizadə xatırlatdı ki, “Amnesty İnternational” 2023-cü ilin sentyabrında Qarabağda silahlı separatçılara qarşı həyata keçirilən hərbi əməliyyata qarşı da çıxıb: “Biz bu faktı da unutmuruq. Belə təşkilatdan bundan sonra da obyektiv hesabat gözləməyə dəyməz. Bir neçə ay sonra yenə Azərbaycanı ittiham edəcəklər. Çünki vərdişə çevrilib və ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları görməzdən gəlirlər. Bu məsələdə bəzi anti-Azərbaycan dairələrin də rolu danılmazdır. Onlar hesabatların hazırlanmasında adıçəkilən təşkilata dəstək verirlər”.

Hüquq müdafiəçisi əlavə etdi ki, Azərbaycanı LGBT və Qarabağla bağlı günahlandırmaq isə biabırçılıqdır, açıq şəkildə qara yaxmaq cəhdidir. Ç.Qənizadə dedi ki, bu bədnam təşkilatın anti-Azərbaycan fəaliyyəti COP29-da da özünü büruzə verib.

Xatırladaq ki, Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bu təşkilatların fəaliyyətinə toxunmuşdu.

Sitat: “Xoş xəbərdir ki, “AzadlıqRadiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” – onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putindən miqrantlarla bağlı yeni qərar – azərbaycanlılar…

Next

Ülviyyə Əli SAXLANILDI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv