Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqlar üçün “fast food” bəlası – nə etməli

By Vüsal Rafiqoğlu
15.05.2025 4 Min Read

Ayaqüstü qidaların orqanizmə ziyanı saysızdır; səbəblər və alternativlər bu yazıda   

Bir çoxları tez və asan şəkildə hazırlandığı üçün “fast food”lara üstünlük verirlər. Xüsusilə şagirdlər və tələbələr dərs arası və dərsdən sonra aclıqlarını tez aradan qaldırmaq üçün “fast food”lar yeməyi sevirlər.

A və C vitamin, minerallar və kalsiumun kifayət qədər olmadığı bu qidalar bir müddət sonra insanlarda müxtəlif problemlərə səbəb olur. Əlbəttə, onların bir çoxu bu barədə məlumatsızdır. Çünki onları düşündürən əsas şey həmin an hiss etdikləri aclığı aradan qaldırmaqdır.

Araşdırmalar sübut edir ki, çox qızardılan, çox yağ istifadə edilən və tərkibində vitamin olmayan ayaqüstü yeməklər xüsusən uşaqlarda sümüklərin inkişafdan qalmasına yol aça bilir. Bu isə öz növbəsində onların boy atmasının qarşısını alır.

Türkiyəli qida mühəndisi Mehmet Dəmirçi bu barədə bildirib ki, qidalanmada vacib olan iki əsas şey keyfiyyətli və balanslı qidalanmaqdır: “Yetərli miqdarda və balanslı şəkildə qidalanaraq vücudun istədiyi vitaminləri vermək lazımdır. Lakin uşaqlar və gənclər daha çox ayaqüsütü yeməklər dediyimiz “fast food”lara üstünlük verirlər. Belə qidalar bədəndə immuniteti zəiflədir, xəstəliklərə qarşı mübarizədə insanı gücsüzləşdirir. Çünki bədən ehtiyacı olduğu vitaminləri “fast food”lardan ala bilmir”.

Ekspert əlavə edib ki, müxtəlif kafe və restoranlarda hazırlanan ayaqüstü yeməklərin tərkibində yağ çox olduğu üçün gündəlik ehtiyac olan kaloridən daha çoxu qəbul edilir. Bu isə uşaqlarda erkən yaşda artıq çəki problemi yaratmağa başlayır.

M.Dəmirçi uşaqlaları “fast food”lardan tamamilə uzaqlaşdırmağın çətin olduğunu təəssüflə bildirib: “”Fast food” çox yeyən insanlara məsləhət görürük ki, onların yanında heç olmasa, evdə hazırlanan tərəvəzli yeməklərdən də yesinlər. Tərəvəzlər “fast food”ların vermədiyi faydalı vitaminləri, proteinləri, karbohidratları təmin etmiş olacaq. Balansı bu şəkildə qorumaq mümkündür”.

Bu zərərli qidanın “vətəni” Avropadır

Hazırda isə Azərbaycanda bu qida növü gənclərin, eləcə də uşaqların qida rasionunda mühüm yer tutur. Nəticədə bu, qarşısıalınmaz bir fəsad olaraq gənclərin orqanizmində yer alır.

Öncə ondan başlayaq ki, hamburgerin tarixi orta əsrlərə təsadüf edir. Çox adam “fast-food”un ilk olaraq Amerikada ortaya çıxdığını düşünsə də, bu, belə deyil. Bir çox “fast-food” məhsulu yüzillər öncəsinin Avropasına təsadüf edir. 1598-ci il London araşdırmasında və 1840, eləcə də 1850 dönəmlərinin İngiltərə tarixinin anladıldığı dönəmlərdə də “fast-food” məhsullarından bəhs edilir.

“Fast-food”un nə qədər sağlam qida olması məsələsində dartışmalar davam edir. Bu yeməklərin sağlamlığa çox ciddi zərəri olduğu məsələsində illərdir davam edən bir dartışma var. “Fast-food” növü yeməklərin bir çox xəstəliyə səbəb olduğunu deyənlərin sayı heç də az deyil. Hətta bu mövzuda hazırlanmış sənədli film də var: Morqan Spurlock adlı bir sənədli film rejissoru tam bir ay boyunca bütün yemək saatlarını bir “fast-food” mağazasının məhsullarından yeyərək keçirir. Haradasa ölümlə burun-buruna gələn Spurlock bu təcrübəsini qeydiyyata alır və “Şişirt Məni” adlı bir sənədli filmi ictimaiyyətə təqdim edir.

Uşaqların mədəsində yaranan fəsadlar

Həkimlərin ümumiləşdirilmiş rəyi isə ondan ibarətdir ki, “fast-food” qidalarında, dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir.

Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəliklərilə bağlı həkimə müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qara ciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir. Digər tərəfdən, “fast-food” yeməkləri mədənin və onikibarmaq bağırsağın  selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır və xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.

Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida boru xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meylli olmasından irəli gəlir. Bundan əlavə, “fast-food” qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaş arası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.

“Fast-food” həm də kökəldir…

Heç kimə sirr deyil ki, “fast-food” birbaşa artıq çəki yaradır. Üstəlik, burada böyük çəkilərdən söz gedir. “Fast-food” niyə artıq çəki yaradır?

Bütün həkim və dietoloqlar iddia edirlər ki, “fast-food”un ziyanı onun çox qəbulu ilə daha da artır. Bu səbəbdən müntəzəm “fast-food” qəbulu arzuolunmazdır. Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yüksək dərəcədə yağlı və az vitaminli olurlar. Əsasən də, bu, hamburqerlərə aiddir.

İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları çox yağlı və bol şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.

“Fast-food”un ziyanı barəsində hər kəs bilir, lakin bu restoranların satışı ildən-ilə artır. Ən əsas mənfi nəticə kimi artıq çəki və piylənmə qeyd olunur. Hamburqer, free, südlü kokteyllər, qızardılmış toyuq dadlı olmaqla yanaşı olduqca kalorilidirlər. Misal olaraq, ən populyar olan çizburqer tərkibində 540 kilokalori və 29 qr yağ cəmləşdirir, əlavə olaraq free də qəbul edilərsə – 500 kilokalori və 25 q yağ deməkdir.

Dietoloqlar hesab edir ki, son illər müəyyən yaş qrupunda bu qidalanma növündən istifadə edənlər çoxalıb. Dönər, şaurma, tantuni – insanlar üçün daha əlçatan qida növüdür. Həm tez hazırlanmasına, həm də qiymətinə görə. Tələbələr, məktəblilər, gənc ailələr onların əsas istifadəçiləridir ki, bu da 10-40 yaş arası aktiv qrup deməkdir. Üstəgəl, bu qidaların yanında enerji içkilərindən istifadə edirlər ki, bu da qəfil ölümlərə səbəb olur. Təbii ki, buna SOS deməliyik.

Amma bu cür qidalanmanın qarşısını almaq üçün alternativ qidalanma ortaya qoyulmalıdır. Dietoloqlar hesab edir ki, bu zaman alternativ olaraq milli “fast food”larımızdan istifadə etməliyik. Məsələn, az yağda hazırlanmış qutablar doğru alternativdir. Hətta yağsız halda bişirilməsi daha ideal olar. İkincisi, çörəkiçi sendviçlərin ev şəraitində hazırlanmasına üstünlük verilməlidir. Tostlar – çörəkarası pendirlər uşaqlar üçün yaxşı alternativdir.

Hazırladı: Sevinc Telmanqızı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“İp üstündəki sülh…”

Next

Erməni nazirin müəmmalı Almaniya səfəri – Bakının reaksiyası

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv