Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Azad edilən ərazilərdə geniş iş imkanları var” – Sahib Məmmədov

By Vüsal Rafiqoğlu
22.05.2025 3 Min Read

“Yeni nəslin nümayəndələri arasında təhsilli olan da var, olmayan da, ona görə…”

Bu ilin yanvar-aprel aylarında 148 min 881 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 44,1 min şəxs münasib işlərlə təmin olunub, 5,4 min nəfər isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Qeyd olunan dövrdə 2,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 96,6 min şəxsə isə peşəyönümlü xidmətlər göstərilib. O ki qaldı işğaldan azad olunan ərazilərə, köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib. 206 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib. Vətəndaşlardan 284 sakin isə özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını yaradıb. Qeyd olunan sakinlərdən daha 680 şəxsin məşğulluğunun təminatı üçün işlər aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov aprelin 8-də Xankəndidə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunda çıxışı zamanı deyib ki, 2030-cu ilə qədər Qarabağ bölgəsində 150 minə yaxın iş yeri açılacaq. İş yerlərinin regionda bərpa və iqtisadiyyatın şaxələndirilməsinə kompleks yanaşmanın bir hissəsi kimi sənayenin geniş spektrini əhatə edəcəyi gözlənilir.

“Hökumət dövlət sektorunda, o cümlədən idarəetmə, təhsil və səhiyyə sahələrində 20-25 min nəfəri işə götürməyi planlaşdırır. Kənd təsərrüfatında 15-17 min nəfərin işlə təmin olunması gözlənilir ki, bu da regionda ənənəvi əkinçilik və heyvandarlığın canlanmasına kömək edəcək”, – o deyib.

Sahibkarlığa və yerli biznesə dəstək həmçinin 10 000-11 500 iş yeri yaradacaq. Bundan başqa, o əlavə edib ki, qabaqcıl inkişaf zonalarından biri olan Ağdam Sənaye Parkı istehsal və logistika sektorlarında 5 minə yaxın iş yeri təmin edəcək. Bölgənin mineral ehtiyatlarından istifadə mədənçıxarma və əlaqəli sənaye sahələrində 1500-2000 yeni iş yeri yaradacaq.

Mədəni irs obyektlərinin və təbii attraksionların bərpası planları çərçivəsində turizm 1000-1500 iş yeri yaradacaq.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, işğaldan azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib.

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 43 min 144 nəfər təşkil edib.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında işğaldan azad edilən ərazilərdə geniş iş imkanlarının olduğunu bildirdi. S.Məmmədovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir: “İnfrastruktur salınır, yaşayış, qeyri-yaşayış evləri tikilir, yəni yaşayış məntəqələri və ona bağlı infrastruktur sıfırdan qurulur. Bunun üçün də çox sayda işçi qüvvəsi tələb olunur. Bəzi peşə sahibləri müəyyən qədər əməkhaqqı ilə bağlı narazılıq bildirsələr də, əhalinin işlə təminatı prosesi davamlı şəkildə həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi əhalinin işlə təminatı üçün müəyyən proqramlar həyata keçirir. Buna baxmayaraq, işğaldan azad edilən ərazilərdə məskunlaşmış insanların heç də hamısı işlə təmin olunmayıb. Bunun səbəbi məskunlaşmanın tam başa çatmamasıdır. Dövlət orqanları, büdcə təşkilatları işə düşdükcə iş yerlərinin sayı artacaq. Eyni zamanda infrastrukturun istismarı ilə bağlı işçi qüvvəsi tələb olunacaq. Məsələn, dəmiryolu xətti işə düşəndə yollarda xidmət üçün, o cümlədən vağzallarda işçi kadrlara ehtiyac olacaq.

Onu da qeyd etmək lazımdır ki, məcburi köçkünlərin əksəriyyətinin ixtisası yoxdur. Yaşlı nəsil işğaldan öncəki dövrdə təsərrüfatlarda çalışıb. Yeni nəslin nümayəndələri arasında isə təhsil alan da var, almayan da. Buna görə də əhalinin peşəyə yiyələnməsi istiqamətində müvafiq tədbirlər görülməlidir ki, görülür. Əlavə qanunvericilik təminatına ehtiyac ola bilər. Vergidən azadetmə kimi güzəştlər də nəzərdə tutulub, müəyyən şərait yaradılıb, lakin işlər bir qədər genişləndirilməlidir”.

Yazını hazırladı: Nigar HƏSƏNLİ

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Elgünün ölmədən əvvəl dediyi SON SÖZLƏR şok etdi: onu tapan mühafizəçi DANIŞDI, həkimlər NƏLƏR DEDİ?

Next

Yasinin edamı İran-Azərbaycan əlaqələrinə təsir edəcəkmi?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv