Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Əliyevlə Paşinyanı o görüşdürəcək? – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
08.05.2025 3 Min Read

İran vasitəçilik etmək istəyinə düşüb; Bakıdan təşəkkür, lakin…

“İran Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyir”. Bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə açıqlama verib. Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində vasitəçi rolunu öz üzərinə götürə bilər. “Düşünürəm ki, bu məsələ iki ölkə arasında gündəlik təmaslarda da öz əksini tapacaq”, – Xətibzadə əlavə edib.

Lakin Bakı İrəvanla ikitərəfli danışıqlara üstünlük verir. Hazırda vasitəçiyə ehtiyac yoxdur. İranın isə moderator kimi obyektivliyi şübhə doğurur. Bəli, prezident Pezeşkian səmimi ola bilər və sülhün tərəfdarıdır, lakin İrandakı mövcud siyasi sistemin Azərbaycana baxışında fundamental dəyişiklik olmayıb.

Üstəgəl, nə Tehran, nə Moskva, nə Brüssel, nə də Vaşinqtonun vasitəçiliyinə ehtiyac yoxdur. Bizim işimizə müdaxilə etməsinlər, yetərlidir. Hər halda, İrandan belə bir təşəbbüs səslənir.

Azərbaycan Pezeşkianın vasitəçiliyinə necə baxır? İranın vasitəçiliyi mümkün ola bilərmi?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərindən sonra Tehran Cənubi Qafqazda öz siyasi, diplomatik mövqeyini möhkəmləndirmək niyyətindədir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması tərəflər arasında görüşlərin keçirilməsi, etimadın formalaşması yönündə moderator funksiyalarını üzərinə götürmək istəyir: “Lakin burada hesab edirəm ki, heç bir vasitəçiliyə ehtiyac yoxdur. Bu gün Bakı və İrəvan arasında birbaşa dialoq mövcuddur, uğurla həyata keçirilir. Bir sıra çətinliklər olsa da Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyü, təhlükəsizliyin inkişafı haqqında qəti mövqe var. Əvvəlki dövrlərdə Avropa İttifaqı ilə Rusiya və ABŞ arasında vasitəçilik uğrunda mübarizəni görürdüksə, bu gün buna ehtiyac yoxdur. Bakı və İrəvan da yaxşı anlayır ki, hər bir vasitəçi öz maraqları kontekstində masa arxasına əyləşir və öz maraqlarını güdür. Bizim ATƏT-in Minsk Qrupunun vasitəçiliyi kimi acı təcrübəmiz də var. O dövrdə Fransa, Rusiya və ABŞ öz maraqları müstəvisində Ermənistan-Azərbaycan münaqişəsinin guya həllinə çalışırdılar. Bu gün isə yeni geopolitik reallıqlarda şərtlər, məqsədlər, üsul və vasitələr dəyişib”.

Ekspert vurğuladı ki, hazırda biz Bakı və İrəvan arasında birbaşa dialoq vasitəsilə müəyyən uğurlu nəticələrin əldə edildiyini qeyd edə bilərik: “Qazağın 4 kəndinin Azərbaycana qaytarılması, COP29 tədbirinin keçirilməsi ilə bağlı razılaşmaların nəticələri, sərhəddə baş nazirlərin müavinləri səviyyəsində məhsuldar görüşlər, sərhədlərin delimitiasiyası ilə bağlı əsasnamənin razılaşdırılması və qəbuli, sülh sazişi mətninin demək olar razılaşdırılması kimi nəticələr mövcuddur. Bu cür diplomatik treki kənardan müdaxilə edib məhv etmək doğru olmaz. İrana əlbəttə ki, vasitəçilik təşəbbüsünü irəli sürdüyünə görə təşəkkür edə bilərik. Lakin birbaşa dialoq dediyimiz kimi daha effektlidir. Bütün geopolitik mərkəzlər yaxşı olar ki, birbaşa dialoqa dəstək versinlər”.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, prezident Pezeşkianın Bakıya səfəri zamanı vasitəçilik təklifini irəli sürdüyü istisna deyil: “İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb. Tehranın vasitəçilik istəyinin iki hədəfi var:

Birincisi, Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

İkincisi, İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması – qəbul etdirmək.

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür. Əvvəla, ona görə ki, Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır. İkincisi, regionun gələcəyi, o cümlədən sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir. Üçüncüsü, hazırda İran Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması dəyişməyib. Dördüncüsü, İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir”.

Ekspertin sözlərinə görə, Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın edam etdirəcəyi azərbaycanlı – Tehran o qərarı yubatdıqca…

Next

Nazirlərin “şişən” müşavirləri – israfçılığı durdurmağın yolu

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv