Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Turizm Agentliyində daha bir qalmaqal

By Vüsal Rafiqoğlu
09.05.2025 4 Min Read

Xaricdə turizmin təşviqinə görə keçirilən bahalı tender niyə ləğv olunub? Hesablama Palatasının qurumdakı yoxlamaları davam edir

Azərbaycan Dövlət Turizm Agentliyi yenidən medianın diqqətinə düşünüb. Buna səbəb  Turizm Agentliyinin Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsi üzrə tenderdir.

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-1 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlanıb. Məlumat satınalmaların vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib. Bundan sonra bəlli olub ki,  Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var. Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir. Xəbəri Aktualinfo.org yayıb. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradıb.

Tribunainfo.az isə xəbər verib ki,  Turizm Agentliyi Avropa ölkələrində təbliğat xidmətlərinin satınalınması layihəsini həyata keçirə bilməyəcək. Buna səbəb tenderin ləğv olunmasıdır. Sayt dəqiqləşdirməsə də, böyük ehtimalla söhbət məhz yuxarıda bəhs edilən tenderdən gedir.  Qeyd olunur ki, agentlik Avropanın bir çox ölkələrində turizm təbliği məqsədilə yol şouları təşkil etmək niyyətində olub. 873 min 931 min manatlıq layihəyə əsasən həmin şoular İtaliya, Polşa, Çexiya, Almaniya, Avstriya və İsveçrədə reallaşdırılmalı idi.  “Sözügedən dövlət qurumu son zamanlar Azərbaycanda turizmin təşviqi istiqamətində bir sıra bahalı layihələr həyata keçirib. Ötən il bu məqsədlə bir neçə milyon manat xərclənsə də, ölkəyə gələn turistlərin sayında elə də ciddi dəyişiklik olmayıb”.

Bəzi ekspertlər hesab edirlər ki, Turizm Agentliyinin ciddi layihələrinin olmasına baxmayaraq, strategiyası yanlışdır. Onlar hesab edirlər ki, xaricdə Azərbaycanı turizm sahəsində bu şəkildə təbliğ etmək effekt vermir, üstəlik, bu işlərin bahalı olduğunu və həddindən artıq çox pul xərcləndiyini də qeyd edirlər. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad  Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsinin onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı olması xəbərləri də yayıldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi.

Ötən ay Hesablama Palatasının Dövlət Turizm Agentliyində yoxlamalar apardığı barədə rəsmi xəbər də yayılmışdı.  “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb. Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Yoxlamalarla tenderlərdə mənimsəmələr təsdiqlənərsə, ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənmədiyi üzə çıxarsa, hansı hüquqi addımlar atılmalıdır?

Nazir Bakını tıxacdan qurtarmağı tapşırdı - problemli ərazilər

 Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, əgər audit nəticəsində dövlət vəsaitlərinin düzgün xərclənmədiyi və ya tenderlərdə mənimsəmə hallarının olduğu təsdiqlənərsə, bu, həm hüquqi, həm də ictimai baxımdan çox ciddi nəticələr doğura bilər: “Bu cür vəziyyətlərdə atılacaq hüquqi addımlar yalnız cinayət təqibi ilə məhdudlaşmır. Tenderlər keçirilərkən şəffaflıq və hesabatlılıq prinsiplərinə riayət olunmalıdır. Bu məsələ ilə bağlı tenderlərdə qanunsuzluqlar təsdiq olunarsa, agentliyin məsul vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

Hüquqşünas dedi ki, mənimsəmə və ya israfetmə halları açıq şəkildə hüquqi təqibə səbəb olur: “Bu, xüsusilə vəzifə səlahiyyətlərini aşan şəxslərin dövlət vəsaitlərini öz şəxsi məqsədləri üçün istifadə etməsi hallarında mümkündür. Yaxud tenderdə iştirak edən təchizatçı şirkətlərin qalib gəlməsi üçün saxtakarlıq edilməsi də ciddi hüquqi nəticələrə yol açar. Bu tip halların üzə çıxması yalnız hüquqi addımlarla yekunlaşmır, həm də ictimaiyyətin düzgün məlumatlandırılmasına və nəticələrin şəffaf şəkildə açıqlanmasına ehtiyac var. Bu halların necə baş verdiyi açıq şəkildə bəyan edilməlidir. Bu növ korrupsiya və mənimsəmə hallarından sonra dövlət vəsaitlərinin geri qaytarılması üçün mülki məsuliyyət də önə çıxacaq. Hesablama Palatası tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində aşkarlanan hər hansı bir qanunsuz hərəkət, təqsirkar şəxslərin cəzalandırılmasına səbəb olacaq və maddi zərər ödənilməlidir”.

Natiq Ələsgərov deyib ki, korrupsiya faktlarının ictimaiyyətə açıqlanması vacibdir və bu, həm də dövlətin idarəçiliyinə olan inamı bərpa etmək məqsədini güdür: “Bu səbəbdən, media və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən tənqidi araşdırmalar, dövlətin bu məsələni həll etmək istiqamətində atdığı addımları diqqətlə izləyən və bu məsələdə şəffaflıq tələb edən bir cəmiyyətə ehtiyac var. Dövlət Turizm Agentliyində baş verən bu tip halların üzə çıxması yalnız idarəetmə və hüquq pozuntuları ilə bağlı deyil. Dövlət büdcəsindən ayrılan, lakin təyinatı üzrə xərclənməyən vəsaitlər ümumilikdə xalqın rifahında özünü göstərir. Belə  saxtakarlıq halları korrupsiyanı gücləndirir və bu da ölkənin inkişafına mənfi təsir göstərir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Putin ya hakimiyyətə nəzarəti itirib, ya da…

Next

Bir şagirdin “Son zəng” xərci nə qədərdir? – AÇIQLAMA

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv