Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

ATƏT PA Azərbaycana yaxınlaşmağa məcburdur

By Vüsal Rafiqoğlu
08.05.2025 3 Min Read

Bununla yenə də bir sifəti olmadığını göstərir

Azərbaycana xoş münasibətdə olmayan bəzi beynəlxalq  təşkilatların səhvə yol verdikləri göz qabağındadır. Onlar daim öz kürsülərində ölkəmizə  şər-böhtan yağdıranlara yer veriblər, təcavüzkara “dur” deməyiblər, heç pisləməyiblər də. İndiyədək belə “nümunələrin” şahidi çox olmuşuq.  Nəhayət, haqq-ədalət öz yerini tutub, otuz il işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun gücü ilə azad edilib. Lakin Azərbaycan səhvini başa düşənləri bağışlayıb, onlara əməkdaşlıq da təklif edib. Çünki hər şeyə rəğmən zaman hər kəsi və hər şeyi öz yerinə qoyur…

Xəbər verildiyi kimi, Monteneqronun Budva şəhərində ATƏT Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupu və Monteneqro Parlamenti tərəfindən birgə təşkil olunan 5-ci Beynəlxalq Konfrans keçirilib.

Açılış mərasimində çıxış edən Monteneqro Parlamentinin Prezidenti Andrija Mandić İpək Yolu Qrupunun fəaliyyətini yüksək qiymətləndirərək, bu platformanın qədim İpək Yolu ənənələrini yaşatmaqla qitələrarası əməkdaşlığı gücləndirdiyini və ölkəsinin bu əhəmiyyətli tədbirə ev sahibliyi etməsini böyük etimad olduğunu bildirib.

ATƏT PA-nın İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin və İpək Yolu Qrupunun sədri Azay Quliyev çıxışında bildirib ki, 2017-ci ildə təsis olunan Qrup bu gün 27 ölkəni özündə birləşdirir və Assambleyanın ən dinamik və əhatəli platformalarından birinə çevrilib.

O, Qrupun “Şərq və Qərb, ənənə və yenilik, tarix və gələcək arasında körpü” rolunu ön plana çəkib.

ATƏT PA-nın vitse-prezidentləri Kriakos Haciyani və Pere Pons, Baş katib Roberto Montella, ATƏT-in Koordinatoru Bakıt Jusupov, QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev və digər çıxış edənlər İpək Yolu Qrupunun və Budvada keçirilən konfransın ATƏT regionu üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüslərin çağdaş problemlərin həllinə ciddi töhfə verdiyini qeyd ediblər.

“Dayanıqlı Turizm: İnkişaf və Ekologiya Arasında Tarazlıq”, “Təmiz Enerji Dəhlizləri: Davamlı Gələcəyin Enerji Mənbəyi” və “İpək Yolu Regionunda Əlaqəlilik: Çağırışlar və İmkanlar” mövzusunda müzakirələr keçirilib.

ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən Budva Bəyannaməsi qəbul edilib. Bəyannamədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipi təsdiqlənib.

ATƏT PA-nın İpək Yolu Qrupu tərəfindən COP29-un Sədrliyini həyata keçirən Azərbaycanın təşəbbüsü ilə qlobal iqlim gündəliyinə daxil edilən dayanıqlı turizm, təmiz enerji dəhlizləri və ekoloji zonalar arasında əlaqənin gücləndirilməsi təşəbbüslərinə dəstək ifadə olunub.
Bəyannamədə bərabərlik, həmrəylik və qarşılıqlı hörmət ruhunda qarşılıqlı anlayışın möhkəmləndirilməsi, ortaq maraqlar və praktik əməkdaşlığın inkişafı məqsədilə parlament diplomatiyasına sadiqlik vurğulanır. Eyni zamanda, iqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və geosiyasi gərginliklərin doğurduğu çağırışlar fonunda parlamentlərin koordinasiyalı və prinsipial reaksiyasının vacibliyi qeyd olunub.

Bəyannamə, həmçinin İpək Yolu regionunun qitələrarası körpü rolunu vurğulayaraq, bu baxışın parlament dialoqu və ümumi iqtisadi inkişaf məqsədlərinə uyğun layihələrlə dəstəklənməsinin vacibliyini qeyd edir.

İştirakçılar ATƏT PA-nın İpək Yolu Qrupunun inklüziv və gələcəyə yönəlmiş müzakirə platforması kimi rolunun gücləndirilməsinə sadiqliyini bir daha ifadə ediblər.

Tədbirin sonunda nümayəndələrin iştirakı ilə “Hər ölkəyə bir ağac əkək” adlı ekoloji layihə çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Azərbaycanın və digər üzv ölkələrin adına ağac əkilib.

Bizim üçün maraqlı odur ki, Azərbaycana qarşı bədxah mövqe tutmuş bəzi beynəlxaq təşkilatlar  nəhayət, ciddi səhvə yol verdiklərini anlayıblar. Böyük İpək Yolu layihəsinin reallaşmasında Azərbaycansız  keçinə bilmədiklərini hiss ediblər. Bu isə beynəlxalq nizamda ölkəmizin öz yeri olduğunu sübut edir. Reallıq onlara diktə edir ki, Azərbaycan müdafiə etdikləri və dünyadan təcrid edilmiş Ermənistan kimi zəif və dalana dirənmiş  ölkə deyil. Bu bədbəxt ölkənin dalana dirənməsinin ən böyük səbəbi Azərbaycan ərazilərini işğal planlarından əl çəkməməsi, normal qonşuluq əlaqələrindən uzaq durmasıdır.

Azərbaycan bir çox iri beynəlxalq layihələrin müəllifi və iştirakçısıdır. Onunla tərəfdaşlıq edənlər  həmişə qazanıblar. Hazırda Çindən başlayaraq Avropaya qədər uzanacaq nəqliyyat layihəsində iştirak edir. Çox keçməyəcək ki, bu layihə də reallaşacaq, ölkəmizə valyuta axını onun imkanlarını və iqtisadi qüdrətini xeyli yüksəldəcəkdir. Səhvini anlayıb əməkdaşlıq etməyə hazır olanlar üçün Azərbaycanın “tövbə” qapısı daim açıqdır…Buyursunlar!

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəfərin simvoluna çevrilən şəhər – Şuşa

Next

Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv