Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Putinin 4200 işarəlik çıxışı və mesajı

By Vüsal Rafiqoğlu
10.05.2025 4 Min Read

Beyin mərkəzlərinin Rusiya prezidentinin paradda dedikləri haqda hələ aydın təhlilləri yoxdur, Qərb mediası da sanki çaşbaş vəziyyətdədir

Rusiyanın qələbə paradı-II Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü beynəlxalq nizamın dağıntıları üzərində keçirildi. Bu mənzərəyə ABŞ-Avropa alyansındakı parçalanmanı da əlavə etmək lazımdır.

Putinin paradındakı çıxışı təxminən 10 dəqiqə (Kremlin saytındakı stenoqrama görə 4204 işarə) davam etdi. Dünyanın diqqətlə izlədiyi qısa çıxışda Putin bu dəfə gözlənilmədən fərqli mövqe tutdu. Ukrayna müharibəsindən sonra, məsələn elə ötən il 9 maydakı çıxışında Qərbi sərt tənqid edən Rusiya lideri bu dəfə barışdırıcı mövqe seçdi. Kollektiv Qərbi bu dəfə ikiüzlülükdə, nifaq salmaqda suçlamadı. Çıxışında 9 may təqviminin tarixdə ənənəvi məqamlarını qeyd etdi, hətta anti-Hitler koalisiyasında müttəfiqlərinin rolunu da vurğuladı. Ukraynanın adını çəkmədən qısaca Rusiyanın “xüsusi hərbi əməliyyatının” iştirakçılarını yada saldı. Əvəzində xüsusi olaraq Çini seçdirdi. Putin ümumi düşmənlə mübarizədə xüsusilə “Çin xalqının faşistlərə qarşı cəsarətli müqavimətini”qeyd etdi.

Prezidentin qeyd etdi ki, dünya əhalisinin demək olar ki, 80%-i İkinci Dünya müharibəsində iştirak edib və sülh Birləşmiş Millətlər Təşkilatının birgə səyləri ilə əldə edilib.

Əlbəttə, bu ciddi düşünülmüş çıxış idi. Putin bu dəfə Çin liderini də yanına(arxasına) alaraq, yeni dünya nizamını təşviq edən lider obrazında görünməyə çalışdı. Beyin mərkəzlərinin çıxışla bağlı təhlilləri hələ yoxdur, Qərb mediası da sanki çaşbaş vəziyyətdədir. Putin ona xüsusilə son həftələr yönəlik “aqressiv siyasət təhrikçisi”, “Ukraynada müharibənin durdurulmasına qarşı olan lider” ittihamlarından bu “bezvredniy” çıxışla yayınmağa çalışdı. Hər halda, bu qədər “yumşaq çıxış” proqnozlaşdırılmayan idi.

Əlbəttə ki, Putinin bu paradda əsas məqsədi Ukraynada davam edən müharibə fonunda Rusiyanın təklənmədiyi, hərbi gücünün də hələ tükənmədiyini nümayiş etdirmək istəyi idi. Paradda ümumilikdə 11 mindən çox hərbçi iştirak edirdi, ilk dəfə olaraq Qırmızı Meydandan PUA qoşunlarının koloniyası da keçdi. Adətən, bu cür paradlarda Rusiya yeni silahlar da nümayiş etdirirdi, amma bu dəfə xüsusi olaraq dünyanı qorxutmaq niyyəti görünmədi.

Bəs bu boyda gurultu yalnız qələbədə xidməti olan bir neçə min veteranın könlünü xoş etmək üçün idimi? Putin çıxışında yumşaq görünsə də, bu paradda əsas geostrateji məqsədinə çatmaq üçün də o qədər israrçı oldu. Rusiya lideri Çin lideri Si Cinpini bir gün əvvəl Moskvada qarşıladı, təxminən 7 saat davam edən ikili görüş, mediaya birgə bəyanat da oldu. Trampın Çinin üzərinə ticari tarana getməsinin yanlış siyasət olduğu özünü göstərdi. Çin və Rusiya yeni dünya düzəninə qarşı öz birliklərinin yenidən elan etdilər. Çin ordusu parad zamanı Qırmızı Meydandan da keçdi. Rusiya prezidenti Çin liderinə xüsusi diqqət göstərdi. Onunla yan-yana oturdu. Bütün dünya agentlikləri bu fotonu ön səhifələrindən yayımladılar, Putinə lazım olan həm də bu mesaj idi.

Trampın Rusiyanın 1941-1945 müharibəsində ABŞ qədər həlledici rolu olmadığını iddia etməsini mübahisələndirmək bizim yox, rusiyalı tarixçilərin işidir. ABŞ parada ümumiyyətlə, heç Moskvadakı səfirini də təmsilçi kimi göndərmədi.

Serbiya prezidenti Vuçiç və Slovakiyanın baş naziri Fiko Rusiya paytaxtına gələn yeganə Avropa liderləri oldu. Viktor Orbanın Putinin paradına qatılmaması ətrafında da müzakirələr açıldı, amma Macarıstan baş nazirinin dəftərxanasından “belə bir səfər müzakirə belə olunmayıb” dedilər. Orbanın niyə Moskvaya getməməsi haqda iki versiya daha ağlabatandır. Macarıstan müharibə zamanı faşist Almaniyası tərəfində vuruşduğu üçün qələbədə payları olmadığı düşüncəsindədirlər. Orbanın geosiyasi ehtiyatlılığını 2026-cı il parlament seçkiləri də diktə edir və baş nazir kimi gələcəyinə birbaşa təsir göstərə bilər.

KXDR lideri Kim Çen Inın Putinin paradında niyə iştirak etməməsinin səbəbi haqda da dəqiq informasiya yoxdur. Belə versiya var ki, In ümumiyyətlə, tünlükdən xoşlanmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda göprünməməsi də xeyli spekulyasiyalara səbəb olub. Guya Ərdoğan dəvətli imiş, amma ABŞ prezidenti türkiyəli həmkarına Ukrayna danışıqlarında vasitəçi olmaq təklifini nəzərə alan Türkiyə prezidenti Putinin paradına getməmək qərarına gəlib. Rusiya ilə yaxşı münasibətləri olan Səudiyyə Ərəbistanın, BƏƏ və Qətərin Moskvada niyə olmaması barədə də iddialar var. Bildirilir ki, gələn həftə Tramp ərəb ölkələrinə turneyə gedir. Bu ərəfədə Fars körfəzinin adını “Ərəb körfəzi” adlandırılması yönündə ABŞ-ın addımları onları ruhlandırıb, ona görə Trampın son günlər narazılığını ifadə etdiyi Moskvaya getməmək qərarına gəliblər. İranın, Hindistanın(müdafiə naziri gəlibmiş), CAR-ın və daha bir neçə ölkənin Moskvada olmaması diqqət çəkib, bu barədə ən müxtəlif versiyalar səslənib.

Paraddan sonra Rusiya prezidenti yaxşı əhval-ruhiyyədə idi. Dövlət başçısı jurnalistlərin sualına cavab olaraq paradı “əla” adlandırdı, sonra gülümsəyib və baş barmağını yuxarı qaldırdı. Putin həm paraddan sonra da hər şeyin “əla” olmayacağının fərqindədir. Amma dünya indi o gərginlikdədir ki, siyasətçilər belə bir günün əhval-ruhiyyəsi ilə yaşamağa məcburdular. Yəni bu gün hər şey “əla”dırsa, sabah hər şey bu cür olmaya bilər…

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mehriban Əliyeva Ümummilli liderin doğum günü ilə bağlı paylaşım etdi

Next

Çağdaş Azərbaycanın qurucusu

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv