Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan hakimiyyəti Rusiya mediasının hədəfində

By Vüsal Rafiqoğlu
21.05.2025 4 Min Read

Prezidentin Tiranadakı sammitdə iştirakını “anti-Putin koalisiyasında iştirak” kimi yozmaqda, Bakını “nankorluqda” ittiham etməkdə məqsəd nədir?; politoloq: “Bu, bolşevik təfəkkürüdür – kim bizimlə deyilsə, deməli, bizə qarşıdır”

Rusiya elektron mediasında Azərbaycanı hədəf alan yazılar artmaqdadır. Bu yazılarda məsələn, Azərbaycanın Tiranadakı son təmsilçiliyinin “anti-Putin koalisiyasında iştirak” kimi yozulub. (Mənbə: Vzqlayad.ru).   

“Qərbin planları” adlı Youtube kanalında Prezident İlham Əliyevin mayın 9-da Moskvaya getməmək qərarını pisləyən və Bakını “nankorluqda” ittiham edən 16 dəqiqəlik video yayılıb. Bütün bunlar saxta fotolarla müşayiət olunur və Azərbaycan diasporuna təzyiq çağırışları ilə yekunlaşır.

Kreml klanının partiya tapşırıqlarının həlim icraçısı kimi şöhrət qazanmış rusiyalı oliqarx Konstantin Malofeyevlə əlaqəli olan Rusiyanın məşhur “Tsarqrad” isə son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox diqqət yetirməyə başlayıb, az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yayır. (Mənbə: Minval.az).

Prezidentin “Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər vahid geosiyasi regiona çevrilir” açıqlamasına isə “Svobodnaya pressa” geniş məqalə həsr edib. “Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bəyan etdi ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər vahid geosiyasi regiona çevrilir. O da qeyd olundu ki, region daha çox xarici amillərlə bağlı dəyişikliklərə məruz qalır”, – nəşr yazır.

Nəşr onu da yazır ki, Prezident Əliyev Rusiyanın təsirinin zəifləməsindən danışaraq, bunu yeni xarici oyunçuların – ABŞ, Aİ, Türkiyə, Çin və Fars körfəzi ölkələrinin fəallığı ilə izah edib: “İlham Əliyev Bakının nümunəsindən istifadə edərək Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin “özləri üçün optimal məsafə saxlamaq və bundan faydalanaraq hamı ilə qarşılıqlı əlaqələr qurmaq” üçün tarixi fürsət qarşısında olduqlarını nümayiş etdirib. Eyni zamanda bildirilib ki, hər kəs üçün ən vacib olan “ən yaxın və ən prioritet dairə – Türk Dövlətləri Təşkilatında birləşmiş türk qrupu” olmalıdır. Əliyev bunu “qardaş birlik” kimi qiymətləndirir”, – nəşr qeyd edir.

Nəşr yazır ki, “Orta Asiya və Cənubi Qafqazı çətin günlər gözləyir” deyən məşhur türkiyəli ekspert Levent Yılmazın proqnozu özünü doğruldur: “İndi Çin Qərbə yönəlmiş siyasət yürüdür, amma sabah hər şey sürətlə dəyişə bilər. Amma hələlik Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri potensial və yəqin ki, qaçılmaz daxili sarsıntılara malik mürəkkəb geosiyasi labirintə doğru gedir. Böyük dəyişikliklər dövrü gəlir…”

Qeyd edək ki, İlham Əliyevin sözügedən mövqeyi hazırkı beynəlxalq münasibətlər sistemində dəyişən çağırışlara cavab verməklə yanaşı, Azərbaycanın milli maraqlarına xidmət edir. Rusiya nəşrinin narahatlığı da buradan qaynaqlanır.

Bəs ekspertlər nə düşünür?

AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Onun fikrincə, bu ölkədə Azərbaycanın hazırkı suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikaları haqda belə radikal mövqe sərgilənsin. “Bu da bolşevik təfəkkürüdür – kim bizimlə deyilsə, deməli, bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir. Biz hər zaman Fransadan, Birləşmiş Ştatlardan danışırıq,  ancaq Rusiyada da belə dairələr var. Onlar Rusiyanı yekəxana kimi təqdim etmək istəyirlər. Ki, hamı onların qarşısında təzim etsin, baş əysin, ”bəs bizim nüvə potensialımız var” və hamı bunu bilsin və sair…”, – T.Abbasov belə qeyd etdi.

Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”

 Tofiq Abbasov 

Onun sözlərinə görə, bu yanaşma Ukrayna münaqişəsi prizmasından indi daha qabarıq görünməkdədir: “Müharibə millətçiliyi gücləndirir, rusofobiya təqdimatı şişirdilir. Yəni Rusiya bir jandarma siyasəti yürüdür. Amma biz Ermənistan kimi o cinahdan bu cinaha tullanıb heç vaxt Rusiyaya qıcıq verməmişik. Azərbaycanın düz, sabit xarici siyasəti var. Ümumiyyətlə, bizim Rusiya ilə bağlı ciddi problemimiz yoxdur. Qarabağ məsələsi idi, sülhməramlılardan narazılıq edirdik, Vardanyanı nə üçün bura göndərdiklərini haqlı olaraq söyləyirdik, indi isə bu problemlər yoxdur. Əksinə, hər hansı predmet olmadığı halda, Rusiyadakı həmin qüvvələr media vasitəsilə bizi təbdən çıxarmaq istəyirlər. Halbuki Tiranada keçirilən tədbirin təşkili bizim günahımız deyil. Keçən il Qranada şəhərində keçirilmişdi, amma o zaman Azərbaycan Prezidenti getməmişdi. Bilirdik ki, orada bizə qarşı bir tələ var və bu da Makronun oyunbazlığı idi. Onda niyə demədilər ki, Azərbaycan o tədbirdə hansı səbəbdən iştirak etmədi?! Çünki bu, Rusiya ilə bağlı məsələ deyildi, milli prizmadan olan mövqe idi”.

Ekspert hesab edir ki, Azərbaycan haqsızlıq görəndə Qərbi də, Şərqi də, qonşularını da tənqid edir: “Biz başa düşürük ki, Rusiya böyük qonşudur, mal dövriyyəmiz ilbəil artır, amma hazırda “qaşınmayan yerdən qan çıxarmağa” ehtiyac yoxdur. Sadəcə, həmin dairələr rusofobiyanı ölkənin dövlət siyasətinə çevirmək istəyən oyunbazlardır. Biz milli maraqlara zidd olmayan bütün platformalarda iştirak edirik və Rusiyaya nifrətimiz də yoxdur. O ki qaldı son baş verənlərə – təyyarənin vurulması və digər addımlar – bizim tələblərimiz haqlıdır, qüvvədədir”.

Prezidentliyə namizəd məşhur zavod direktorunun oğluymuş...

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyən şəbəkələrin olduğunu açıqladı. Onun fikrincə, Ermənistan mətbuatı da Rusiyadakı həmin media resursları ilə koordinasiyalı hərəkət etməkdədir: “Onlar iki ölkə arasında yaranmış bu soyuqluqdan istifadə etməyə çalışırlar. Avropa Siyasi Birliyinin sammitində iştirak etməklə Rusiya əleyhinə hər hansı addım atılmayıb. Azərbaycan hansı tədbirdə iştirak edəcəyini özü müəyyənləşdirir. Qranada zirvəsi keçiriləndə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd toplantısında iştirak edirdi. O zaman da deməliydilər ki, anti-Qərb platformasındayıq, Rusiyanın yanında dayanmışıq. Bu, dayaz münasibətdir. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında heç bir əngəl yoxdur, Bakı Moskvaya qarşı heç bir blokda yer almır, sanksiyalara qoşulmayıb”.

F.Əliyev əlavə etdi ki, təyyarə hadisəsi, deputatın deportasiya edilməsi, kiberhücum münasibətlərdə narazılıq yaradan hallardır: “Amma ikitərəfli əlaqələrin inkişafını tormozlamır. Azərbaycanın Rusiyadan gözlədiyi izahat və qarşı tərəfin yerinə yetirməli olduğu məsələlər var. Rəsmi Bakının bundan əlavə narahatlığı yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zaxarova: Qərbin Rusiyaya qarşı müharibə kampaniyasına Fransa rəhbərlik edir

Next

Zakir Həsənovun Tel-Əviv səfərinin pərdəarxası

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv