Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Robert Köçəryanın dişində şirə qalıb – İlham Əliyevin Ağdam xəbərdarlığını unutmasın!!!

By Vüsal Rafiqoğlu
20.05.2025 4 Min Read

Bu yaxınlarda Ermənistan parlamentində “atası azərbaycanlı olan” Robert Köçəryanla bağlı vitse-spiker Akop Arşakyanın “tarixə ekskurs” etməsi keçmiş prezidenti necə qeyzləndiribsə, “dirilərək” aktiv siyasətə qayıdıb. Dədəsinin türklərin törəməsi olduğu barədə parlamentdə deyilənlərdən havalanan Köçəryanın deputat oğlu Levon da özünü saxlaya bilməyib, vitse-spikerə “it balası!” demişdi, ara qarışmışdı.

Bundan əvvəl köçəryançılar Nikol Paşinyanı türklərə casusluq etməkdə ittiham etmişdilər, indi cavablarını alırlar. Davamı olacaq. Spiker Alen Simonyan cinayətkar Köçəryanın yenidən damlanacağının anonsunu edib. İndi baş verənlər hələ “jurnaldır”, Ermənistanın 2026-sı bir başqa olacaq.

ROBERT.jpg (83 KB)

Röbert Köçəryanın dişləri zaman-zaman qana batdığı üçün növbəti dəfə hay qanı tökməkdən çəkinmir. (Hələ biz Xocalı canisinin türklərə tutduğu divanlardan danışmırıq. İddialara görə, onun türklərə nifrətinin kökündə vaxtilə anasının azərbaycanlı ilə yaxınlığı barədə təkzibolunmaz fakt dayanır, odur ki, kökümüzü kəsməyə hazırdır…)

Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanı 1997-ci ildə hakimiyyətdən devirib, qanunsuz şəkildə onun kürsüsünə sahiblənən Robert Köçəryan, üstündən iki il keçəndən sonra, 1999-cu ilin 27 oktyabrında parlamentin gülləboran edilməsi ssenarisini hazırlayanlardan idi. O vaxt Köçəryan əl-ayağına dolaşan parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri – parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələtdirdi. Silahlı dəstənin başçısının sabiq “Daşnaksutyun” üzvü, 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatı”nın aktivlərindən biri Nairi Hunanyanın olması çox şeyi deyirdi.

NAİRİ.jpg (52 KB)

Robert Köçəryan hakimiyyəti Qarabağ klanının digər üzvü Serj Sərkisyana (yeri gəlmişkən, onun da atasının azərbaycanlı olması barədə ciddi iddialar var) ötürən zaman da azı 10 nəfər etirazçını qətlə yetirdi. 2008-ci ilin 1 martında törədilən cinayətlər bu günə qədər tam şəkildə araşdırılmayıb. Nikol Paşinyan 2018-ci ildə Sorosun dəstəyi ilə Sərkisyanı devirib, hakimiyyəti ələ alandan sonra Qarabağ klanının liderlərinin əl-ayağını bir yerə yığmağa nail olmuşdu, Köçəryan, Sərksiyan, Ohanyan və digərləri ya həbsxanaya salındılar, ya da məhkəmə kluarlarında aylarla süründülər. Hətta Vladimir Putinin dostu olması da, Köçəryanı uzun müddət xilas edə bilməmişdi. Budur, 2026-cı il parlament seçkiləri ərəfəsində Robert Köçəryan yenidən ortaya çıxıb, meydan oxuyur. Dişində şirə qalıb, düşünür ki, bu dəfə də istədiyinə nail olacaq, Paşinyanı devirib, ya özü, ya da dəstəklədiyi kimsə Ermənistana rəhbərliyi ələ alacaq.

Bir müddət öncə Köçəryanın Rusiyaya səfər etməsi, gizli görüşlər keçirməsi, həmçinin Paşinyan hakimiyyətinin Avropa İttifaqına yaxınlığı fonunda eks-prezidentin Kremlə “quyruq bulaması”, Ermənistanın nicatının Rusiyaya bağlılıqda olduğunu uca səslə bəyan etməsi məram-məqsədi ortaya qoyur. Rusiya üçün doğma olan bir ünvanda, Gümrüdə Paşinyanın partyasının mer seçkisini uduzması Köçəryanı xeyli həvəsləndirib. Hətta bu günlərdə o, Serh Sərkisyan, digərləri ilə koalisiyanın mümkün ola biləcəyindən də danışmağa başlayıb. Beləcə, müxalifləri Paşinyan üçün ciddi sürprizlər hazırlaya bilərlər. Təbii ki, Nikol Paşinyan da bu proseslərə biganə deyil, anlayır ki, Rusiyanın adamlarının hakimiyyətə qayıdışı, yaxud gəlişi onun həyatı bahasına başa gələ bilər. Paşinyan hətta bunu da bilməmiş deyil ki, parlamentdəki müzakirələr zamanı əli “Kalaşnikov”lu köçəryançılar zala daxil ola və avtomat güllələrini onun qarnına doldura bilərlər. Ölkəsinin terror ölkəsi olduğunu yaxşı bilir.

PASİN.jpg (156 KB)

Bu günlərdə Ermənistan Baş Prokurorluğunun Robert Köçəryan və onun ailəsinin daşınar – daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi tələbini irəli sürməsi də eks-prezidentin dilini kəsilməsinə hesablanıb. Ermənistanın baş prokuroru Anna Vardapetyan deyib ki, “Köçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”. Amma bu təhdid, yaxud əmlak müsadirəsi Levonu küncə sıxacaqmı? Bu arada Sergey Lavrov – Kələntaryanın İrəvana səfəri də “beşinci kolon”a əlavə nəfəslik verib.

Ermənistanda nələr baş verəcək, hakimiyyətdə kim olacaq, bu, Ermənistanın və ordakı hayiların problemidir. Ancaq əgər sülhü pozmaq istəyən hansısa qüvvə hakimiyyətə gələcəksə, bu halda Ermənistanın taleyi sual altına düşə bilər və hansısa hind silahı Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz! Azərbaycan bəyan edib: sülh müqaviləsi Ermənistanla bağlanacaq, Paşinyan və yaxud qeyrisinin olması bizi o qədər də maraqlandırmır. Lakin Robert Köçəryan, Serj Sərkisyan və bu kimi digərləri istisnadır. Çünki onlar hələ Xocalı soyqırımına və digər cinayətlərə görə Azərbaycana cavab verməlidirlər! Elə bu günlərdə Bakıda davam edən məhkəmə prosesində həmin canilərin adları çəkilir, cinayətləri etiraf olunur. Bir müddət əvvəl erməni jurnalist Natali Aleksanyan demişdi ki, Köçəryanı, Sərkisyanı və Ohanyanı Bakıda hakim qarşısına çıxarmaq lazımdır. Paşinyan onları Bakıya təhvil versə, özünü də, ölkəsini də xilas etmiş olar…

OHAN.jpg (112 KB)

Dişi qana batmış, gözlərini qan örtmüş Robert Köçəryan çox da həvəslənməsin və 44 günlük müharibədən sonra edilən xəbərdarlığı xatırlasın. 2023-cü ilin 23 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ağdamdakı Cümə məscidinin qarşısında sözünü demişdi.

ELİYEV AGDAM.jpg (550 KB)

Sitat:

“Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandır bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir”.

Bu sözlər həm də o deməkdir ki, Köçəryan, Sərkisyan və digər canilər, siçan kimi gizlənənlər bir daha hakimiyyət görməyəcəklər, bu xəbərdarlığı sırğa edib kar qulaqlarından assınlar!!!

Elşad PAŞASOY
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qurban Qurbanovun qızının sevinci marağa səbəb oldu – VİDEO

Next

UNEC Layihə Əsaslı Tədris metoduna keçid edib

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv