Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Strateji tərəfdaşlığın yeni istiqamətləri

By Vüsal Rafiqoğlu
09.05.2025 3 Min Read

Mayın 7-də Azərbaycan və Vyetnam arasında münasibətlər yeni strateji mərhələyə qədəm qoydu. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana rəsmi səfəri ortaq tarixi köklərə, dərin qarşılıqlı hörmətə və üst-üstə düşən milli maraqlara söykənən münasibətlərin strateji dərinliyə və tükənməz potensiala malik olduğunun parlaq və əyani təsdiqi kimi tarixə yazıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” və müxtəlif sahələri əhatə edən digər çoxsaylı fundamental sənədlər tərəfdaşlığın konkret hədəflərini və prioritet istiqamətlərini, qarşılıqlı faydalı əməkdaşlığın geniş üfüqlərini müəyyənləşdirdi.

Qeyd edilməlidir ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. Həmçinin 1983-cü ildə  o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnamda səfərdə olub. Bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.

Sonradan Azərbaycan mütəxəssisləri, neftçiləri və alimləri Vyetnamın milli neft sənayesinin yaradılmasında, neft yataqlarının kəşfiyyatında, istismarında və yüksəkixtisaslı milli kadrların hazırlanmasında əvəzsiz və fədakar rol oynadılar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra 23 sentyabr 1992-ci ildə Azərbaycan ilə Vyetnam arasında rəsmi diplomatik əlaqələr qurulmuş və münasibətlər keyfiyyətcə fərqli dinamika ilə inkişaf etməyə başlamışdır. Bu inkişafda yüksək səviyyəli qarşılıqlı səfərlər müstəsna rol oynamışdır. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ilin may ayında Vyetnam Sosialist Respublikasına ilk rəsmi dövlət səfəri və bunun ardınca Vyetnam Sosialist Respublikasının ozamankı Prezidenti Çıonq Tan Şanqın 2015-ci ilin may ayında Azərbaycana tarixi rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm səhifə açmış, siyasi, iqtisadi-ticari, enerji, mədəni-humanitar və digər bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişlənməsinə və dərinləşməsinə güclü təkan vermişdir. Bu strateji əhəmiyyətli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, əldə olunan mühüm razılaşmalar və aparılan səmimi, konstruktiv danışıqlar iki ölkə arasında münasibətlərin ümumi ruhunu və keyfiyyətini əsaslı şəkildə dəyişərək gələcək uzunmüddətli inkişaf üçün möhkəm və etibarlı hüquqi və siyasi zəmin yaratmışdır. Prezident İlham Əliyev 2014-cü ildə Hanoy şəhərində olarkən Azərbaycanın müxtəlif ali məktəblərinin çoxsaylı vyetnamlı məzunları ilə səmimi və unudulmaz görüş keçirmiş, onların Azərbaycanda keçirdikləri tələbəlik illəri ilə bağlı xoş xatirələrini, səmimi fikirlərini və təkliflərini böyük diqqətlə dinləmişdir. Məhz bu görüşün məntiqi nəticəsi olaraq, 2015-ci ildə Hanoyda Azərbaycan ali təhsil ocaqlarının minlərlə məzununu sıralarında birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası rəsmən təsis edilmişdir ki, bu da iki ölkə arasında xalq diplomatiyasının və humanitar əlaqələrin inkişafına mühüm töhfədir.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən çoxsaylı yüksək səviyyəli görüşlər, tədbirlər və imzalanan fundamental sənədlər paketi Azərbaycan-Vyetnam münasibətlərinin son illərdəki dinamik inkişafının məntiqi kulminasiya nöqtəsi və gələcəyə yönəlik dərin strateji baxışın, sarsılmaz siyasi iradənin parlaq təcəssümü oldu.

Qəbul edilən Bəyanat iki ölkə arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrin həcminin və keyfiyyətinin artırılması, enerji təhlükəsizliyi, bərpaolunan enerji mənbələri, nəqliyyat və logistika, kənd təsərrüfatı və qida təhlükəsizliyi, təhsil və elmi tədqiqatlar, mədəniyyət və incəsənət, turizm potensialının reallaşdırılması, müdafiə sənayesi və hərbi-texniki əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik kimi geniş və müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha yüksək və hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün möhkəm, etibarlı hüquqi və siyasi baza rolunu oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd etdiyi kimi: “Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq”.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycan Respublikasına tarixi və son dərəcə məhsuldar səfəri, eləcə də səfər çərçivəsində imzalanan çoxsaylı perspektivli sənədlər, iki dost ölkə arasında onilliklər boyu formalaşan münasibətlərin həqiqətən də hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini birmənalı şəkildə təsdiqləyir. Azərbaycan və Vyetnam ortaq dəyərlər və hədəflər istiqamətində inamla irəliləyir, gələcəyə böyük ümidlə baxırlar.

İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

BƏƏ Prezidenti Azərbaycan dövlət başçısına zəng edib

Next

Azərbaycanın inkişaf staregiyasının müəllifi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv