Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünya Qərbi Azərbaycana qayıdış təşəbbüsünə biganə qalmamalı, bu çağırışa reaksiya verməlidir – deputat

By Vüsal Rafiqoğlu
23.05.2025 3 Min Read

Ankaradan tarixi çağırış: Qərbi Azərbaycana qayıdış hüququ təmin edilsin!

Mayın 21-də Türkiyənin paytaxtı Ankarada keçirilmiş “Qərbi Azərbaycana Qayıdış – İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans təkcə siyasi hadisə deyil, həm də regionda tarixi ədalətin bərpasına, etnik təmizləmənin nəticələrinin aradan qaldırılmasına və insan hüquqlarının qorunmasına yönəlmiş mühüm humanitar təşəbbüs kimi qiymətləndirilməlidir.

Musavat.com-un məlumatına görə, bunu deputat Azay Quliyev bildirib. A.Quliyev Qərbi Azərbaycanla bağlı qardaş ölkədə keçirilən tədbirin önəmindən bəhs edib: “Bu tədbirin əhəmiyyəti onun miqyası və iştirakçıların təmsilçiliyi ilə də təsdiqlənir. Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçının, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın, sədr müavini Zafer Sırakayanın, Türkiyə Böyük Millət Məclisinin komitə rəhbərlərinin, Azərbaycan Milli Məclisinin üzvlərinin, dövlət qurumlarının nümayəndələrinin, universitet rektorlarının, tanınmış alimlərin, iş adamlarının, qeyri-hökumət təşkilatları və media təmsilçilərinin qatıldığı konfrans Qərbi Azərbaycan məsələsinin artıq yalnız milli deyil, regional və beynəlxalq kontekstdə müzakirə mövzusuna çevrildiyini göstərdi. Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb və dövlət başçısının konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib”.

A.Quliyev Prezident İlham Əliyevin qəti mövqeyi və strateji mesajından bəhs edib: “Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət həm hüquqi, həm də mənəvi baxımdan yol göstərici oldu. Prezidentin çıxışında Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququ insan hüquqlarının fundamental bir tələbi kimi dəyərləndirildi. Bu mesaj təkcə soydaşlarımızın tarixi haqlarını tanıtmaq deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan hüquqi və siyasi çağırış idi. Dövlət başçısının XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara qarşı həyata keçirilən sistemli etnik təmizləmə siyasətinə diqqət çəkməsi bu gün də nəticələri hiss olunan bu tarixi ədalətsizliyin beynəlxalq tribunalarda gündəmə gətirilməsi üçün hüquqi baza yaradır. Prezidentin “bu qayıdış ərazi iddiası deyil, humanitar təşəbbüsdür” fikri isə təşəbbüsün sülhə, sabitliyə və barışa xidmət etdiyini açıq şəkildə ortaya qoyur”.

Deputat Türkiyənin açıq dəstəyi və regional həmrəyliyi barədə bunları bildirib: “Türkiyənin yüksək səviyyəli rəsmilərinin, o cümlədən Ədalət və İnkişaf Partiyasının birinci müavini Efkan Ala və sədr müavini Zafer Sırakayanın çıxışları, Türkiyə Böyük Millət Məclisinin komitə sədrlərinin iştirakı qardaş ölkənin bu təşəbbüsə verdiyi qəti və davamlı dəstəyi nümayiş etdirdi. “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq, bu mövzuda göstərilən həmrəylik bölgədə barış və sabitlik naminə ortaq siyasi iradənin formalaşdığını göstərir”.

A.Quliyev Qərbi Azərbaycan mövzusunda bəhs edərkən hüquqi və tarixi əsasların möhkəmləndirilməsi ilə əlaqədar mühüm məqamlara toxunub:

“Konfrans çərçivəsində keçirilmiş panel müzakirələr “Qərbi Azərbaycanın tarixi” və “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” təşəbbüsün elmi-hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm rol oynadı. Tarixçilər və hüquqşünaslar tərəfindən təqdim olunan faktlar, sənədlər və beynəlxalq təcrübələr, bu məsələnin yalnız emosional deyil, eyni zamanda hüquqa əsaslanan praqmatik yanaşma tələb etdiyini ortaya qoydu”.
Diplomatik uğur və yeni mərhələnin başlanğıcına diqqət çəkən deputat aşağıdakıları vurğulayıb: “Azərbaycan nümayəndə heyətinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla keçirdiyi görüş, bu təşəbbüsün dövlətlərarası əməkdaşlıq kontekstində də strateji əhəmiyyət daşıdığını sübut etdi. Qərbi Azərbaycana qayıdış məsələsinin bu cür yüksək səviyyədə gündəmə gətirilməsi, diplomatik sahədə də yeni imkanlar və müttəfiqlik mexanizmləri formalaşdırır.

Ankarada keçirilən bu konfrans sübut etdi ki, Qərbi Azərbaycanlıların öz yurdlarına qayıdışı məsələsi milli məsələ olmaqla yanaşı, insan hüquqlarına dair qlobal prinsiplərin də təcəssümüdür. Təşəbbüsün beynəlxalq hüquqa, tarixi ədalətə və humanitar dəyərlərə söykənməsi onun legitimliyini və aktuallığını daha da artırır. Bu səbəbdən, dünya ictimaiyyəti Qərbi Azərbaycana qayıdış təşəbbüsünə biganə qalmamalı, onu dəstəkləməli və beynəlxalq hüququn norma və prinsipləri əsasında bu çağırışa reaksiya verməlidir. Qərbi Azərbaycana qayıdış sadəcə keçmişin bərpası deyil, gələcəyin daha ədalətli və sabit qurulması üçün vacib addımdır!”

E.Paşasoy,

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü

Next

Arayik qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırdı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv