Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bu, çıxış yolu deyil

By Vüsal Rafiqoğlu
08.05.2025 3 Min Read

Xəzər dənizi dünyanın ən böyük gölüdür. Xəzər həm də dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir. Qapalı su hövzəsi olması onun səviyyəsində periodik dəyişikliyə səbəb olur. Hazırda Xəzər dənizinin ən böyük problemi su səviyyəsinin kəskin enməsidir. Qeyd edək ki, 1996-cı ildən Xəzər dənizinin səviyyəsi enməkdədir. Bu proses nəticəsində dəniz sahildən xeyli uzaqlaşıb (bəzi ərazilərdə 100, 200, 500 və 1000 metrə qədər). Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən mənfi 29.25 metr mütləq hündürlükdədir.

Bu günlərdə azərbaycanlı iş adamı Musa Süleymanov bu məsələnin həlli ilə əlaqədar Xəzəryanı dövlətlərin rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Xəzər dənizinin su səviyyəsinin azalması artıq geri dönməz bir prosesə çevrilməkdədir və bu vəziyyət sahilyanı dövlətlərin iqtisadiyyatı, ekosistemi və təhlükəsizliyi üçün ciddi risklər yaradır: “Problemin vacibliyini nəzərə alaraq, biz dənizin su balansının sabitləşdirilməsi məqsədilə konseptual təşəbbüsümüzü təqdim edirik: Qara dəniz (Gürcüstan və ya Rusiya sahili) ilə Xəzər dənizini birləşdirən böyük diametrli (10 metr) yeraltı tunelin tikilməsi.  Qara dəniz səviyyəsinin Xəzərdən yüksək olmasından istifadə edilərək, suyun təbii qravitasiya üsulu ilə Xəzərə axıdılması (nasossuz)”.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bu məsələ ilə əlaqədar “İki sahil”ə bildirdi ki,  bu, olduqca cəfəng bir təklifdir: “Bəri başdan deyim ki, Xəzər dənizinin səviyyəsini nizamlamaq üçün Qara dənizin suyunun Xəzər dənizinə axıdılması böyük ekoloji katastrofik (fəlakətli) hadisələrə gətirib çıxara bilər. Əvvəla Xəzər dənizinin suyunun duzluluğu Qara dənizin suyundan çox fərqlidir.  Belə ki, Xəzərin  bir litr suyunda 12 qram duz var. Amma Qara dənizin suyunda isə bu göstərici 2 dəfədən çoxdur. Belə olan halda, Qara dənizin Xəzərə tökülməsi Xəzərin florasını, faunasını tamamilə məhv edə bilər”.

Əmir Əliyev, həmçinin vurğuladı ki, zaman-zaman bu kimi təkliflərin heç biri özünü doğrultmayıb: “1930-cu ildən 1977-ci illərə qədər Xəzərin səviyyəsi 3,20 metr düşmüşdü. O zaman şimal çaylarının suyunu Xəzərə axıtmaqla bu problemi həll etmək istəyirdilər.  Amma hesablamalar göstərdi ki, bu katastrofik ekoloji hadisələrlə nəticələnə bilər. Digər layihələr də vardı: onlardan biri Xəzərin dayaz şimal hissəsində dambalar (bənd) tikməklə bu ərazini dənizdən ayırmaq idi. Digər layihə isə Xəzərdən Qara- Boğaz- Qol körfəzinə daxil olan suların qarşısının alınması ilə bağlı idi. Yalnız bu, yerinə yetirildi. Yəni 1980-1984-cü illərdə (cəmi 5 il) Xəzərin suyunun körfəzə tökülməsinin qarşısı alındı. Lakin o zaman dənizin səviyyəsi kəskin qalxdığından həmin o hidrotexniki qurğunu sökdülər”.

Ə. Əliyevin fikrincə, Xəzərin səviyyəsini tənzimləmək mümkün deyil, bu təbii prosesdir, dənizin hövzəsində və Şimali Atlantikada baş verən böyük miqyaslı atmosfer prosesləri (tsiklonlar və antitsiklonlar) ilə əlaqədardır: “Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişib. Mənim fikrimcə, Xəzərin səviyyəsinin düşməsinə və qalxmasına adaptasiya olmaq (uyğunlaşmaq) lazımdır. Ona müdaxilə etmək mümkün deyil. Xəzərin səviyyəsi həmişə qalxıb-enib, gələcəkdə də bu proses davam edəcək. Son illər gedən proses göstərir ki, hazırda dənizin səviyyəsi enmə mərhələsindədir. Proqnozlara görə, 2050-ci illərə qədər dənizin səviyyəsi enməkdə davam edəcəkdir. Yəni daha 1-2 metr enməsi gözlənilir. Ondan sonra isə yenidən qalxacaq. Bunun isə təbii proses olduğunu qəbul etmək lazımdır. Məsələn, 1996-cı ildə Dərbənddəki Narınqalanın bir hissəsi su altında idi. İndi isə Xəzərdən xeyli aralanıb. Bu, o deməkdir ki, orta əsrlərdə Xəzərin səviyyəsi xeyli aşağı idi. Amma Bakıda Qız qalası əksinə, şəhərin mərkəzində ucalır. Baxmayaraq ki, iki əsr əvvəl dəniz tərəfindən yuyulurdu. Yaxud vaxtilə Xəzərin sahilində Bakı buxtasında Səbayil şəhəri olub. İndi onun qalıqları görünməyə başlayıb. O vaxt (XIII əsr) o tikiləndə Xəzərin səviyyəsi bundan 3 metrdən çox aşağı olub”.

Ə. Əliyev fikrini bu sözlərlə tamamladı: “Bütün bu söylədiklərim də sübut edir ki, həmin təklif olduqca absurddur, yəni çıxış yolu deyil”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan-Vyetnam münasibətlərində yeni səhifə

Next

Arzu Əliyeva uşaq sığınacağını ziyarət etdi – Fotolar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv