Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sadıq kişinin arzuları… – Qərbi azərbaycanlılar

By Vüsal Rafiqoğlu
14.05.2025 3 Min Read

Güləsdi və Sadıq Əliyevlər ailəsi öz talelərində fələyin sərt üzünü çox görüblər. Əvvəl əbədi ata ayrılığı, sonra da doğma yurd həsrəti. Hər ikisi də bir-birindən ağır…

Adlarını çəkdiyimiz bu cütlük 1989-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndindən didərgin düşüblər. Əvvəlcə Gürcüstana, oradan da Daşkəsən rayonunun Bayan kəndinə köçüblər. Bayanda qoca bir erməni qadınının 7 min manata satdığı evi alaraq yeni yurd yeri seçiblər. Halbuki Əliyevlər ailəsi min bir zəhmət və xərc bahasına tikdirdikləri evi erməni quldurlarına “bağışlayıb” kənddən ayrılıblar. Çünki gözü qızmış vəhşi erməni dəstələri kəndə silahlı hücumlar edir, sakinləri ölümlə hədələyir, köçmələrini tələb edirdilər. Azərbaycandan heç bir kömək görməyən əhali arvad-uşağının təhlükəyə düşməməsi üçün özgə çarə tapmadılar. Çünki onlar ata-babalarından ermənilərin qaniçənliyindən, türklərə qarşı amansızlıqlarından çox danışmışdılar. Həmin məqamda başqa yerlərdən, xüsusilə Qafandan həyəcanlı xəbərlər gəlirdi: “Filan yerdə filankəsi öldürüblər”, “filankəsin malını-qoyununu oğurlayıb aparıblar” və s.

…Sadıq Əliyev böyük qardaşı Tapdıqla uşaq yaşlarında atalarını itirmişdilər. Anaları Reyhan kolxozda sıravi işlərdə çalışaraq çətinliklə də olsa onları böyüdürdü. Oğullar on dörd-on beş yaşlarına çatanda məktəbdən ayrılıb işləməyə məcbur qaldılar. Kiçik qardaş Sadıq əvvəldən mehrini texnikaya salmışdı. O yaşlarında əkin traktorunu, yük avtomaşınlarını sərbəst idarə edə bilirdi. Camaat arasında “Sadıq fərasətli uşaqdır” deyirdilər.Lakin onu sürücü kimi işə qəbul edə bilməzdilər, azyaşlı idi,  qanun buna yol vermirdi. Ancaq kolxozun rəhbərləri ailənin çətinliklə yaşadığını bilirdilər və imkan dairəsində maddi köməklik etməyə çalışırdılar. Ona görə də ona sıravi kolxozçu kimi əmək haqqı yazılırdı.

Sadıq on səkkiz yaşına çatanda rayon hərbi komissarlığının göndərişi ilə sürücülük məktəbinə qəbul edildi. Sonra iki illik hərbi xidmətə getdi. Orada sürücü kimi xidmət etdi. Hərbi xidmətdən qayıdandan sonra kolxozda ona təzə su daşıyan maşın da verdilər. Kəndin erməni əhalisi heç vaxt köməyini onlardan əsirgəməyən Sadığın hörmətini saxlayırdı. İşdən-gücdən yorulmayan gənc Gürcüstanda yaşayan bibisi qızı Güləsdi ilə ailə qurdu. Həyat öz qaydasına düşürdü. Çox keçmədi ki, ailənin ilk övladı özü ilə bir dünya sevinc gətirdi. Sadıq uşağa xatirini çox istədiyi əsgər dostunun adını qoydu: Əliqamət. Növbəti illərdə Vüsalə və Tale dünyaya gəldilər. Ailənin xoşbəxt günləri təzə başlamışdı ki…

Ancaq 1988-ci ildə ermənilərin başladıqları Qarabağ avantürası həyatın ritmini pozdu. SSRİ rəhbərliyinin və Sovet ordusunun hərtərəfli dəstəyini alan ermənilər yerli əhalini-azərbaycanlıları min il yaşadıqları vətənlərində sıxışdırmağa başladılar. Məqsəd nəyin bahasına olursa-olsun azərbaycanlıları oradan qovub çıxarmaq idi. Əvvəllər hamı düşünürdü ki, Sovet hökuməti tezliklə özbaşınalığın qarşısını alacaq, günahkarlar cəzalandırılacaqlar. Ancaq hökumətin buna münasibəti tamamilə yox dərəcəsində idi.

Aylar keçdikcə vəziyyət düzəlməkdənsə daha da təhlükəli olurdu. Artıq silahlı erməni dəstələri kəndlərə soxulub adamları qorxudur, çıxıb getmələrini tələb edirdilər. Kənddəki ermənilər bir gün Sadığa belə təklif etdilər ki, onun getməsini istəmirlər. Ona deyirdilər ki, bizim dilimizi çox yaxşı bilirsən, erməni adı götür, sənədləşdirək, qal burada yaşa. Ancaq o, belə təklifi qətiyyən qəbul edə bilməzdi. Bu,  mənim nəslimə-kökümə nankorluq və xəyanət olar: Sadıq belə düşünürdü.

Sadıq Əliyev o illərlə bağlı xatırlayır ki, təhdid altında əzilən əhali nə qədər dirəniş göstərsə də xeyiri olmadı. Silahlı ermənilər postlar qurur, kəndlərə hücum edir, yüz cür cinayətlər törədirdilər. Əliyalın əhali canını qurtarmaq üçün köçüb qaçmaqdan başqa çarə görmədi. Beləliklə, adamlar göz yaşları axıda-axıda Gürcüstana, oradan da Azərbaycana köçdülər.

O vaxtdan bir qərinədən də artıq müddət keçib. Sadıq Əliyevin ocağı bir az da genişlənib. İndi beş nəvə, bir nəticə babasıdır. Bakıda, Gəncədə yaşayanları var. Amma yaşı yetmişi haqlamış Sadıq kişi yenə də  əzəli yurd yerini nisgillə xatırlayır. Deyir ki, bura da Vətəndir, əzizdir. Ancaq dünyada anadan olduğu Göllü qədər şirin yer yoxdur. Çünki atasının, babasının, cəmi uluların ruhu oradakı qəbiristanda uyuyur. Ailənin ağbirçəyi Reyhan ana doğma yurd üçün xiffət edər, asta səslə yanıqlı bayatı çəkərdi. O məqamda anaya kimsə mane olmazdı: Qoy ürəyini göz yaşları ilə rahatlasın-deyirdilər.

Sadıq kişi Qərbi Azərbaycan icmasının yarandığını eşidəndə sevincinin həddi-hüdudu olmadı.  İcma 1989-cu ildən Ermənistan ərazisindən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. Qurumun rəhbəri Azərbaycan Respublikası Milli Məclisində təmsil olunur.Həmin vaxtdan Sadıq Əliyev  icmanın üzvüdür və bir gün canəndan artıq sevdiyi  doğma yerlərə qayıdacaqlarına inanır.

Rəvayətlərimizdən birində  deyilir ki, bülbül Vətəndən uzağa düşür, günü ah-zarla keçir. Qızılgül kolunun üstünə qonub qəmgin-qəmgin “Ay Vətən, ay Vətən” deyə həsrətlə oxuyur. Uçub Vətən torpağına yetişir. Bir qaratikan kolunun üstünə qonub şaqraq səslə “Can Vətən, can Vətən” deyərək şən səslə ötür.

Vəli İlyasov, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Talaçaydan sel keçir

Next

Azərbaycanda aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv