Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bitməyən qeysəriyyə “qətliamı” – daha üç körpə yetim qaldı

By Vüsal Rafiqoğlu
27.05.2025 3 Min Read

Cərrah-həkim deyir ki, ailələr iddia qaldırmalı, məsələ araşdırılmalıdır

Bakıda qeysəriyyə əməliyyatı daha bir gənc ananın həyatına son qoyub. Mayın 6-da 3-cü uşağını bu üsulla dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu bildirir.

Bu barədə Xəzər TV-yə mərhumun anası danışıb: “Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. “Anam hanı, nənə? Anam niyə gəlmir?”, – deyə soruşurlar”.

Sevinc Məmmədovanın əməliyyatından sonra komaya düşən 3 uşaq anasının faciəsi-Video » Son xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr 1Xeber.media Xəbər Saytında

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib. G.Məmmədovanın anasının dediyinə görə, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək, nəsə normal deyil. Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır. Ölüm hadisəsi ilə bağlı prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.  G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var.

Təəssüf ki, bu kimi faciəvi hallar son vaxtlar artmaqdadır. Bəs səbəb nədir? Günahkarlardan cəzalanan varmı? Ümumiyyətlə, qeysəriyyə ilə bağlı seçimi daha çox həkimin istəyinə, yəni tibbi göstərişə bağlı olur, yoxsa pasiyentin istəyinə? Burada tibb personalının bir kommersiya marağı yoxdur ki? Nədən təbii doğuş dəbdən düşüb? Körpələrin yetim qalmasına görə, nəhayət, kimsə məsuliyyətə cəlb olunacaqmı? 

Adil Qeybulla istefa verdi Pravda.az

Adil Qeybulla

Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Doğuş prosesi zamanı ölüm hallarının olması, əlbəttə, üzücü haldır. Amma bir məsələ var: bəzən qeysəriyyə əməliyyatını istəyən xəstənin elə özü olur. Bunlar həkimləri məcbur edirlər. Bəziləri doğuşdan qorxur, bəziləri doğuşun fəsadlarından ehtiyat edir. Bəziləri də doğuş yollarının genişlənməsinin qarşısını almaq üçün, sonradan müxtəlif əməliyyatlara ehtiyac yaranmaması məqsədilə guya bunu edirlər. Yəni xəstələrin təşəbbüsü burada daha çoxdur. Əlbəttə, həkimlər xəstənin istəyinə yox, göstərişə diqqət yetirməlidirlər. Göstəriş nədirsə, o olmalıdır. Bir çox hallarda bu məqama diqqət edilmir.

Məsələn, çanağın darlığı varsa, ayaq gəlişidirsə, sarğı gəlişidirsə, bu zaman doğuş çətinləşə bilər, uşaqda asfiksiya (oksigen çatışmazlığı) yarana bilər. Bu halda qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş aparılmalıdır. Bu, əsaslandırılır, daha sonra isə xəstə əməliyyata götürülür. Məsələ bundan ibarətdir ki, biz çox vaxt bu prinsipi pozuruq.

Bu halın nədən baş verdiyinin araşdırılması üçün mütləq məhkəmə-tibbi ekspertizası aparılmalıdır. Xəstə qanaxmadanmı dünyasını dəyişib, yaxud da başqa bir özəl səbəb olub? Bəzən də görürsən ki, əməliyyat xaric, xəstədə hepatitlər olur, ağır böyrək çatışmazlığı olur. Bunlar da ölümə gətirib çıxara bilər. Əgər xəstənin valideynləri şikayətçidirsə, onlar mütləq meyitin təşrihinə nail olmalıdırlar. Səbəb müəyyən olunmalıdır. Ondan sonra artıq iddia qaldırmaq olar. Yoxsa sadəcə demək ki, ölüm həkim səhvindən olub – bu, abstrakt qalacaq. Bunun əsasında kiməsə ittiham irəli sürmək olmaz”.

Mərhum Günay Məmmədovanın ailəsi hesab edir ki, həkimlər səhlənkarlıq edib. Əgər bu sübuta yetirilərsə, həkimlər Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, vəzifə səhlənkarlığı ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər. Amma praktika onu göstərir ki, Azərbaycanda həkim məsuliyyətə cəlb olunması hallarına nadir rast gəlinir. Əksər hallarda “ekspertiza nəticəsi gözlənilir” deyə işlər uzadılır və nəticədə ailələr ədalətə çata bilmir. Bu halların qarşısını almaq üçün ilk növbədə məcburi klinik protokollar tətbiq olunmalı, hər doğuş üçün tibbi göstərişlər və qərarların yazılı əsaslandırılması qanunla tələb edilməlidir. Tibb işçiləri və cəmiyyət təbii doğuşun əhəmiyyəti və təhlükəsizliyi barədə maarifləndirilməlidir. Hər bir ana ölümü hadisəsi müstəqil və şəffaf şəkildə araşdırılmalı, özəl və dövlət klinikalarında doğuşlar üzrə illik auditlər aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Ən əsası isə tibbi səhlənkarlıq sübuta yetirilərsə, məsul şəxslər müvafiq qaydada cəzalandırılmalıdır.

Bir qadının doğuş zamanı həyatını itirməsi, sadəcə, tibbi yox, həm də sosial fəlakətdir. Bu faciələr yalnız bir ailəni deyil, bütöv cəmiyyəti silkələyir. Təbii doğuşun dəbdən düşməsi, qeysəriyyə əməliyyatlarının normaya çevrilməsi və nəticədə baş verən ana ölümləri ciddi siqnal verməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Zəngəzur məsələsi bitdi? – Moskva və Tehrandan mesajlar

Next

Bakıda od qiymətinə “son mənzil” – ölmək “bahalaşır”

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv