Hadisə Kəlbəcərədə avtomobil çaya aşdı, sürücü xəsarət aldı By Vüsal Rafiqoğlu 08.05.2025 1 Min Read Kəlbəcərədə minik maşını çaya aşıb. Hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. “Niva ” markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü E. Nadirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.//APA