Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“O gündən bəri həmin həkim “Qurbanova” soyadı ilə işləyir”

By Vüsal Rafiqoğlu
16.05.2025 3 Min Read

“Plastik cərrahiyyə sahəsində özbaşınalıq var və kim gəldi, əməliyyat edir. İnsanları ən sadə mənada desəm, öldürürlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Dünənki vətəndaş qəbulunda valideynlər gəlmişdi. Onların qızları Səbirə Vəliyevanı əməliyyat edən Ülviyyə İlyasova səhv əməliyyat nəticəsində həmin şəxsi öldürüb. İki uşağı yetim qaldı. O gündən bəri o adam haqqında heç bir tədbir görülmür. Valideynlərin dediyinə görə, bu qız 9-cu sinfi bitirib və heç bir tibbi təhsili yoxdur. İndi də bu adam “Qurbanova” soyadı ilə işləyir. Hazırda kosmetoloq-üz cərrahı kimi gizli fəaliyyət göstərir. Biz mətbuatda oxuduq ki, plastik cərrahları imtahan etdilər və onların siyahısını dərc etdilər. Lakin o adamlar kim oldu, biz bunu bilmədik. Bu, geniş ictimaiyyətə təqdim olunmalıdır. Ölən adamı həmin şəxs koma vəziyyətində öz evinə aparıb. Orada ona kömək etmək istəyib, amma fayda verməyib və ölüb. Valideynləri hədsiz dərəcədə narazıdır və bildirirlər ki, bizim uşağımızın qatili kimdir hələ də bilmirik.

Bir mərkəzi plastik cərrahi xəstəxana təşkil etmək olarmı? Orada əməliyyat edən hər hansı adam Allah deyil ki, səhv edə bilər. Amma o səhvi düzəldən digər həkimlər də o mərkəzdə fəaliyyət göstərsinlər və dərhal qarşısını alsınlar. Hamı da bilsin ki, plastik cərrahiyə üçün hara getməlidirlər. 9-cu sinfi bitirən şəxs hansısa həkim məntəqəsinin yanından yer alıb fəaliyyət göstərirmiş. Bu nə dərəcədə özbaşınalıqdır? Ona bu icazəni və yeri kim verib? Belə bir mərkəz yaradılsın”, – deyə millət vəkili qeyd edib.

Səyyad Salahlının sözlərinə görə, rayonlardakı direktorlar ora gedən həkimlərin hansısa sözlərinə uyaraq, onları 3-4 aydan sonra geri göndərirlər: “Burada təhsil alıb həkim vətənə borcunu ödəməmiş hara gedir? Bu nə demokratiyadır?

Guya buna rayonun havası düşmədi? Bu, əsassız bəhanədir. Mütləq təyinatla getdiyi yerdə işləməli və sonra geri qayıtmaq barədə düşünməlidir. İmişlidə 140 minlik əhalinin bir dənə rentgeni yoxdur. Belə iş olar? İmişli-Saatlı-Sabirabadda 400 minə qədər əhali yaşayır. Lakin bir dənə lor-həkim yoxdur, hörmətli səhiyyə naziri. Onlar yığışıb Bakıya gəlməlidir. Təyinat mütləq məcburi olmalıdır”.

Fotoda: Teymur Musayev

Səhiyyə naziri Teymur Musayev deputatın çıxışına münasibət bildirib: “Məlum olduğu kimi, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Həmin komissiyaya daxil olan Baş Prokurorluq, Elm və Təhsil nazirliyi və DİN əməkdaşları olub. Komissiyanın işi nəticəsində Azərbaycan ərazisində plastik cərrahiyyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Mövzuya bir də qayıtmaq istəmirəm.

Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb- istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”.

Nazir əlavə edib ki, Səhiyyə Nazirliyi hazırda Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəznində plastik və rekonstruktiv cərrahiyyə şöbəsini yaradır: “Həmin şöbədə fəaliyyət üçün komissiyadan keçən 42 nəfər mütəxəssis cəlb olunacaq. Düşünürəm ki, həmin şöbə nümunəvi olacaq”.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məşhur azərbaycanlı aktrisa toyda kişilərlə dava etdi – VİDEO

Next

Plastik cərrahiyyə məsələsi tam həllini tapdı – RƏSMİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv