Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Tarixi həqiqətləri sübut edən kütləvi məzarlıqlar

By Vüsal Rafiqoğlu
09.05.2025 4 Min Read

Tarixçi alim: “Tapılan hər bir kütləvi məzarlıq yalnız faciənin izini deyil, həm də həqiqətin sübutunu daşıyır və bu, beynəlxalq səviyyədə ifşa və hüquqi qiymət tələb edir”

Azərbaycan silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn əsas prinsiplərinə daim sadiq qalmış, mülki əhalinin və əsirlərin hüquqlarına hörmətlə yanaşmışdır. Ermənistan isə əksinə, Qarabağ və ətraf rayonların işğalı dövründə bu prinsipləri kobud şəkildə pozmuşdur. Qarabağ və ətraf rayonların uzun illər işğal altında qalması nəticəsində təkcə dövlət əmlakı və tarixi-mədəni irs deyil, həm də insanların həyatı və hüquqları ağır pozuntulara məruz qalmışdır. Ermənistan tərəfindən törədilən hərbi və insanlıq əleyhinə cinayətlər bu gün də cəmiyyətin yaddaşında və beynəlxalq hüquq müstəvisində aktual qalır. Mülki şəxslərin işgəncəyə məruz qalması, qeyri-insani şəraitdə saxlanılması, kütləvi şəkildə qətlə yetirilməsi, kütləvi məzarlıqların aşkar olunması və itkin düşmüş şəxslərin taleyinin illərlə gizli saxlanması bu cinayətlərin sistemli və məqsədli şəkildə həyata keçirildiyini göstərir. Bu, həmçinin 1949-cu il tarixli “Müharibə qurbanlarının müdafiəsinə dair” Cenevrə konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Bu hallar təkcə Azərbaycan üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurmalıdır. Belə davranışlar ümumbəşəri hüquq prinsiplərinə və insanlıq dəyərlərinə qarşı yönəlmiş açıq hücumdur.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində 3990 nəfər, İkinci Qarabağ müharibəsində isə 6 nəfər Azərbaycan vətəndaşı itkin düşmüşdür. Qarabağ və Şərqi Zəngəzur bölgələri işğaldan azad edildikdən sonra onların bir qisminin taleyinə aydınlıq gətirilmişdir. Rəsmi məlumatlara əsasən, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan axtarış-qazıntı işləri nəticəsində 400-ə yaxın vətəndaşımıza aid meyit qalıqları aşkar edilmişdir. Bu kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində həyata keçirilən işlər nəticəsində bugünədək bir çox soydaşımızın şəxsiyyəti müəyyən olunmuşdur və bu proses davam edir.

Əksər kütləvi məzarlıqlar təsadüfən – qazıntı, tikinti və ya təbii fəlakətlər nəticəsində aşkara çıxır. Məsələn, “Euronews” telekanalı ötən ay Qarabağ bölgəsində – Şuşa və Xocalıda tapılmış kütləvi məzarlıqlarla bağlı süjet yayımlamışdır. Bildirilir ki, bu qalıqlar Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərə məxsusdur. Ekspertlər müəyyən etmişlər ki, həmin şəxslər qətlə yetirilməzdən əvvəl ağır işgəncələrə məruz qalıblar: “Ən azı yeddi şəxsə aid sümüklər və digər qalıqlar tapılmışdır. Bu şəxslər təxminən 25 il əvvəl basdırılıb”. Mütəxəssislərin rəyinə görə, həmin şəxslər qeyri-ənənəvi formada dəfn edilib. Yol tikintisi zamanı bu qalıqların yeri dəyişdirilmişdir.

Onu da qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı bu günlərdə məlumat yayıb. Bildirilib ki, dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır: “İşğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran–Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir. Aşkarlanmış qalıqlarda zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.

… İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-dək soydaşımızın kimliyi müəyyən olunub və bu proses hələ də davam etməkdədir… Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir”.

Bu kimi faktlar bir daha sübut edir ki, Ermənistan tərəfindən törədilən vəhşiliklər və beynəlxalq hüququn pozulması halları təkcə son onilliklərlə məhdudlaşmır. Tarixi kontekstdə bu zorakılıqların köklərinin daha da qədimə getdiyi aydın olur. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz bildirir ki, ermənilərin türklərin yaşadığı ərazilərdə kütləvi qırğınlar törətməsi və insanları heç bir dini-əxlaqi norma gözləmədən toplu şəkildə dəfn etməsi XIX əsrin 90-cı illərindən başlayaraq sistemli xarakter daşıyır: “Bu vəhşiliklərə XIX əsrin sonlarında Anadoluda, xüsusilə Qars, Van, Ərdəhan və ətraf bölgələrdə, XX əsrin əvvəllərində isə Azərbaycan ərazisində rast gəlinmişdir. Tarixi mənbələrə görə, 1917-ci ilin aprelindən 1918-ci ilin sentyabrın 15-nə qədər olan dövrdə ermənilər azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini viran qoymuş, minlərlə mülki insanı amansızcasına qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Tədqiqat Komissiyası bu hadisələrlə bağlı çoxsaylı sənədlər, fotoşəkillər və sübutlar toplamış və çap etdirmişdir”.

Boran Əzizin sözlərinə görə, bu qırğınların sovet dövründə də davam etməsinin əsas səbəbi ermənilərin arxalandıqları imperiya gücləri və həmin dövlətlərin onlara göstərdiyi siyasi dəstək olmuşdur: “Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) törədilən soyqırımların və məzarlıqların araşdırılması isə Sovet siyasəti nəticəsində uzun müddət mümkün olmamışdır. Lakin 1980-ci illərin sonlarından başlayaraq Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizə və ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səyləri fonunda ermənilərin faşist təbiətli fəaliyyəti yenidən fəallaşmış və Sovet dövləti tərəfindən dolayısı ilə dəstəklənmişdir. Birinci Qarabağ müharibəsi dövründə işğal olunmuş kəndlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilmişdir. Meşəli, Kərkicahan, Malıbəyli, Quşçular, Başlıbel və xüsusilə Xocalı faciəsi bu qəbildən olan hadisələr sırasındadır”.

Dosent Boran Əziz qeyd edir ki, 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar, o cümlədən Füzuli, Hadrut, Edilli, Fərrux və digər bölgələrdə tapılan insan qalıqları erməni vandalizminin və insanlığa qarşı törədilmiş cinayətlərin bariz sübutudur: “Bu məzarlıqlarda əlləri və ayaqları bağlanmış, işgəncə əlamətləri olan insan sümükləri aşkar olunmuşdur. Xocalı ətrafında aparılan bərpa işləri zamanı üzə çıxarılan məzarlıqlar da bu faktları təsdiqləyir. Şuşa, Laçın, Ağdam, Əsgəran, Xocalı, Xankəndi kimi bölgələrdə son dövrlərdə tapılmış yeni kütləvi məzarlıqlar ermənilərin hansı mənəvi-əxlaqi səviyyəyə malik olduqlarını, bu xalqın tarix boyu törətdiyi vəhşilikləri bir daha nümayiş etdirir”.

Tarixçi alim hesab edir ki, alman faşizmi üzərində Qələbə Günü bəşəriyyət üçün əhəmiyyətli bayram olsa da, bəzən unudulur ki, erməni faşizmi alman faşizmindən daha qəddar və dağıdıcı olmuşdur :  “Almanlar işğal etdikləri ərazilərdə əksər hallarda maddi-mədəniyyət abidələrinə toxunmamış, yaşayış məntəqələrini isə məhv etməmişlər. Ermənilər isə türk və müsəlmanlara məxsus mədəniyyət izlərini – qəbiristanlıqları, məscidləri, türbələri və hətta tunc və erkən dəmir dövrünə aid maddi-mədəni irsi məhv edərək insanlıq tarixini silməyə cəhd göstərmişlər”.

Boran Əzizin fikrincə, bu cür əməllər yalnız regional yox, həm də bəşəri cinayət kimi qiymətləndirilməlidir: “Tapılan hər bir kütləvi məzarlıq yalnız faciənin izini deyil, həm də həqiqətin sübutunu daşıyır və bu, beynəlxalq səviyyədə ifşa və hüquqi qiymət tələb edir”.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

XƏBƏRİNİZ OLSUN: Bu gün hava…

Next

Miqreni tətikləyən qidalar

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv