Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin onlayn iclası keçirilibFOTO

By Vüsal Rafiqoğlu
14.05.2025 2 Min Read

Uqanda Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib. Onlayn görüş Ümumdünya Səhiyyə Assambleyasının 78-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həlli yollarının müzakirəsinə həsr olunub.

İştirakçıları salamlayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tədbirin mahiyyətini vurğulayaraq, beynəlxalq konfransın işinə uğurlar arzulayıb.

Öz növbəsində Uqandanın səhiyyə naziri xanım Ceyn Rut Asenq xatırladıb ki, Qoşulmama Hərəkatının 2024-cü ilin yanvarında Kampalada keçirilən XIX Zirvə toplantısında dövlət və hökumət başçıları COVID-19, HİV/QİÇS, malyariya, vərəm, hepatit və digər xəstəliklər kimi epidemiyaların yaratdığı qlobal təhlükədən narahatlıqlarını bildiriblər: “Builki toplantının əsas məqsədi Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin epidemiyaların yaratdığı qlobal təhlükə ilə bağlı təcrübə mübadiləsi aparmaqla birgə tədbirlərin gücləndirilməsinə imkan yaratmaqdır”.

Onlayn iclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə ölkəmizin 2019-2023-cü illər üçün sədrliyi öz üzərinə götürdüyünü vurğulayıb. 2020-ci ilin əvvəlində dünya ölkələrinin COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycanın Hərəkata sədrliyinə məsuliyyətlə yanaşması diqqətə çatdırılıb. Nazir Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü bildirib: “Prezident İlham Əliyevin təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Eyni zamanda, Azərbaycan həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə əksəriyyəti Hərəkat üzvü olan ölkələrə maliyyə və humanitar yardımlar göstərib”.

“Dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da vətəndaşların sağlamlığı və rifahı dövlətin əsas prioritetlərindən biridir. Bildiyiniz kimi, 2024-cü ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. İqlim dəyişikliyi sağlamlıq üçün ciddi təsirlər yaradır, xüsusilə də bu dəyişikliyin ön cəbhəsində, həssas vəziyyətdə olan ölkələr və icmalar üçün. Bu vəziyyətlər təcili tədbirlər və bir daha beynəlxalq həmrəylik tələb edir. Bu səbəbdən COP29-un gündəliyində iqlim dəyişikliyi və sağlamlıq mövzusu mərkəzi yer tutub. Azərbaycan həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın təşəbbüsünü dəstəkləyib”, – deyə Azərbaycanın səhiyyə naziri bildirib.

Teymur Musayev, həmçinin ölkəmizin son dövrlərdə səhiyyə sahəsində əldə olunmuş nailiyyətləri sırasında icbari tibbi sığortanın tətbiqi, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması, Elektron Resept Sisteminə keçidi qeyd edib: “Azərbaycan bu sahələrdə əldə etdiyi təcrübə və yaxşı təcrübələri bölüşməyə hazırdır”.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri pandemiyanın qarşısının alınmasının, hazırlığın və ona qarşı mübarizənin milli gündəmlərdə olmasının, bütün vətəndaşlar üçün optimal fiziki və psixi sağlamlığın təmin edilməsinin, ilkin tibbi yardıma diqqət yetirməklə universal tibbi əhatəyə nail olunmasının vacibliyini vurğulayıb: “Bu, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, eləcə də keyfiyyətli səhiyyə xidmətləri, təhlükəsiz, effektiv və uyğun qiymətə dərman vasitələri, vaksinlər, diaqnostika və tibbi texnologiyalarla təmin olunması üçün əsas amildir”.

Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini yüksək qiymətləndirib, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Pandemiyanın ən çətin dövründə Azərbaycan nəinki sədrlik vəzifəsini səmərəli yerinə yetirdiyi, həm də Hərəkatın fəaliyyətini xeyli aktivləşdirilməsi xüsusilə vurğulanıb.

İclasın sonunda milli sağlamlıq məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli kimlik və estetik dəyərlər niyə zəif təbliğ olunur?

Next

“Həmin xanım bilsəydi ki, şəkli bulağın başına qoyulub…”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv